Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-95/2024 10.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarov Elvin Namik oğlunun katibliyi və iddiaçı X4 nümayəndəsi (anası) X6 Cavabdeh iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı “Aliment üzrə borcları ödəməkdən azad edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 Cavabdeh qarşı “Aliment üzrə borcları ödəməkdən azad edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair” iddia qaldıraraq, 08 iyun 2013-cü il təvəllüdlü X2 daimi onun yanında yaşamasına görə, Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(106)-319/2021 nömrəli qətnaməsinə əsasən yaranmış 1000 (bir min) manat aliment borcunun silinməsi və 08 iyun 2013-cü il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi (anası) X13 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 2012-ci il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 30 iyul 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları 08 iyun 2013-cü il təvəllüdlü X14, 14 avqust 2014-cü il təvəllüdlü X9 və 27 noyabr 2015-ci il təvəllüldü X12 anadan olmuşdur. Onların münasibətləri əvvəllər normal olsa da sonra Cavabdeh ona dəfələrlə xəyanət etməsinə görə pozulmuşdur. O, bunları bildikdə isə Cavabdeh uşaqları da evində qoyub, evi tərk etmişdir. Nikahları məhkəmə qaydasında pozularkən, Astara rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayə” komissiyası uşaqların onun yanında qalmasını məqsədəmüvafiq hesab etsə də məhkəmələr uşaqları analarına vermişdir. Uşaqlardan 14 avqust 2014-cü il təvəllüdlü X9 və 27 noyabr 2015-ci il təvəllüldü X12 anaları hal-hazırda Cavabdeh yanında qalmış olsalarda da 08 iyun 2013-cü il təvəllüdlü X14 heç vaxtı onunla qalmaq istəmir. O həmişə atası İddiaçı yanında qalmaqla atasından ayrılmaq istəmir. Belə ki, o, atasından ayrılarsa özünə qəsd edə bilər. Həmçinin 08 iyun 2013-cü il təvəllüdlü X14 2022-ci ilin fevral ayının 25-də anası Cavabdeh yaşadığı evdə olarkən sonuncunun qardaşı X23 anası ilə qalmaq istəyirlər. Cavabdeh qardaşı X23 08 iyun 2013-cü il təvəllüdlü X10 işgəncə verərək, onun sol bilək nahiyəsində yanar vəziyyətdə siqaret kötüyünü söndürmüşdür. Buna görə də X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. 08 iyun 2013-cü il təvəllüdlü X14 daimi olaraq atası İddiaçı yanında qalmasına görə onun saxlanması üçün Cavabdeh verilməsi üçün aliment verilməsi də qanunsuzdur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İddiaçı ilə 2012-ci il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər və 30 iyul 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları 08 iyun 2013-cü il təvəllüdlü X14, 14 avqust 2014-cü il təvəllüdlü X9 və 27 noyabr 2015-ci il təvəllüldü X12 anadan olmuşdur. İddiaçı ailəyə baxmamasına görə ailələri dağılmışdır. Məhkəmə qaydasında nikahları pozulmuş, uşaqlar onun yanında saxlanmış və onlar üçün aliment müəyyən edilmişdir. İddiaçı alimenti verməkdən boyun qaçırdır və alimenti verməmək üçün hazırkı iddianı qaldırmışdır. Nənəsinin mane olmasına görə 08 iyun 2013-cü il təvəllüdlü X14 onunla qalmaq istəmir. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Astara Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik” komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında müəllim X7 iştirakı ilə dindirilən 08 iyun 2013-cü il təvəllüdlü X14 göstərdi ki, valideyinləri faktiki olaraq ayrılan vaxtdan o atası İddiaçı yanındadır və onun yanında qalmaq istəyir. Çünki atası ona yaxşı baxır. Belə ki, anasının yanında qalanda dayısı X23 onu döyüb incidir, anası isə onunla maraqlanmır. Ona görə də o, atası İddiaçı yanında qalmaq istəyir. O, anası ilə qalarsa evdən gedəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 12 iyul 19993-cü il tarixdə Astara rayonu Burzubənd kəndində anadan olmaqla, 08 iyun 2013-cü il təvəllüdlü X14 ilə birlikdə hal-hazırda da orada yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon Kijəbə qəsəbə icra nümayəndəliyinin 28 noyabr 2023-cü il tarixli arayışından məlum olur ki, İddiaçı boşandığı vaxtdan oğlu 08 iyun 2013-cü il təvəllüdlü X14 onunla birlikdə yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X14, 08 iyun 2013-cü il tarixdə anadan olmaqla onun atası kimi İddiaçı, anası kimi isə Cavabdeh qeyd edilmişdir. Mülki işə əlavə edilmiş arayışdan və xasiyyətnamədənməlum olur ki, 08 iyun 2013cü il təvəllüdlü X1 rayonu Sipiyəpart kənd orta məktəbinin 5-ci sinfində oxuyur, dərsə davamiyyəti, dərsdə fəallığı kafidir. Məktəbdə oxuduğu müddət ərzində ona heç bir töhmət və xəbərdarlıq almamışdır. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(106)-319/2021 nömrəli qətnaməsindən məlum olur ki, məhkəmə tərəflərin birgə nikahdan olan uşaqları 08 iyun 2013-cü il təvəllüdlü X8, 14 avqust 2014-cü il təvəllüdlü X3 və 27 noyabr 2015-ci il təvəllüldü X5 anaları Cavabdeh yanında qalmasını, 08 iyun 2013-cü il təvəllüdlü X8 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan 2(106)- 319/2021 nömrəli mülki iş üzrə təyin edilmiş 14 iyun 2021-ci il tarixli 11/97 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, 08 iyun 2013-cü il təvəllüdlü X8 atası X11 ilə bağlılığı müəyyən olunur. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(018)-148/2022-ci il tarixli hökmündən görünür ki, X23 25 fevral 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Astara rayonu Burzubənd kəndində yerləşən evində olarkən bacısı oğlu 08 iyun 2013-cü il təvəllüdlü X8 baş nahiyyəsinin onun baş nahiyyəsinə dəyməsindən əsəbiləşib yanıq vəziyyətdə olan yüksək tempraturlu siqaret kötüyünü aşkar surətdə yetkinlik yaşına çatmayan, heç bir müqavimət göstərmək imkanına malik olmamaqla köməksiz vəziyyətdə olan Asim Tarverdizadənin sol bilək nahiyəsinə basaraq sol mil-bilək oynağı nahiyəsində İ dərəcəli termiki yanıq yarası ilə müşayət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirməklə sonuncuya güclü fiziki ağrı və əzab verməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2012-ci il tarixdə faktiki, 30 iyul 2014-cü il tarixdə rəsmi nikah münasibətinə girməklə evlənmişlər və birgə nikahlarından uşaqları 08 iyun 2013-cü il təvəllüdlü X14, 14 avqust 2014-cü il təvəllüdlü X9 və 27 noyabr 2015-ci il təvəllüldü X12 olmuşdur. Onlar məhkəmə qaydasında ayrılarkən məhkəmə uşaqların analarının yanında saxlanılmasını və 08 iyun 2013-cü il təvəllüdlü X8 isə atasından alınıb, atasına verilməsini və hər üç uşaq üçün onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin anaları Cavabdeh verilməsini müəyyən etmişdir. Ancaq hal-hazırkı məhkəmə iclasında müəyyən edildi ki, 08 iyun 2013-cü il təvəllüdlü X14 həmişə atasının yanında qalmışdır. Qısa müddət ərzində anası ilə qalarkən onlarla birlikdə yaşayan dayısı X15 milbilək oynağında yüksək tempraturlu siqaret kötüyünü basmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. 08 iyun 2013-cü il təvəllüdlü X14 isə atasının yanında qalmasını istəyir, anası ilə qalarsa evdən gedəcəyini bildirir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə 08 iyun 2013-cü il təvəllüdlü X8 anası ilə qalması qət edilmiş olsa da o həmişə atası ilə qalmışdır. Bu hal Cavabdeh tərəfindən də mübahisələndirilmir. 08 iyun 2013-cü il təvəllüdlü X14 atasından ayrılarsa evdən gedəcəyini bildirmişdir. Bunun baş verəcəyi isə ağır nəticələrə səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddianı rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə uşaqların yaşını və fikirlərini, həmin azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacları olduğunu nəzərə alıb hesab edir ki, uşaqlar analarının (cavabdehin) yanında qalmalıdır. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılıgı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). «Kroon Niderlanda qarşı» iş üzrə 27 oktyabr 1994-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etdi ki, ailə həyatına boşanma faktı ilə son qoyulmur, buna görə də, 8-ci maddə çərçivəsində ailə həyatına hörmət hüququ həm nikahda olan, həm də boşanan valideynlərlə onların uşaqlarının münasibətlərinə şamil olunur. Ümumiyyətlə, dövlət müəyyən hallarda uşaqla ünsiyyət məsələlərində valideynlik hüquqlarının məcburi qaydada təmin olunması üçün zəruri olan bütün ağlabatan tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “Aliment üzrə borcları ödəməkdən azad edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilsin. 08 iyun 2013-cü il təvəllüdlü X2 yaşayış yerinin iddiaçı X4 yanında olması müəyyən edilsin. İddiaçı X11, Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(106)- 319/2021 nömrəli qətnaməsinə əsasən yaranmış 1000 (bir min) manat aliment borcunu ödəməkdən azad eddilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-95/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-95/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver