Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-691/2023 19.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cahangir oğlu və Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cahangir oğlu və Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 19 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cahangir oğlu və Astara rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişlərr. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizənin baxılmamış saxlanmasını barədə ərizəsini iddia ərizəsinin qaytarılması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(027)-691/2023 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 1701-cı, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cahangir oğlu və Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-691/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-691/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver