Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-642/2023 23.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 07 dekabr 2004-cü il tarixdə Astara rayonun Kijəbə qəsəbəsində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, xx.xx.2004-cü il təvəllüdlü oğlu X6 anadan gəlmə spastik hemiplegiya, sağ tərəfli hemiparez. Dizartriya xəstəliyindən əziyyət çəkir, başqa şəxsin qulluğuna daimi ehtiyacı vardır. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsindən İ qrup əlilliyə görə müddətsiz hər ay 280 manat müavinat alır. Odur ki, 07 dekabr 2004-cü il tarixdə Astara rayonun Kijəbə qəsəbəsində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07 dekabr 2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 07 dekabr 2004cü il tarixdə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, anası X2, atası Ərizəçi qeyd edilib. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzinin arayışından görünür ki, 07 dekabr 2004cü il təvəllüdlü X1 hemiplegiya, sağ tərəfli hemiparez, dizartriya, orta kəm ağıllılıq, daim müalicə və qulluq tələb olunan ciddi davranış pozuntusu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 1845 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarına malik deyil. Buna görədə X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 1845 rəyini nəzərə alaraq, məhkəmə 07 dekabr 2004-cü il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 dekabr 2004-cü il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-642/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-642/2023
23.08.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında - Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver