Məhkəmə qərarları › İş №2(018)-430/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-430/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-430/2023 02.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X25 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 08 oktyabr 2012-ci il tarixdə anadan olmuş X6, 17 may 2016-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 220 manat olmaqla cəmi 660 manat alınaraq xeyrinə verilməsi, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Rəhmətov Amil Nəci oğlu ilə 2007-ci ildə nişanlanmışlar. xx.xx.2010-cu il tarixdə qız toyu, xx.xx.2010-cü il tarixdə oğlan toyu olmuşdur. Faktiki olaraq onlar xx.xx.2010-cu il tarixdə ailə həyatı qurmuşlar. Cavabdeh Amil Rəhmətovun təkidi ilə evləndikdən sonra Moskva şəhərinə gedib orada bir il beş aya qədər yaşamışlar. Orada yaşadığları müddətdə səbəbsiz olaraq evdə narazılıq yaratmış nəticədə döyüb, əzablar vermişdir. Hamilə olduğuna görə Astara rayonuna gətirilmiş valideynlərinin yanında saxlanmışdır. Özü isə Moskvaya qayıtmışdır. Astara rayonunda olduğuları zaman 17 sentyabr 2012-ci il tarixdə aralarında olan nikah münasibətini rəsmiləşdirmişlər. Birinci uşaqları X13, 08 oktyabr 2012-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş və ona doğum haqqında şəhadətnamə Astara rayon Qeydiyyat şöbəsində yazılmışdır. Cavabdeh Moskva şəhərinə gedəndən sonra təxminən 3 ildən çox bir müddətdə ev ilə yəni onlarla əlaqə saxlamamış uşaqları ilə maraqlanmamışdır. X10rın bütün maddi təminatlarını təmin etmişdir. 2015-ci ildə Cavabdeh rayona gəlmiş və yenə bir aydan sonra Moskva şəhərinə qayıtmışdır. İkinci uşaqları X14 xx.xx.2016-ci il tarixdə Kijəbə qəsəbəsində anadan olmuşdur. Üçüncü uşaqları X15 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Beləliklə cavabdeh ilə birgə yaşadığları müddətdə üç nəfər uşaqları anadan olmuşdur və uşaqlar hazırda yanında yaşayırlar. Cavabdeh bir ata kimi öz vəzifə və borcunu yerinə yetirməmişdir. Uşaqlarının saxlanılması üçün maddi köməklik etməmişdir. Bundan əlavə onunla münasibəti normal olmamışdır. Səbəbsiz olaraq mütəmadi döyülüb təhqir olunmuşdur. Hətda bir iki dəfə əzabdan qurtarmaq üçün intihar etmək istəmişdir. Azyaşlı uşaqlarını nəzərə alıb bütün əzablara təhqirlərə dözmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdə azyaşlı uşaqları ilə birlikdə onları evdən qovmuşdur. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh ilə aralarında yaranmış mübahisəni mediator vasitəsilə qarşılıqlı razılıq əsasında həll etmək üçün Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İşləri üzrə X11 mediator təyin edilmişdir. Mediasiyanın tətbiqi barədə xx.xx.2023-cü il tarixdə Cavabdeh bildiriş göndərilmişdir. İlkin mediasiya sesiyası xx.xx.2023-cü il tarixə saat 11:30 təyin edilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Tərəfindən mediasiya xərci olaraq 55 manat ödənmişdir. Odur ki, Cavabdeh hər uşağa 220 manat olmaqla cəmi 660 manat alınaraq 08 oktyabr 2012-ci il tarixdə anadan olmuş X6, 17 may 2016-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, uşaqları tələb edir, ona görə məhkəmədə iddia qaldıracaq.Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE №-******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx.xx.1989-cu il tarixdə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmudur. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan AZ-İİİ 031914 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-cü il təvəllüdlü X1 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 135 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X21, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 771136 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 85 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X21, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 066073 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 20 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X21, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 792651 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı arasında olan nikah Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 70 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL-00382 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment tələbinə dair mübahisə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixində saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 01 mart 2023-cü il tarixdən başlayaraq, 08 oktyabr 2012-ci il təvəllüdlü X13, 17 may 2016-cı il təvəllüdlü X14 və 01 fevral 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 mart 2023-cü il tarixdən başlayaraq, 08 oktyabr 2012-ci il təvəllüdlü X13, 17 may 2016-cı il təvəllüdlü X14 və 01 fevral 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar