Məhkəmə qərarları › İş №2(111)-93/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-93/2025

23.05.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında - Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-93/2025 23.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Kəngərli Rayon İcra Hakimiyyətinin Başçısı Yanında X4 və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Səmədova Yazgül Sabir qızı cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 26 aprel 1982-ci il tarixdə doğulmuş Səmədova Yazgül Sabir qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X12 Sabir qızı 26 aprel 1982-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Cermuk şəhəri, Keçut kəndində anadan olmuşdur. X12 Sabir qızının 22 yanvar 2019-cu il tarixdə əlilliyi müəyyənləşmiş, 13 aprel 2020-ci il tarixdə isə İİ qrup əlil olması ilə bağlı Naxçıvan MR Kəngərli rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 024403 nömrəli əlillik vəsiqəsi verilmişdir. X12 Sabir qızı 15 oktyabr 2018-ci il tarixdən “Şizofreniya.Paranoid forma” diaqnozu ilə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatında dayanır. Həmçinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon vətəndaş qəbulu şöbəsinin arayışına əsasən İ qrup əlilliyə görə pensiya alır. Onun kənar şəxsin qulluğuna ehtiyac vardır. X12 Sabir qızı özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən X12 Sabir qızının həmin hüquqlarını həyata keçirə bilmir. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Səmədova Yazgül Sabir qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclaslarında iştirak etməsinə imkan vermədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmamış və işə onun iştirakı olmadan baxılmışdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Kəngərli Rayon İcra Hakimiyyətinin Başçısı Yanında X4 və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə izahatında həqiqətən də ərizəçinin X12 Sabir qızının xəstə olduğunu, özünü idarə etmək qabiliyyətində olmadığını, onun hüquqlarının müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəyyumluğa verilməsinin vacib olduğunu bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti Çalxanqala kənd İƏDÜN-in 03 fevral 2025-ci il tarixli 64 nömrəli arayışına əsasən Səmədova X5 rayon Çalxanqala kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti Çalxanqala kənd İƏDÜN-in 23 may 2025-ci il tarixli 192 nömrəli arayışına əsasən Taroyeva “Səmədova” Yazgül Sabir qızı Ərizəçi qızıdır və ailə tərkibindədir. İş materiallarına əlavə edilmiş AZ-İ 051396 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə X7 28 noyabr 2003-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Səmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Vətəndaş Qəbulu şöbəsinin 03 fevral 2025-ci il tarixli arayışından görünür ki, Səmədova Yazgül Sabir qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Vətəndaş Qəbulu şöbəsindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270.00 AZN manat məbləğində sosial müavinət və ümumi səbələrdən orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin 200.00 AZN məbləğində təqaüdü təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Y.Budaqov adına Naxçıvan MR X3 27 yanvar 2025-ci il tarixli, 3-28-344/2-264 nömrəli arayışına əsasən Kəngərli rayon Çalxanqala kənd sakini 1982-ci il təvəllüdlü Səmədova Yazgül Sabir qızı xx.xx.2018-ci il tarixdən “Şizofreniya.Paranoid forma” diaqnozu ilə adına Naxçıvan MR X2 dispanser qeydiyyatında dayanır. Naxçıvan MR Y.Budaqov adına Naxçıvan MR X3 15 aprel 2025-ci il tarixli 177 saylı rəyinə əsasən Səmədova Yazgül Sabir qızında “Şizofreniya.Paranoid forma. Psixi qüsur vəziyyəti” psixi xəstəliyi vardır. Səmədova Yazgül Sabir qızı öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Səmədova Yazgül Sabir qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclaslarında iştirak etməsinə imkan vermir. Məhkəmə ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Səmədova Yazgül Sabir qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 aprel 1982-ci il tarixdə Ermənistanda doğulmuş, Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatda olan və yaşayan Səmədova Yazgül Sabir qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar