Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-728/2023 18.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq nəvələri xx.xx.2009-cü il təvəllüdlü X12 və xx.xx.2019-cü il təvəllüdlü X2 üçün xeyrimə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi.Əlavə olaraq bildirdi ki, oğlu -xx.xx.2009-cü il təvəllüdlü X19 nənəsinin yanında yaşayır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qayınanasıdır, uşaqların isə nənəsidir. Cavabdeh X8 ilə nikahları 14 sentyabr 2007-ci il tarixdə qeyd etdirməklə ailə həyatı qurmuşdur. Ər-arvad olaraq 2022-ci ilə kimi bir təsərrüfatda yaşamışıq. Birgə nikahdan xx.xx.2009cü il tarixdə X19 və xx.xx.2019-cü il tarixdə isə X16 adlı uşaqlarımız anadan olmuşdur. Anar Həsənov ilə ailə həyatları uğurlu alınmamışdır. Astara rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-725/2022 nömrəli qətnaməsilə aralarında olan nikah pozulmuş uşaqlar yanında saxlanılmış və uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X10 tutularq xeyrinəə verilməsi qət edilmişdir. Aliment qət edilən gündən Cavabdeh oğlu X17 aliment ödəməmişdir. Onun aliment hesabına bir uşağa görə 3120 manat borcu vardır. X18 yetkinlik yaşına çatmamış uşaqlara görə maddi yardım etməmişdir. Məhz bu səbəbdən hazırki tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq nəvələri xx.xx.2009cü il təvəllüdlü X12 və xx.xx.2019-cü il təvəllüdlü X2 üçün xeyrimə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək göstərdi ki, nəvəsi-xx.xx.2009cü il təvəllüdlü X19 onun yanında yaşayır. X8 həbsdədir. Təqaüdçüdür və nəvəsinə o, baxır.Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)- 725/2022 saylı qətnaməsindən görünür ki, X14 ilə X7 arasında olan xx.xx.2007-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, xx.xx.2009-cü il təvəllüdlü X12 və xx.xx.2019-cü il təvəllüdlü X11 xx.xx.2004-cü il təvəllüdlü X5 X1 və xx.xx.2009-cü il təvəllüdlü X12 və xx.xx.2019-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X9 hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsi qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı övladları-xx.xx.2009-cü il təvəllüdlü X19 və xx.xx.2019-cü il təvəllüdlü X3 üçün Cavabdeh aliment tələb etsədə, xx.xx.2009-cü il təvəllüdlü X19 cavabdeh olan nənəsi Cavabdeh yanında yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir Məhkəmədə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə iş materiallarını tədqiq edərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-728/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-728/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver