Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-941/2024 04.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2014cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin, həmçinin ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahılarını 21 dekabr 2012-ci il tarixdə qeyd etdirməklə evlənmişlər. Onunla ər-arvad olaraq 2022-ci ilə kimi bir təsərrüfatda yaşamışlar. Bu münasibətdən xx.xx.2014-cü il tarixdə X12, xx.xx.2015-ci il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Uşaqlar sağ və salamatdırlar və yanında yaşayırlar. Cavabdeh ilə ər-arvad münasibətləri normal olsada sonradan onun günahı üzündən pozulmuşdur. Belə ki, cavabdeh ailəyə diqqət yetirmir və uşaqlarının maddi ehtiyacını təmin etmək üçün cəhd etmir. Bu səbəbdən ailə münasibətləri pozulmuş və hazırda ayrı yaşayırlar. Dəfələrlə cavabdehə təklif etsə də könüllü olaraq uşaqların saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmışdır. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəfindən Mediasiyanın tətbiqi ilə əlaqədar Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosessinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmişdir. İlkin mediasiya sesiyası xx.xx.2024-cü il tarixə saat 11:00 təyin edilmiş və keçirilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya xərci olaraq 55 manat ödəmişdir. Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZİ seriyalı 792783 nömrəli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanaraq 29 nömrəli akt qeydi aparılmış, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE11265362 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə Tunar xx.xx.2014-cü il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçıdir. İş materiallarında olan AZE11265362 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə Toğrul xx.xx.2015-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçıdir. İş materiallarında olan AZE11265362 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə İnçənur xx.xx.2017-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçıdir. İş materiallarında olan AA4873735 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə Zəhraxanım xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası- Cavabdehdır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbəsi İƏDÜN tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsi İƏDÜN-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL-00864 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya sesiyasında iştirak edilməsi üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 09 iyul 2024-cü il tarixdən başlayaraq, 22 yanvar 2014-cü il təvəllüdlü X12, 30 yanvar 2015-ci il təvəllüdlü X13, 03 avqust 2017-ci il təvəllüdlü X8 və 31 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, dörd uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyul 2024-cü il tarixdən başlayaraq, 22 yanvar 2014-cü il təvəllüdlü X12, 30 yanvar 2015-ci il təvəllüdlü X13, 03 avqust 2017-ci il təvəllüdlü X8 və 31 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, dörd uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-941/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-941/2024
04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver