Məhkəmə qərarları › İş №2(031)-90/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-90/2023

27.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-90/2023 27.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Sultanova (Bayramova) Fərqanə Bahəddin qızına qarşı Torpaq sahəsindən payın ayrılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Sultanova (Bayramova) Fərqanə Bahəddin qızına qarşı iddia qaldıraraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus olan 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi onun mülkiyyətindədir, 1/3 hissəsi isə mərhum qardaşı Fəxrəddin Bayramovun mülkiyyətində olmuşdur. O, hazırda mülkiyət hüquqlarından istifadə etmək istəyir. Lakin mərhum qardaşı Fəxrəddin Bayramovun arvadı cavabdeh bu hüquqlarından istifadə etməyinə maneçilik törədir. Ona məxsus olan torpaq sahəsinin naturada ayrılmasını istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus olan 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Sultanova (Bayramova) Fərqanə Bahəddin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi İddiaçı mülkiyyətinə, 1/3 hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7. maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. maddəsinə əsasən mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, öələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55. maddəsində qeyd edilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü ilə yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus olan 2/3 hissəsi naturada ayrılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən 1.4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus olan 2/3 hissəsi naturada ayrılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar