Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-315/2024 14.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia qaldıraraq, əri X4 ilə birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X3 və 10 mart 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün, uşaqların nənəsi Cavabdeh hər ay, hər uşaq üçün 150 (bir əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, o, Cavabdeh oğlu X4 ilə 2010-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və 28 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X5 və 10 mart 2016-cı il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən X4 ilə aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X5 və 10 mart 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X2 onun xeyrinə tutulması müəyyən edilmişdir. X4 onun xəbəri olmadan Rusiya Federasiyasına getmiş və aliment borcunu ödəməmişdir. Nəticədə onun 2150 (iki min bir yüz əlli) manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcələsinin 88-93-cü maddələrinə əsasən baba və nənələr öz nəvələrinin saxlanmasında iştirak edə bilərlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, onun oğlu X4 İddiaçı ilə 2010-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və 28 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X5 və 10 mart 2016-cı il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X2 iddiçının xeyrinə tutulması müəyyən edilmişdir. Onun özü yaşlı və xəstə olmaqla maddi vəziyyəti ağırdır. Maddi çətinlik çəkir, pensiya ilə dolanır. Onun alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxx 1992-ci il tarixdə Astara rayonu balaca Şahağacı kəndində anadan olmaqla, orada yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, 29 aprel 2011ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X5 və 10 mart 2016-cı il təvəllüdlü X10 adlı uşaqların atası kimi X4, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsindən məlum olur ki, X4 ilə İddiaçı aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X3 və 10 mart 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X2 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh oğlu X4 İddiaçı ilə 28 iyul 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X3 və 10 mart 2016cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X2 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşı olmasını, hər hansı bir gəlirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında Cavabdeh zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-315/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-315/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver