Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-555/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,75 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, habelə ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 13 oktyabr 2015-ci il tarixdə faktiki nikah münasibətinə girməklə ailə qurmuşdur. Bu nikahdan onların 14 fevral 2016-cı il təvəllüdlü Fikrət adlı uşaqları doğulmuşdur. Nikahlarını isə 11 yanvar 2016-cı il tarixdə rəsmləşdirmişlər. Cavabdeh ilə ər-arvad nümasibətləri pozulduğu üçün ayrılmışlar, azyaşlı uşaq onun himayəsindədir. 14 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0.75 misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi, habelə ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək 150 (yüz əlli) manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Odur ki, iddianın həmin həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Astara rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmış, 01 nömrə ilə nikah akt qeydi aparılmış və arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Astara rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Astara şəhərində anadan olmuş və atası- Cavabdeh, anası- X2 qeyd olunmuşdur. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş MŞL-00087 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. İş materialında olan 31 yanvar 2025-ci il tarixli 68 saylı Astara RİHB-nın Kakalos kənd İƏDÜN-nin arayışından görünür ki, İddiaçı Astara rayonu Kolatan kəndində yaşayır İş materialında olan 03 fevral 2025-ci il tarixli 73 saylı Astara RİHB-nın Kakalos kənd İƏDÜN-nin arayışından görünür ki, Cavabdeh Astara rayonu Kolatan kəndində yaşayır və ailə üzvləri anası- X1, oğlu- X7 və arvadı- İddiaçı ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 fevral 2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 fevral 2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-555/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-555/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver