Məhkəmə qərarları › İş №2(018)-786/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-786/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-786/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinin dayandırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinin dayandırılması tələbinə dair” iddia qaldıraraq, arvadı Cavabdeh qız ilə birgə nikahdan olan uşaqları 24 mart 2007-ci il təvəllüdlü X7, 02 fevral 2009-cu il təvəllüdlü X2 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Astara Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(018)-330/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin ödənilməsinin 30 sentyabr 2021-ci il tarixdə dayandırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X17 iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 2006-cı il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Nikahlarını 14 dekabr 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətdən onların 24 mart 2007-ci il tarixdə X7, 02 fevral 2009cu il tarixdə X8 və 17 noyabr 2010-cu il tarixdə X9 adlı üç uşaqları doğulmuşdur. Astara Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(018)-330/2020 saylı qətnaməsinə əsasən hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2020-ci il tarixli 97 nömrəli sərəncamına əsasən onların birgə nikahlarından olan uşaqları 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X9 Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “Valideyin himayəsindən məhrum olunmuş uşaqlar üçün” olan 2 nömrəli ümumi orta internat məktəbinə yerləşdirilmişdir. Uşaqların maddi təminatı dövlət tərəfindən qarşılanır.Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 2006-cı il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Nikahlarını 24 mart 2007-ci il təvəllüdlü X7, 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X9 adlı üç uşaqları doğulmuşdur. 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X6 oxumaları üçün Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “Valideyin himayəsindən məhrum olunmuş uşaqlar üçün” olan 2 nömrəli ümumi orta internat məktəbinə yerləşdirilmişdir. Uşaqlar halhazırda onun yanındadırlar. O, uşaqlara baxa bilmir. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş Astara rayon Siyəkü kənd icra nümayəndəliyinin arayıından məlum olur ki, Zaidov X11 rayon Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon icra Hakimiyyəti başçısının 30 sentyabr 2020-ci il tarixli 97 nömrəli sərəncamına əsasən onların birgə nikahlarından olan uşaqları 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X9 Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “Valideyin himayəsindən məhrum olunmuş uşaqlar üçün” olan 2 nömrəli ümumi orta internat məktəbinə yerləşdirilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Astara rayon Siyəkü kənd icra nümayəndəliyinin 07 avqust 2023-cü il tarixli arayıından məlum olur ki, Cavabdeh uşaqları 24 mart 2007-ci il təvəllüdlü X7, 02 fevral 2009-cu il təvəllüdlü X2 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X1 rayon Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X19 arasında 14 dekabr 2012-ci il tarixdə bağlanmış nikahın pozulması 22 sentyabr 2020ci il tarixdə 88 nömrə ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(018)-330/2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 24 mart 2007-ci il təvəllüdlü X7, 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin İddiaçı X13 xeyrinə tutulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilə 14 dekabr 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(018)-330/2020 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 24 mart 2007-ci il təvəllüdlü X7, 02 fevral 2009-cu il təvəllüdlü X8 və 14 noyabr fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin İddiaçı X13 xeyrinə tutulması müəyyən edilmişdir. Tərəflərin birgə nikahdan olan uşaqları hal-hazırda da Cavabdeh yanındadır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında cavabdeh X3 zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinin dayandırılması tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar