Məhkəmə qərarları › İş №2(018)-643/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-643/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-643/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 20 noyabr 2006-ci il təvəllüdlü X8, 16 fevral 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 235 manat olmaqla cəmi 705 manat tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2005ci ildə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşuq. Nikahımızı isə 20 iyul 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən xx.xx.2006-ci il tarixdə X8, xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2013-cü il tarixdə X11 adlı uşaqlarımız anadan olmuşdur. Birgə yaşadıqları dövrdə əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdeh ailədə söz söhbət yaratmış, narazılıqlar salmışdır. Bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Birgə yaşamaq mümkün olmadığından ayrılmışlar. Ailənin saxlanılması mümkün olmadığından aralarında olan nikah Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-386/2022 nömrəli qətnaməsilə pozulmuşdur.Cavabdeh boşanmadan qabaq mediasiyada vəd vermişdir ki, hər uşağa 180 manat oimaqla hər ay cəmi 540 manat miqdarında aliment ödəyəcəyi barədə öhdəlik götürmüş və hətda onlar xx.xx.2023-cü il tarixdə bu barədə barışıq sazişi bağlamışlar. Göründüyü kimi Cavabdeh verdiyi vədə əməl etməmiş uşaqlarının saxlanılması üçün aliment ödəməmişdir. Odur ki, məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş 20 noyabr 2006-ci il təvəllüdlü X8, 16 fevral 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 235 manat olmaqla cəmi 705 manat tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA №-4071795 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Astara rayonunda anadan olmudur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-cı il təvəllüdlü X1 şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 618 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Novruzəıi qızı ilə Cavabdeh arasılnda 20 iyul 2012-ci il tarixli, 33 nömrə ilə nikah pozulmuşdur. Həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X11 doğulmuş və doğum haqqında akt qeydləri kitabında Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL-02936 nömrəli ilkin mediasiya sessiyasında iştirak edərək barışıq sazişi imzalamışlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 25 aprel 2024-cü il tarixdən başlayaraq, 20 noyabr 2006-cı il təvəllüdlü X8, 16 fevral 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 aprel 2024-cü il tarixdən başlayaraq, 20 noyabr 2006-cı il təvəllüdlü X8, 16 fevral 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar