Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-946/2025 10.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X1 və 17 noyabr 2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqıya münasibətdə) hər ay hər uşağa 246 manat cəmi 492 manat sabit pul məbləğində alimentin müəyyən edilərək Cavabdeh Afsəl qızından tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə İddiaçı iddiasını müdafiə edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikahımızı qeyd etdirməklə ailə həyatı qurmuşuq. Birgə nikahdan xx.xx.2009-cü il tarixdə X3 və 17 noyabr 2010-cü il tarixdə X5 adlı uşaqlarımız anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətlərimiz uğurlu alınmadı. Birgə nikahdan doğulmuş 23 oktyabr 2009-cü il təvəllüdlü X3 və 17 noyabr 2010-cü il təvəllüdlü X5 8 aydan artıq müddətdir ki, yanımda yaşayırlar. Məhkəmə nəzərinə onuda çatdırıram ki, Astara rayoun məhkəməsinin 07 noyabr 2013-cü il tarixli qətnaməsilə aramızda olan nikah pozularkən, uşaqlar ananın himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatana kimi 160 manat sabit pul məbləğində aliment qət edilmişdir. Azyaşlı uşaqlar baxımsız qaldığından və Cavabdeh vəkalətli nümayəndəsi X4 razılığı ilə Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-81/2025 nömrəli qətnaməsi ilə xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2010-cü il təvəllüdlü X5 Cavabdeh alınaraq himayəmə verilməsi qət edilmişdir. birgə nikahdan doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X1 və 17 noyabr 2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqıya münasibətdə) hər ay hər uşağa 246 manat cəmi 492 manat sabit pul məbləğində alimentin müəyyən edilərək Cavabdeh Afsəl qızından tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X9 bildirdi ki, Cavabdeh aliment tələbini qəbul etmir, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, xx.xx.2009-cu il təvəllüdlü X3 hazırda onun yanında yaşayır. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X7 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Astara şəhərində anadan olmuş, anası- Cavabdeh, atası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Astara şəhərində anadan olmuş, anası- Cavabdeh, atası- İddiaçı qeyd edilmişdir. İş materialına əlavə edilmiş MŞL-00347 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materialında olan Astara RİHB-nın Ərçivan qəsəbəsi İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 231 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində qeydiyatdadır. İş materialında olan Astara RİHB-nın Ərçivan qəsəbəsi İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 236 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində qeydiyatdadır, qızı X3 və oğlu X5 xx.xx.2023-cü il tarixdən ataları İddiaçı ilə birgə yaşayırlar. İş materialında olan Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 Cavabdeh alınıb İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan AZE № ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə, Astara şəhərində anadan olmuşdur. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 30 aprel 2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması X1 atası İddiaçı himayəsinə faktiki verildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 aprel 2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması X1 atası İddiaçı himayəsinə faktiki verildiyi vaxtdan hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-946/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-946/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver