Məhkəmə qərarları › İş №2(018)-937/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-937/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-937/2024 05.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi və iddiaçı X3 və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 08 iyul 2024-cü il tarixində iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması və mediyasiya təşkilatı üçün ödənilmiş 60 (altmış) manatın ona xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X9 adlı iki uşaqları olmuşdur. Hazırda cavabdehlə ayrı yaşayır. Azyaşlı uşaqları onun himayəsində böyüyür. Cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Odur ki, cavabdehdən azyaşlı uşaqları - 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması və mediyasiya təşkilatı üçün ödənilmiş 60 (altmış) manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı X5 ilə 2019-cu il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X9 adlı iki uşaqları olmuşdur. Artıq bir müddətdir ki, ayrı yaşayırlar. Azyaşlı uşaqlarına köməklik edir. Özü rəsmi olaraq “Yol idarəsi ndə” işləyir, 407 manat əmək haqqı alır. Himayəsində xəstə anası var. Hazırda maddi çətinliyi olduğu üçün iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəkdir. Azyaşlı uşaqları üçün hər ay hər uşağa 110 manat olmaqla ümumilikdə 2 uşağa görə 220 manat aliment ödəyə biləcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə ddiaçı X3 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

1. Şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yeri barədə arayışdan görünür ki, X2 rayonu, Ərçivan qəsəbəsində, Cavabdehn Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır.

2. Doğum haqqında arayışlardan görünür ki, iddiaçı X5 ilə Cavabdeh birgə nikahlarından 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X9 adlı iki uşaqları var.

3. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 28 iyun 2024-cü il tarixində, saat 11:30-da keçirilməli olan ilkin mediasiya sessiyasında X3 nümayəndəsi iştirak etmişdir. X5 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin iki uşaqları var. Hal-hazırda azyaşlılar iddiaçının yanında qalır. İddiaçı həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh rəsmi olaraq “ Yol İdarəsində” işlədiyini qeyd etsədə, əmək haqqı barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən sabit pul məbləğində aliment tutulub iddiaçının xeyrinə ödənilməlidir. Aliment tələb üzrə tətbiq edilən maddi hüquq normaları:

1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

3. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

4. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar.

5. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.

6. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır.

7. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, alimentin miqdarının hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat sabit məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat sabit məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən olundu ki, 28 iyun 2024-cü il tarixində saat 11:30-da keçirilməli olan ilkin mediasiya sessiyasında X5 iştirak etmişdir. X5 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində olan mediasiyaya dair xərcini cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün 08 iyul 2024cü il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 340 manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 340 manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 4080 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.2.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 60,80 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddiaçı X3 Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilsin.

2. 28 yanvar 2020-ci il təvəllüdlü X7 və 05 noyabr 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 iyul 2024-cü il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilsin.

3. İddia qalan hissədə təmin olunmasın.

4. İddiaçı X5 aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin.

5. İddiaçı tərəfindən ödənilən 60 (altmış) manat məbləğində olan mediasiyaya xərci Cavabdeh alınıb iddiaçı X4 ödənilsin.

6. Qətnamə dərhal icra edilsin.

7. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar