Məhkəmə qərarları › İş №2(060)-6220/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6220/2021

05.07.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında - Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6220/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 17.06.2008-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. (28.1.). 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır (28.3). Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər (28.8.). İddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17.06.2008-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur və 11 yaşındadır. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da göründüyü kimi yetkinlik yaşına çatmış və ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Lakin, X2 yetkinlik yaşına çatmayan şəxs olaraq məhdud fəaliyyət qabiliyyətli olduğundan o, məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz şəxs hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar