Məhkəmə qərarları › İş №2(018)-94/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-94/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-94/2024 12.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarov Elvin Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Uşağın mənşəyinin müəyyən edilməsi və doğum aktı qeydində düzəliş edilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Uşağın mənşəyinin müəyyən edilməsi və doğum aktı qeydində dəyişiklik edilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək 28 fevral 2023-cü il tarixdə anadan olmuş uşağı X1 atasının Cavabdeh1 olmasının müəyyən edilməsi və 28 fevral 2023-cü il tarixdə anadan olmuş uşağı X1 doğum aktı qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh2 ilə 2009-cu ildə faktiki nikahmünasibətinə girməklə evlənmişlər və 20 avqust 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 14 sentyabr 2010-cu il tarixdə X5 adında uşaqları olmuşdur. Onların münasibətləri əvvəllər yaxşı olsada sonra pozulmasına görə ayrılmışlar. Onlar ayrılandan sonra 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 faktiki olaraq evlənmişlər və onların münasibətlərindən 28 fevral 2023-cü il tarixdə Məhəmməd anadan olmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında olan nikahları Astara Rayon Məhkəməsinin 14 iyun 2023cü il tarixli, 2(018)-592/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra İddiaçı 28 fevral 2023-cü il tarixdə anadan olmuş uşağı X1 doğum aktı qeydində düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciə etmiş, ancaq 02 avqust 2023-cü il tarixli məktubuna əsasə düzəliş aparılmasından imtina edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatla məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etməsini göstərib, iddianın təmin edillməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi (anası) Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən və arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur və Astara rayonu, Züngüləş kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh1 27 dekabr 1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X4 28 fevral 2023-cü il tarixdə anadan olmuşdur. Onun atası kimi “Cavabdeh2”, anası kimi isə “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 02 avqust 2023-cü il tarixli, 38 nömrəli məktubundan məlum olur ki, X4 28 fevral 2023-cü il tarixdə anadan olarkən İddiaçı Cavabdeh2 ilə rəami nikah qeydiiyatında olduğuna görə akt qeydində düzəliş aparılmamışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(018)- 592/2023 nömrəli qətnaməsindən məlum olur ki, X2 ilə Cavabdeh2 arasında 20 avqust 2010-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patolojı anatomiya birliyi” publik huquqi şəxsi 14 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan 28 fevral 2023-cü il tarixdə anadan olmuş X4 barəsində Cavabdeh1 atalıq faktı inkar olunmadı. Cavabdeh2 ekspertizaya gəlmədiyi üçün ona aid ekspertizanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM-in) 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Doğum qeydə alınandan sonra iddiaçı atalığın müəyyən edilməsi üçün Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası AM-in 45.1-ci maddəsinə görə atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Hazırki mülki işdə Cavabdeh1 28 fevral 2023-cü il tarixdə anadan olmuş X1 atası olduğunu təsdiq edən sübutlar vardır. Ona görə də Məhkəmə hesab edir ki, Cavabdeh1 28 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı uşağın atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası AM-in 46-cı maddəsinin 1 və 2-ci hisələrinə müvafiq olaraq valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası AM-in 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası AM-in 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası AM-in 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə və ya atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Beləliklə, məhkəmə baxışı iddiaçının nümayəndəsinin izahatına və iş materiallarına əsasən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 birgə yaşayışlarından 28 fevral 2023-cü il tarixdə Məhəmməd adlı uşaq doğulmuşdur. Həmin vaxtı isə İddiaçı Cavabdeh2 ilə aralarında olan nikahları pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Uşağın mənşəyinin müəyyən edilməsi və doğum aktı qeydində düzəliş edilməsi tələbinə dair» iddiası təmin edilsin. 28 fevral 2023-cü il tarixdə anadan olmuş X1 atasının Cavabdeh1 olması müəyyən edilsin. 28 fevral 2023-cü il tarixdə anadan olmuş X1 doğum akt qeydində düzəliş edilərək soyadının “Bayramov”, adının “Məhəmməd”, ata adının isə “Cavabdeh1” olaraq qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə 55 (əlli beş) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar