Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-654/2024 10.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh Talib oğlundan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 18 iyun 2018-ci il tarixdə Cavabdeh Talib oğlu ilə faktiki nikah münasibətinə girməklə ailə qurmuş, faktiki nikahlarından 14 may 2019-cu il təvəllüdlü X7 adlı bir uşaqları dünyaya gəlmiş, uşağın atalığı müəyyən olunmuşdur. Ailə qurduqdan sonra Cavabdeh Talib oğlunun validyenlərinə məxsus Astara rayonun, Seləkəran kəndində yerləşən evdə yaşamışlar. Birgə təsərüfatı idarə etmişik. Ailə həyatlarının ilk vaxtlarında mehriban yaşamışlar. Amma bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdı. Cavabdeh Talib oğlu ilə xasiyyətləri düz gəlmədiyi üçün 1 ilə yaxındır ki hal-hazırda valideynlərinə sığınıb onlarla bir yerdə yaşayır. Bu müddət ərzində Cavabdeh Talib oğlu uşağına heç bir maddi yardım etməyib, uşağın sağlam mühitdə böyüməsinə ona heç bir köməklik göstərməmişdir. Uşağı təkbaşına saxlayır, onun maddi və mənəvi sıxıntılarını o, və validyenləri çəkir. Artıq bir müddətdir ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Həmin vaxtdan bəri o, bir dəfə də olsun uşağı ilə maraqlanmayıb, heç bir ehtiyaclarını ödəməyib. Bu vaxt ərzində uşaq onun himayəsində qalıb, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Cavabdeh Talib oğlu bir ata kimi uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib.Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmər. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və onların himayəsində yaşayırlar. Uşağın maddi ehtiyaclarım ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşağının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. 14 may 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh Talib oğlundan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin 14 aprel 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli № 385 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL-00357 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 14 may 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materialından görünürki, iddia ərizəsi 29 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 29 aprel 2024-cü il tarixdən başlayaraq, 14 may 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 aprel 2024-cü il tarixdən başlayaraq, 14 may 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-654/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-654/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver