Məhkəmə qərarları › İş №2(018)-661/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-661/2023

04.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-661/2023 04.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzinə qarşı “məcburi iş buraxmaya müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi iş buraxma müddəti üçün cəmi 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, X7 idarəsinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Astara rayon Mədəniyyət Mərkəzinin 23 avqust 2021-ci il tarixli 28 nömrəli əmrinə əsasən 01 sentyabr 2021-ci il tarixdən Çayoba kənd diyarşunasliq evinə müvəqqəti olaraq analıq məzuniyyəti yerinə xadimə vəzifəsinə təyin edilmiş, əmək funksiyasını, əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri layiqincə yerinə yetirmiş və əmək intizamini pozmamışdır. Buna baxmayaraq Astara rayon Mədəniyyət Mərkəzinin xx.xx.2022-ci il tarixli 57 nömrəli əmri ilə X12 öz işinə qayıtdığı üçün 19 noyabr 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Qanunsuz işdən azad olunduğu üçün hüquqlarının müdafiəsi üçün aidiyyati orqanlara o cümlədən Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara rayon regional şöbəsi müraciət etmişdir.Müraciətinə onlar tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, X7 İdarasinin Astara rayon Mədəniyyət Mərkəzinin xx.xx.2021-ci il tarixli 46 nömrəli əmri ilə Astara rayon Çayoba kənd folklor evinin xadiməsi X4 ərizəsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi qismən ödənişli sosial məzuniyyət verilmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli 47 nömrəli əmri ilə onunla bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. O, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermədiyi və əmək müqaviləsinin müddəti bitmədiyi halda müdriyyət Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin"b"bəndinin, 69-cü maddəsinin 3-cü hissəsinin və 76-ci maddasinin 2-ci hissəsini pozmuş analıq məzuniyyətindən geri qayıtmaq barədə X3 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli 57 nömrəli əmri ilə onu işdən azad etmişdir. Əmək Müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində tələbləri pozulmuşdur. Belə ki, əmrin məzmununda həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasında nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsini, hissəsini və bəndini göstərilmədiyi üçün“Əmək və Məşğulluq altsisteminə Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin“b"bəndinə əsasən xitam verilməsi barədə məlumat daxil etmişdir. Beləliklə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək məcəlləsinin 68 maddasinin 2-ci hissəsinin“b”bəndinin, 69-cu maddəsinin 3-cü hissəsinin, 76-ci maddəsinin 2-ci hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri kobud surətdə pozulmuşdur. Əmək Məcəlləsinin qeyd edilən hüquq normalarının pozulması halı Azarbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətaya səbəb olan X8 idarəsinin rəisi X13 Azərbaycan Respublikasının iXM-nin 192.6-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmasi üçün xx.xx.2023-cü il tarixində MN1496238 nömrəli inzibati Xəta haqqında protokol tərtib edilmişdir. Ona 30 gün müddətində işə bərpa olunmağı maqsədi ilə işə götürən barəsində xx.xx.2023-cü il tarixli MN0020815 nömrali inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Görülmüş əməli tədbirlər nəticəsində Astara rayon Mədəniyyət Mərkəzinin xx.xx.2023-ci tarixli 10 nömrəli əmri ilə işdən azad olunmağı barədə xx.xx.2022-ci il tarixli 57 nömrəli əmr ləğv edilmiş və əvvəlki işinə bərpa olunmuşdur. Beləliklə cavabdehlərin günahı üzündən 19 noyabr 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi məcburi işləməmişdir. Bu səbəbə görə ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Qeyd etmişdir ki, 2022-ci ildə əmək haqqının 274 manat, 2023-cü ilin yanvar ayından isə 359 manat olmuşdur. Cavabdehlər tərəfindən məcburi iş buraxma günlərinə görə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cəmi 1600 manat əmək haqqı ödənilməlidir. Odur ki, cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi iş buraxma müddəti üçün cəmi 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin nümayəndəsi X5 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıya məcburi iş buraxmaya müddəti üçün ödənilməli əmək haqqı 1428.95 manat təşkil edir. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin nümayəndəsi X2 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1967-ci il tarixdə Astara rayonu, Telman kəndində doğulmuşdur və Astara rayonu, Çayoba kəndində yaşayır. İş materiallarında olan qəbzindən müəyyən olunur ki, cavabdeh X16 iddiaçı X6 3623 (üç min altı yüz iyirmi üç) manat məbləğdə pul götürmüşdür. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 276 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Çayoba kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 18 noyabr 2022-ci il tarixdən 15 aprel 2023-cü il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı cəmi 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 95 (doxsan beş) qəpik təşkil edir. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu Maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmənin iş üzrə yekun rəyi ondan ibarətdir ki, X7 idarəsinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Astara rayon Mədəniyyət Mərkəzinin 23 avqust 2021-ci il tarixli 28 nömrəli əmrinə əsasən 01 sentyabr 2021-ci il tarixdən Çayoba kənd diyarşunasliq evinə müvəqqəti olaraq analıq məzuniyyəti yerinə xadimə vəzifəsinə təyin edilmiş İddiaçı 19 noyabr 2022-ci il tarixdən tutduğu vəzifədən qanunsuz və xx.xx.2023-ci tarixdə iş yerinə bərpa edilmiş, İddiaçı məcburi iş buraxma müddətinə olan əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi məcburi iş buraxmaya müddətinə görə cəmi əmək haqqı 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Astara rayon Mədəniyyət Mərkəzindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi məcburi iş buraxmaya müddətinə görə cəmi əmək haqqı 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar