Məhkəmə qərarları › İş №2(018)-854/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-854/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-854/2023 11.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X10, X5, Cavabdeh7 qarşı “Mirasın qəbul edilməsi faktının və mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X10, X5, Cavabdeh7 qarşı “Mirasın qəbul edilməsi faktının və mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışda qeyd edilən mərhum valideyinlərindən miras qalmış paylarının qəbul etməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən edilməsi və bölünməsi, dövlət reysterində qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltmaq barədə ərizə ilə müraciət edərək, iddia tələbinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissənin iddia tələbindən xaric edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Şümrüd kəndi ərazisində 0,8622 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Bu ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışda əks edilmişdir. Həmin çıxarışa əsasən onların ümumi birgə mülkiyyətlərində olan 0,8622 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində atası X7, X2nın, bacısı Cavabdeh4, özünün, qardaşı Cavabdeh5, sonuncunun arvadı X4, qızı X8 hər birinin mülkiyyət payı 1/9 hissədə, qardaşı Cavabdeh5 oğlu X13 mülkiyyət payı 2/9 hissədə olması müəyyən edilmişdir. X2 14 yanvar 2021-ci il tarixdə, atası X14 16 may 2021-ci il tarixdə ölmüşlər. Valideyinləri öləndən sonra onlardan miras qalan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışda qeyd edilən onlardan miras qalmış əmlakı idarə etmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsindən məhkəmə qaydasında payların müəyyən edilməsində zərurət yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X10, X5, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən İddiaçı izahatını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin, “Doğum haqqında şəhadətnamə”nin surətindən və Astara rayon İHB-nın Pəlikeş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 1974-cü il tarixdə Astara rayonu, Şümrüd kəndində anadan olmaqla, nümayəndəliyinin Şümrüd kəndində yaşayır. Onun atası X14, anası isə X6r. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”lərdən məlum olur ki, X11 14 yanvar 2021-ci il tarixdə, X14 16 may 2021-ci il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Pəlikeş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X11 14 yanvar 2021-ci il tarixdə, X14 16 may 2021-ci il tarixdə öldükdən sonra onların yaşadıqları ünvanda yaşayan vərəsə İddiaçı, çıxıb gedən vərəsələr isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X15, X12, Cavabdeh7dır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışdan məlum olur ki, ümumi birgə mülkiyyətlərində olan Astara rayonu, Şümrüd kəndi ərazisində yerləşən 0,8622 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində X7, X3, İddiaçı, Cavabdeh4, Cavabdeh5, X4, X8 hər birinin mülkiyyət payı 1/9 hissədə, X13 mülkiyyət payı 2/9 hissədə olması müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışa əsasən Astara rayonu, Şümrüd kəndində 0,8622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X3, İddiaçı, Cavabdeh4, Cavabdeh5, X4, X8 hər birinin mülkiyyət payı 1/9 hissədə, X13 mülkiyyət payı 2/9 hissədə olmaqla onların ümumi birgə mülkiyyətindədir. X1 16 may 2021-ci il tarixdə və X11 14 yanvar 2021-ci il tarixdə olmüşlər. Onların vərsələrindən İddiaçı, Cavabdeh4, Cavabdeh5 qeyd edilən torpaq sahəsində mülkiyyət payı vardır, digər və vərəsələrdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X9, Cavabdeh7 isə qeyd edilən torpaq sahəsində mülkiyyət payı yoxdur.Hazırda iddiaçı həmin torpaq sahəsindən payların müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, 0,8622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, Cavabdeh4, Cavabdeh5 hər birinin mülkiyyət payı 10/72 (yetmiş ikidə on) hissədə, X4, X8 hər birinin mülkiyyət payı 8/72 (yetmiş ikidə səkkiz) hissədə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X9, Cavabdeh7 hər birinin mülkiyyət payı 2/72 (yetmiş ikidə iki) hissədə və X13 mülkiyyət payı 16/72 (yetmiş ikidə on altı) hissədə müəyyən edilməlidir. Məhkəmə həmçinin heasb edir ki, iddia tələbinin 0,8622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəflər arasında bölünməsi hissəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X10, X5, Cavabdeh7 qarşı “Mirasın qəbul edilməsi faktının və mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2022-ci il olan çıxarışında qeyd edilmiş Astara rayonu, Şümrüd kəndində yerləşən 0,8622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, Cavabdeh4, Cavabdeh5 hər birinin mülkiyyət payının 10/72 (yetmiş ikidə on) hissədə, X4, X8 hər birinin mülkiyyət payının 8/72 (yetmiş ikidə səkkiz) hissədə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X9, Cavabdeh7 hər birinin mülkiyyət payının 2/72 (yetmiş ikidə iki) hissədə və X13 mülkiyyət payının 16/72 (yetmiş ikidə on altı) hissədə olması müəyyən edilsin. Bu hüquqların dövlət reyestrində qeydə alınsın və mübahisəli torpaq sahəsinin mülkiyyətçilərin adlarına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında ƏDRX-nin DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar