Məhkəmə qərarları › İş №2(018)-454/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-454/2025

14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-454/2025 14.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 Qabil Şənulla oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2008-ci il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı X15 MPM-nin 53-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə ilə müraciət etmiş və ərizəsində 03 iyun 2008-ci il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək bir uşaq üçün 255 (iki yüz əlli beş) manat, ümumilikdə isə 510 (beş yüz on) manat hər ay sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə iddiaçı X15 iddiasını müdafiə edərək Cavabdeh hər ay hər uşağa görə 255 (iki yüz əlli beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 510 (beş yüz on) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X15 iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə nikahları Astara rayon Məhkəməsinin 26 oktaybr 2021-ci il tarixli, 2(018)-941/2021 nömrəli qərarına əsasən pozulmuşdur. 03 iyun 2008-ci il təvəllüdlü X12 və 07 iyun 2014-cü il təvəllüdlü X13 onun himayəsinə verilmişdir. Cavabdeh övladları ilə maraqlanmamış onların təlim tərbiyəsində, saxlanılmasında iştirak etməmiş, yaşayışları üçün hər hansı köməklik göstərməmişdir. Belə ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "20" dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərardaddan göründüyü kimi 2024-cü il üçün 2024-cü ilin indeksasiyası 0.74 qeyd edilmişdir. 2025-ci il üçün isə indeksasiya isə fərqli olmalı, minimum əmək haqqının məbləği də artıq 345 manat deyil 400 manat olmuşdur. 03 iyun 2008-ci il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı X8 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 941/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X16 ilə Cavabdeh 25 sentyabr 2008-ci il tarixdə 69 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra 03 iyun 2008-ci il təvəllüdlü X12 və 07 iyun 2014-cü il təvəllüdlü X13 adlı uşaqların anaları X9 yanında və himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan AZ-İ 394475 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamə sənədindən görünür ki, Cavabdeh ilə X16 arasında nikaha Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, 136 nömrə ilə qeydə alınmış və qadına Baxşiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 153550 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə Astara şəhərində anadan olmuş və atası- Cavabdeh, anası- X15 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 153550 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Astara şəhərində anadan olmuş və atası- Cavabdeh, anası- X14 qeyd olunmuşdur. İş materialına əlavə edilmiş MŞL-018/10 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X15 mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X15 mediasiya prosesində iştirak etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cümaddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 yanvar 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 yanvar 2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment alınıb X11 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment alınıb X11 verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar