Məhkəmə qərarları › İş №2(018)-535/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-535/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-535/2024 27.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq 29 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər, nikahlarını isə 06 dekabr 2006-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 2 uşaqları anadan olmuşdur. Aygün adlı qızları artıq yetkinlik yaşına çatmış və ərə getmişdir. Digər övladları 29 avqust 2007-ci il təvəllüdlü X6 hazırda yanında yaşayır. Cavabdeh ilə evləndikləri ilk gündən ərarvad münasibətləri normal olmamışdır. Ailənin saxlanılması üçün cəhd etsə də nəticəsi olmamışdır. Beləliklə Cavabdeh azyaşlı uşaqları yanımna saxlayaraq evdən çıxıb getmişdir. Birgə nikahdan doğulmuş uşaqları böyümüşlər. Qızı Aygün ərə getmiş özünə ailə həyatı qurmuş və başqa təsərrüfatda yaşayır. Oğlu xx.xx.2007-ci il təvəllüdlü Turan Ağayev yanımda yaşyır. Cavabdeh bir valideyn kimi öz vəzifəsini yerinə yetirməmişdir. Hansı ki, o uşaqları barəsində bərabər hüquq vəvəzifələrə və uşaqlarını tərbiyə etmək hüququna malikdir həmçinin uşaqlarını saxlamağa borcludur. Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq 29 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli arayışından görünür ki, X1 ilə X2 arasında 24 yanvar 2012-ci il tarixdə, 05 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin 17 dekabr 2007-ci il tarixli doğum şəhadətnaməsindən görünür ki, 29 avqust 2007-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağayev X7 rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL-01387 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 29 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materialından görünürki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 28 mart 2024-cü il tarixdən başlayaraq, 29 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment və 55 (əlli beş) manat mediasiya xərci tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 mart 2024-cü il tarixdən başlayaraq, 29 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh ödənilmiş mediasiya xərci 55 (əlli beş) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə aliment hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar