Məhkəmə qərarları › İş №2(018)-667/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-667/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-667/2023 21.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Eşçin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Hafiz qızının, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hafiz qızının Cavabdeh qarşı “nikahın pozulması, uşağın yanında saxlanması və Sabit pul məbləğində aliment tələbinə dair” ilkin iddiası, Cavabdeh İddiaçı Hafiz qızına qarşı “Nikahın pozulması tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hafiz qızı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə 08 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Hafiz qızı ilə 30 dekabr 2019-cu il tarixdə 238 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR və İŞİN HALLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı Hafiz qızı iddia tələbini müdafiə edib qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı X3 cavabdeh X5 ilə 07 dekabr 2019-cu il tarixdə faktiki nikah münasibətinə girməklə ailə qurmuşlar. Nikahlarını isə 30 dekabr 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 08 aprel 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra əvvəllər mehriban yaşasalarda sonra münasibətləri pozlduğuna görə görə ayrılmışlar. 2022-ci ilin avqust ayından valideyinlərinin yanında yaşayır. Ancaq o, ailəsinin dağılmasını istəmir. Odur ki, o, iddianın təmin edilməsini qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qismən qəbul etdi və qarşılıqlı iddianı isə müdafiə etməklə verdiyi izahatında göstərdi ki, Cavabdeh İddiaçı Hafiz qızı ilə 07 dekabr 2019-cu il tarixdə faktiki nikah münasibətinə girməklə ailə qurmuşlar. Nikahlarını isə 30 dekabr 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 08 aprel 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra əvvəllər mehriban yaşasalarda sonra münasibətləri pozlduğuna görə görə ayrılmışlar. Ayrı yaşadıqları müddət ərzində barışmağa cəhd etməmişlər əksinə münasibətlərini kəskinləşdirən hərəkətlərə yol vermişlər. Bundan sonra Cavabdeh İddiaçı Hafiz qızı ilə ilə barışıb yenidən ər-arvad kimi yaşamaqları, ailənin saxlanılması qeyri-mümkün olduğundan aralarındakı nikah formal xarakter daşıyır. Məhkəmə tərəfindən onlara barışmaları üçün verilmiş 3 ay ərzində onlar barışmamışlar.Ancaq hesab edir ki, İddiaçı Hafiz qızı aliment tələbini artıq göstərmişdir. Belə ki, Hacızadə X2 Dövlət Universitetində əyani təhsil almaqla heç bir qazancı yoxdur. Ona görə də ilkin iddia tələbini qismən 110 (bir yüz) manat həddində müəyyən edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddianın isə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara şəhər icra nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı Hafiz qızı xx xxxxxxxx 1992-ci il tarixdə anadan olmuşdur və Astara şəhəri Qum küçəsi ev 80-da yaşayır. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Hafiz qızı arasında 30 dekabr 2019-cu il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanılmış və 238 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacızadə” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 08 aprel 2021-ci il tarixdə anadan omaqla, onun atası kimi Cavabdeh, anası kimi isə İddiaçı Hafiz qızı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, cavabdeh Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasındakı ailə münasibətləri bərpa olunmaz dərəcədə pozulduğundan ailənin saxlanılması qeyri-mümkündür. Ona görə də, tələb nikahın pozulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-22.2.3-cü maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və əmlak bölgüsünü müəyyən etməsidir. Məhkəmə uşaqların yaşını, valideynlərinin faktiki olaraq ayrılmasından sonra uşaqların analarının yanında qalmalarını, həmin azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacları olduğunu nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar analarının (iddiaçının) yanında qalmalıdır. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Boşanma tələbi təmin edilərkən məhkəmə, 08 aprel 2021-ci il təvəllüdlü X1 mənafeyini nəzərə alaraq onların anasının - İddiaçı Hafiz qızının yanında saxlanılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması üçün əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İş matertiallarından görünür ki, Astara rayon Məhkəməsinin 2(018)-667/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadına əsasən məhkəmənin qətnaməsi çıxarılanadək 08 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 may 2023-cü il tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı Hafiz qızına verilməsi qət edilmişdir. Ona görə də, hazırki mülki iş üzrə “müvəqqəti aliment təyin edilməsinə dair” qərardad tərtib edildiyindən alimentin tutulması qətnamənin çıxarıldığı gündən, yəni 20 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Məhkəmə hesab edir ki, 08 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, 150 (bir yüz əlli) manat məbləğində alimentin Cavabdeh alınıb İddiaçı Hafiz qızına verilməsi daha ədalətlidir. Belə ki, iddiaçı uşağın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etsə də, cavabdehin aylıq gəliri və qazancə barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra belə nəticəyə gəlir ki, ailənin saxlanması mümkün olmadığından iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 08 aprel 2021-ci il təvəllüdlü X4 anası- İddiaçı Hafiz qızının yanında saxlanılmalı və onun saxlanılmasından ötrü İddiaçı Hafiz qızının xeyrinə Cavabdeh hər ay 150 (bir yüz əlli) manat manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında qeyd olunan tövsiyyələrini də nəzərə alır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir: «Nikah məhkəmə qaydasında pozularkən ... məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.» İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay, hər bir uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1800 (bir min səkkiz yüz) manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 32 (otuz iki) manat, 60 (altmış) qəpik təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi İddiaçı Hafiz qızından alınaraq Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 08 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Hafiz qızına ödənilsin. Alimentin bu qaydada tutulması 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Hafiz qızı ilə Cavabdeh arasında 30 dekabr 2019-cu il tarixdə Astara rayon Qeydiyyat şöbəsində 238 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra 08 aprel 2021-ci il təvəllüdlü X4 anası - İddiaçı Hafiz qızının yanında saxlansınlar. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi İddiaçı Hafiz qızından alınıb Cavabdeh ödənilsin. İddiaçı Hafiz qızı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat, 60 (altmış) qəpik məbləğində olan dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Tərəflərə boşanma haqqında şəhadətnamə verilərkən 15 (on beş) manat məbləğində dövlət rüsumu İddiaçı Hafiz qızından tutulsun. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. İddia tələbi hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar