Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-783/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması, zəruri ehtiyacların ödənilməsi üçün sabit pul şəklində alimentin ödənilməsinin müəyyən müddətə ailənin digər üzvünə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması, zəruri ehtiyacların ödənilməsi üçün sabit pul şəklində alimentin ödənilməsinin müəyyən müddətə ailənin digər üzvünə yönəldilməsi tələbinə dair” iddia qaldıraraq, əri X5 ilə birgə nikahdan olan uşaqları 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Astara Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(018)- 775/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ödənişinin uşaqların nənəsi Cavabdeh pensiyasına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, o, Cavabdeh X1 ilə 2013-cü ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və 20 iyun 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Astara Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(018)-775/2019 saylı qətnaməsinə əsasən X5 ilə aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X2 onun xeyrinə tutulması müəyyən edilmişdir. 2023-cü ilin mart ayında X5 cinayət törətməkdə şühbəli şəxs kimi saxlanılmış və məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra ona aliment ödənilməsi dayandırılmışdır. O, uşaqları ilə birlikdə xəstə, heç bir gəliri olmayan atasının himayəsindədir. Uşaqların saxlanması onda çox böyük çətinliklər yaratmışdır. Keçmiş əri X3 həbsdən nə vaxt çıxması isə məlum deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 88-93-cü maddələrinə əsasən baba və nənələr öz nəvələrinin saxlanmasında iştirak edə bilərlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, onun X1 İddiaçı ilə 2013-cü ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(018)-775/2019 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X2 iddiçının xeyrinə tutulması müəyyən edilmişdir. X1 alimenti vaxtlı-vaxtında ödəmiş olsada, 2023-cü ilin mart ayında həbs edilmişdir. Onun özü yaşlı və xəstə olmaqla maddi vəziyyəti ağırdır. Maddi çətinlik çəkir. Həmçinin kredit ödəyir. Onun məhkəmənin müəyyən etdiyi alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1988-ci il tarixdə Astara rayonu Ərcivan qəsəbəsində anadan olmaqla, orada yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X13 adlı uşaqların atası kimi X5, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X5 ilə X8 20 iyun 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər və arvada “Yaqubova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(018)-775/2019 saylı qətnaməsindən məlum olur ki, X5 ilə İddiaçı aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X2 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh X1 İddiaçı ilə 20 iyun 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(018)-775/2019 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 28 iyun 2014-cü il təvəllüdlü X7 və 19 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X2 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. X5 2023-cü ilin mart ayında həbs edilməsinə alimentin ödənilməsi dayanmışdır. Cavabdeh maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı Cavabdeh məhkəməni müəyyən etdiyi alimenti ödəyə bilməsini göstərsə də, həmin halı, onun maddi vəziyyətinin yaxşı olmasını təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında Cavabdeh zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması, zəruri ehtiyacların ödənilməsi üçün sabit pul şəklində alimentin ödənilməsinin müəyyən müddətə ailənin digər üzvünə yönəldilməsi tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-783/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-783/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver