Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-933/2024 15.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 08 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, həmçinin ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2012-ci il tarixdə faktiki nikah münasibətinə girməklə ailə qurmuşdur. Bu nikahdan onların 08 iyun 2013-cü il təvəllüdlü Asim, 18 avqust 2014cü il təvəllüdlü Rəvanə və 27 noyabr 2015-ci il təvəllüdlü Nicat adlı üç uşaqları doğulmuşdur. Nikahlarını isə 2014-cü il tarixdə rəsmləşdirmişlər. Cavabdeh ilə ər-arvad nümasibətləri pozulduğu üçün nikahları məhkəmə qaydasında pozulmuş və ayrılmışlar. Uşaqlardan 08 iyun 2013-cü il təvəllüdlü Asim onun himayəsindədir. Cavabdeh uşağın saxlanması və tərbiyyəsi naminə ona heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. 08 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, həmçinin ödənilmiş 55 (əlli beş) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, hazırki iddiaçıdan iki övladının saxlanması barədə hər uşağa görə 130 manat aliment alır. Hazırda işləmir və heç bir təqaüd almır. Tələb olunan aliment məbləğini ödəməyə imkanı yoxdur. Heç bir gəlirinin olmaması və himayəsində iki övladının olmasını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-559/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilərək X3 onun himayəsinə verilmişdir. İş materiallarında olan AZİİİ seriyalı 111565 nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X3 xx.xx.2013-cü ildə anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Astara rayonu, Burzubənd kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı övladı X3 ilə birlikdə Astara rayonu, Burzubənd kəndində yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZİİ seriyalı 074663 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqlarını Nümayəndə 5 (beş) il müddətinə etibar etmişdir. Mülki işə əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-00861 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı mediasiya prosesində iştirak etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, mediasiya prosesində iştirak etmək üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 05 iyul 2024-cü il tarixdə təqdim edilmişdir Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 05 iyul 2024-cü il tarixdən başlayaraq, 08 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05 iyul 2024-cü il tarixdən başlayaraq, 08 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-933/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-933/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver