Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-59/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı “valideynlik hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi tələbinə” dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı “valideynlik hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəmə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53 -cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadığımız dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququmun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh ilə təxminən 2018-ci ilin əvvəllərində Bolmart marketdə iş yoldaşı olaraq tanış olmuşuq. Cavabdeh ona xalası oglu X6 oglu adlı bir şəxslə evli olduğunu və övladları olmadığı üçün ayrıldığını bildirmişdir. Bir müddət sonra o, həmin iş yerindən uzaqlaşdı, bir neçə gün sonra onun telefon nömrəsini iş yoldaşlarından alıb ona zəng etdi və onunla yeni ailə qurmaq istədiyini bildirdi. O, da onun təklifi ilə razılaşdı və onlar bir müddət ailə kimi yaşadılar. Sonra o, ona ondan hamilə olduğunu bildirdi və çıxıb getdi. Aylar sonra o, onu tapdıqda bildi ki, o keçmiş əri X6 oglu ilə birgə yaşayır və onun körpə bir uşağı da vardır. O, həmin körpə uşagın olduğunu bildikdə dəqiqləşdirdi ki, həmin uşaq onun uşağıdır və cavabdeh məqsədli şəkildə onunla yaxınlıq edərək həmin uşağı ondan övladı olmayan Ərşadla ailəsini davam etdirmək üçün qazanmışdır. O, sonradan əlavə araşdırma apararaq öyrəndi ki, onunla cavabdehin yaxın münasibətlərindən anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 oglu adlı bir uşağı vardır. Bir daha qeyd edir ki, Məhəmməd cavabdehin ondan sonra Ərşadla ailə həyatını davam etdirdikdən sonra dogulmasma baxmayaraq onun oğludur və o, bunu xx.xx.2022-ci il tarixdə 1200 man DNT analizi üçün xərc çəkməklə DNT analizi vermək yolu ilə sübut etmiş (bu faktı təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edirəm). Hesab edir ki, bir halda Cavabdeh ondan ayrıldıqdan sonra Məhəmməd adında uşağını anasın yanında qoyub dəfələrlə başqa yerlərə getmiş, bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, 6 aylıq olandan onu atıb getmiş, həmin vaxtdan uşağına maddi və mənəvi dəstək göstərməmiş, ümumiyyətlə, uşağı ilə maraqlanmamışdır. Hesab edir ki, qeyd edilən hallar cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, valideyn olmasının yalnız doğum haqda şəhadətnamədə ata qrafasmda adının olması ilə edir. Belə olan halda uşaq onun himayəsinə verilməli və onun valideynlik hüququ tanınmalıdır. Məhz bu məqsədlə də Lənkəran 1 saylı Mediasya təşkilatına müraciət edərək valideynlik hüququnun tanınması və uşagı onun himayəsinə verilməsi üçün yazılı saziş bağlamağı təklif etmişdi. Lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş və bununla da onun təklifindən imtina etmişdir. Ona görə də müvafiq idia ilə məhkəməyə müraciət etməli oldu və ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxartmalıdır. Cavabdehlə birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53 -cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh qızma və üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı « Valideynlik hüququnun tanınması və uşagın atanın himayəsinə verilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə» qətnamə çıxarılmasını xahiş etmiş və bu iddia üzrə 2(018) - 1267/2023 №-li mülki iş Sizin icraatınızda olmaqla məhkəmənin üçüncü hazırlıq iclası xx.xx.2023-cü il tariixə, saat 1100-a təyin edilmişdir. İş üzrə ikinci hazırlıq iclası keçirilərkən müəyyən edildi ki, iddia ərizəsində onun tələbləri dəqiq və səlis öz əksini tapmamışdır ki, bu da qətnamə çıxarılarkən müəyyən çətinliklərin yaranmaslna, hətta iddianın təmin edilməməsinə gətirib çıxara bilər. Belə ki, iddianın predmeti «Valideynlik hüququnun tanınması və uşagın atanın himayəsinə verilməsi tələbi barədə» olmaqla, tələb hissəsi «Cavabdehlə birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə» olmuşdur ki, o, da həmin tələb üzrə qətnamə çıxarılmasını xahiş etmiş. Lakin hazırda hesab edir ki, qanuni və əsaslı qətnamə çıxartmaq və bununla da yeni mübahisənin yaranmasının qarşısını almaq məqsədilə iddia ərizəsinin predmeti və tələb hissəsi dəyişdirilməklə iddianın predmeti « Atalıq hüququnun tanınması və uşagm atanın himayəsinə verilməsi tələbi barədə », iddianın tələb hissəsi isə «Cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və X4 oglu adlı uşağını cavabdehdən alınaraq onun himayəmə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 3 200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın » formasında olmalıdır. AR MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 53, 149, 150 və 216-cı maddələrini rəhbər tutaraq xahiş edir. Cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-cü maddəsinə əsəasən Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Həmin Məcəllənin 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Belə ki, iş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan X3 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00974 saylı arayışına əsasən İddiaçı X3 iştirak etmişdir. İş materiallarında olan “X8” tərəfindən verilmiş ekspert rəyindən görünür ki, X5, Cavabdeh Kamran və İddiaçı Araz-ın 99,9℅ uşağıdır. İş materiallarında olan Tərtər rayon İHB-nın yanında Hacıqərvənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Tərtər rayon Hacıqərvənd kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2019-cu ildə doğulmuşdur. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 noyabr 2023-cü il tarixli 311 nömrəli məktubuyla məhkəməyə daxil olmuş rəyindən görünür ki, ana Cavabdeh Kamran qızının keçirilən komissiyası iclasında iştirak etməmiş, bu halın da, məsələnin obyektiv şəkildə araşdırılmasına mənfi təsir göstərdiyini nəzərə alaraq, komissiya məsələ ilə bağlı rəy vermədiyini qeyd etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və X4 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırki iş üzrə cavabdehin məhkəmə iclaslarına gəlməməsi səbəbindən iş üzrə DNT ekspertizası təyin edilə bilinməmiş və iddiaçı tərəfindən təqdim edilmiş rəy isə mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı “valideynlik hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi tələbinə” dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı “valideynlik hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-59/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-59/2024
24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver