Məhkəmə qərarları › İş №2(018)-357/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-357/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-357/2024 01.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 aprel 2021 - ci ildə doğulmuş Xankişiyev: Ayan Ruslan qızı adlı azyaşlı uşağın saxlanması üçün hər ay 200 manat miqdarınd; aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, təmsil etdiyi şəxs İddiaçı Fizuli qızı 28 aprel 2021-ci il tarixdə Astara rayon Siyəkü nümayəndəliyi, Niləşə kənd sakini Cavabdeh 2020-ci ilin avqust ayının 14 - də faktiki nikaha daxil olub ailə həyatı qurmuşlar. Həmin nikahdan onların 14 aprel 2021 - ci ildə Ayan adlı uşaqları doğulmuşdur. 29 aprel 2021-ci il tarixdə onlar nikahlarını rəsmləşdirmişlər. İddiaçı Cavabdeh Astara rayonu Siyəkü nümayəndəliyi, Niləşə kəndində valideynlərinin fərdi yaşayış evinə gəlin köçmüş və onun cehiz əmlakları həmin evə gətirilmişdir. O, həmin evdə onun valideynləri ilə bir evdə yaşamışdır. Cavabdehlər onu yola vermədikləri üçün o, yaşadığı evdən atası evinə qayıtmışdır. Hal - hazırda o, atasıgildə yaşayır. Cavabdeh öz ailəsinə baxmır, qazandığı əmək haqqını ailəsinə vermir, uşağına maddi yardım göstərmir, təlim - təribiyyəsi ilə maraqlanmır. Bu səbəbdən də o, alimentin məhkəməyə yolu ilə alınması qərarına gəlmişdir. Cavabdeh 14 aprel 2021 - ci ildə doğulmuş Xankişiyev: Ayan Ruslan qızı adlı azyaşlı uşağın saxlanması üçün hər ay 200 manat miqdarınd; aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək bildirdi ki, oğlu avtomobillərin təmiri ilə məşğul olur və başqa nikahdan olan övladlarına aliment ödəyir. Ona görə alimenti qismən hər ay 100 manat ödəyə bilər. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 01 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 28 aprel 2021-ci il tarixdə, 92 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin 01 dekabr 2023-cü il tarixli arayışından görünür ki, 14 aprel 2021 -ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Səncərədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli, MŞL-00004 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 14 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materialından görünürki, iddia ərizəsi 02 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunan 02 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh 14 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 fevral 2024-cü il tarixdən başlayaraq, 14 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar