Məhkəmə qərarları › İş №2(018)-420/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-420/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-420/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla qızına və Cavabdeh2 qarşı “baba və nənədən nəvələrin saxlanılması üçün aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla qızına və Cavabdeh2 qarşı “baba və nənədən nəvələrin saxlanılması üçün aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 11 iyun 202-ci il təvəllüdlü X3 və 22 may 2021ci il təvəllüdlü X1 üçün aylıq hər birinə sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat məbləğində alimentin cavabdehlər Cavabdeh1 Yadulla qızı və Cavabdeh2 müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 26 fevral 2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasına gələ bilmədiyini, hazırki iddianın baxılmamış saxlanılmasını və ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Yadulla qızı və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, iddia ərizəsinin baxılmadan saxlanılmasına etiraz etməmişlər. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla qızına və Cavabdeh2 qarşı “baba və nənədən nəvələrin saxlanılması üçün aliment” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar