Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-726/2023 18.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, müdafiəçisi X7, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2010-cu il tarixdə faktiki olaraq ailə həyatı qurmuşdur. Birgə ər-arvad münasibətindən 04 iyul 2022-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Nikahlarını rəsmiləşdirmədikləri üçün uşaqın atalığı müəyyən edilməklə uşağa ata soyadı verilmişdir. Cavabdeh ilə ər-arvad münasibətləri pozulduğundan ayrılmış və cavabdeh onu evdən qovmuş. Lakin cavabdeh uşaqın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Odur ki, 04 iyul 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili X5 iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh 3-cü qrup əlildir, cəmi 150 manat aliment alır. Bundan başqa onun başqa nikahdan iki övladı var və həmin nikah üzrə həyat yoldaşı rəhmətə getmiş uşaqlara tək baxır.Onun yalnız hər ay 50 manat məbləğdə aliment ödəməyə imkanı çatır.Göstərilənləri nəzərə alaraq iddianı qismən təmin etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X4 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan `Astara rayon qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli arayışından görünür ki, 04 iyul 2022-ci il təvəllüdlü X1 şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında 15 iyul 2022-ci il tarixində 596 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Marzasəy kəndində yaşayır və aşağıdakı ailə tərkibi var: Əri Cavabdeh və qızı X8. İş materiallarında olan 31 mart 2023-cü il tarixli, MŞL-00614 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 3-cü qrup əlilliyə görə 150 manat müavinət alır. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 04 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunan 25 may 2023-cü il tarixdən başlayaraq, Cavabdeh 04 iyul 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2023-cü il tarixdən başlayaraq, 04 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-726/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-726/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver