Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-554/2025 18.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 750 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə İddiaçı iddiasını müdafiə edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə ailə quraraq uzun müddət birlikdə yaşamışlar. Ər-arvad münasibətindən xx.xx.2015-ci il tarixdə X2, xx.xx.2017-cü il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X3 adlı övladları olmuşdur. Nikahlarını rəsmi qaydada xx.xx.2015-ci il tarixdə qeyd etdirmişlər. Hal-hazırda da uşaqlar onun himayəsindədir. Evləndikdən sonra aralarında olan narazılıqlara görə ayrılmışlar. Çətinliklədə olsa ata-anasının köməkliyi ilə uşaqlarını böyüdür. Uşaqlarının atası ona heç bir köməklik etmir. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməsinə çalışmasına baxmayaraq bu günə kim heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh bu müddət ərzində uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. Ümumiyyətlə ailə münasibətləri kəskin surətdə pozulduğundan ailənin saxlanılması və bərpası mümkün deyildir. Belə ki, ayrı yaşadığı müddət cavabdeh ailənin saxlanılması üçün heç bir cəht etməmişdir. Bundan başqa qeyd etdiyi kimi cavabdeh uşağının saxlanılması üçün bir valideyin kimi heç bir maddi köməklik etmir. Cavabdehin qazancı qeyri-müntəzəmdir, daimi iş yeri yoxdur. Qazancından müəyyən hissə kimi aliment tutulması mümkün deyildir. Ona görə də məhkəmə tərəfindən sabit pul məbləğində aliment qət edilməlidir. İddiasının təmin edilməsi, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il tarixdə X2, xx.xx.2017-cü il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 750 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, 58 nömrə ilə qeydə alınmış və arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2015-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materialına əlavə edilmiş MŞL-00049 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materialında olan Astara RİHB-nın Kijəbə qəsəbəsi İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 179 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 fevral 2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 fevral 2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-554/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-554/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver