Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-293/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 01 mart 2012-ci il təvəllüdlü X8, 07 avqust 2014-cü il təvəllüdlü X7 və 30 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahlarını 27 iyul 2011-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 01 mart 2012-ci il tarixdə X15, 07 avqust 2014-cü il tarixdə X12 və 30 dekabr 2015-ci il tarixdə X16 adlı üç uşaqları doğulmuşdur. Uşaqları hazırda himayəsindədir. Cavabdehlə ailə münasibətləri 2022-ci ilin oktyabr ayında pozulmuş və cavabdeh onu və uşaqlarını atıb bacısının evinə getdiyini və orada yaşadığını bildirmişdir. Cavabdeh 2015-ci il tarixdə evində yaşadığı Şəhlagül adlı bacısı ilə aralarında olan münaqişə ilə bağlı bacısına xəsarət yetirdiyindən 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və o 2022-ci ilin oktyabr ayının 7-də həbsdən azad edilərək evə qayıtmışdır. Cavabdeh cəzaçəkmə müəissəsində cəza çəkərkən o uşaqlarını valideynlərinin köməkliyi ilə saxladığını, həmçinin cavabdehin geyimlərini və ərzağını cəzaçəkmə müəsissəsinə apardığını bildirdi. O uşaqları ilə birlikdə cavabdehin valideynlərinə məxsus evdə yaşamış və evin qayğısına qalmışdır. Həmin evin içərisində hamam tikdirmiş, həyətdə daşdan bulaq hördürmüş və ayaqyolu tikdirmişdir. Yəni o, cavabdehin burada olmadığı illərdə evinə aid olan bütün əziyyəti və xərci çəkdiyini və cavabdehə köməklik məqsədi ilə maddi çətinlik çəkməsin deyə bütün kommunal xərclərini də özü ödədiyini bildirmişdir. Lakin cavabdeh həbsdən azazd edildikdən sonra bacısı Şəhlagül cavabdehlə onun arasındakı münasibəti pozmuş, evdə mübahisə və münaqişə yaratmağa başlamışdır. Yəni cavabdeh həbsdən azad olunduğu vaxtdan ona qarşı mənfi və ailəyə yaraşmayan davranışlar etməyə başlamışdır. Aralarında olan sonunçu münaqişədən sonra isə cavabdeh evdən çıxıb getmişdir. Getdikdən sonra da, onları narahat etmiş, dəfələrlə evin işıq, qaz və su xəttini qanunsuz olaraq kəsməklə onları evdən qovmağa çalışmışdır. Onun hərəkətindən Astara polis şöbəsinə şikayət etdiyini və cavabdeh iki dəfə inzibati qaydada həbs edildiyini bildirmişdir.Yəni cavabdeh özünü nə ailə başçısı kimi, nə də bir ata kimi öz üzərinə düşən vəzifələrini yerinə yetirmir, əksinə ona və öz doğma övladlarına qarşı əlindən gələn pisliyi edir. Hazırda cavabdeh Astara ilə İran arasında olan yük avtomobillərindən yük boşaltmaqla məşğul olur və qazanc əldə edir. Qazandığı pulu isə övladlarına deyil, onu həbs etdirən bacısı Şəhlagülə verir. O, heç bir yerdə işləmədiyini və cavabdeh cəzaçəkmə müəsissəsində olduğu vaxtlarda olduğu kimi özü və 3 uşağını valideyinlərinin saxladığını bildirmişdir. Hesab edir ki, cavabdeh artıq bir ata kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməli və uşaqlarının saxlanılmasında iştirak etməlidir. Çünki cavabdeh 8 ildir ki, uşaqların saxlanması üçün heç bir maddi yardım etməmişdir. Uşaqların hər üçü məktəblidir. Onların geyimi, digər tələbatlarını və evin ərzağını da, valideynləri tərəfindən ödədiyini bildirmişdir. Odur ki, Cavabdeh 01 mart 2012-ci il təvəllüdlü X8, 07 avqust 2014-cü il təvəllüdlü X7 və 30 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki,uşaqların ondan olmasınına şübhə edir, ona görə ekspertiza keçirilməsini istəyir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE №-******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1988-ci il tarixdə Ağcabədi rayonu, Pərioğullar kəndində anadan olmudur. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Ojəkəran kəndində yaşayır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayon Ojəkəran kənd sakini 30 dekabr 2015-ci il təvəllüdlü X5 rayon X3 şöbəsinin Oftalmoloji kabinetində müayinə olunmuş və sadə miopik astiqmatizm və yüngül hipermetropiyadır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayon Ojəkəran kənd sakini 07 avqust 2014-cü il təvəllüdlü X7 Astara rayon X3 şöbəsinin Oftalmoloji kabinetində müayinə olunmuş və yüngül hipermetropiyadır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayon Ojəkəran kənd sakini 01 mart 2012-ci il təvəllüdlü X6 rayon X3 şöbəsinin Oftalmoloji kabinetində müayinə olunmuş və sadə miopik astiqmatizmdir. İş materiallarında olan AZ-İİİ 379068 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 avqust 2014-cü il təvəllüdlü X2 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 697 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 691001 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 30 dekabr 2015-ci il təvəllüdlü X5 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 04 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 041993 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 avqust 2014-cü il təvəllüdlü X4 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində 408 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 661292 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı arasında olan nikah Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış və 112 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞL-01581 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment tələbinə dair mübahisə üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 18 yanvar 2023-cü il tarixdən başlayaraq, 01 mart 2012-ci il təvəllüdlü X15, 07 avqust 2014-cü il təvəllüdlü X13 və 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 yanvar 2023-cü il tarixdən başlayaraq, 01 mart 2012-ci il təvəllüdlü X15, 07 avqust 2014-cü il təvəllüdlü X13 və 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-293/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-293/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver