Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1005/2020 30.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-219/2020 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh xeyrinə xx.xx.2015-ci ildə anadan olmuş qızı-X1 üçün tutulan alimentin miqdarının azaldılaraq 80 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-219/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə xx xxxxxx 2015-ci ildə anadan olmuş qızı-X1 üçün tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun X5 ilə faktiki nikahından olan üç nəfər az yaşlı uşaqlarının olması, ümumilikdə 4 uşağının olması nəzərə alınmamışdır. Günəmuzd fəhləliklə məşğul olur, hal-hazırda da xüsusi karatin rejiminə görə iş olmaması dolanışığını bir az da aşağı vəziyyətə salmışdır. Cavabdeh Bədrəddin qızı ilə ayrıldıqdan sonra əvvəlki arvadı X5 ilə 2017-ci il tarixdə yenidən barışmışdır. Himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları, İİ qrup əlil atası, ağır dərəcəli şəkərli diabet xəstəsi olan anası vardır. Hazırda o, çox ağır ailə şəraitində yaşayır. Günəmuzd fəhləlik işləri ilə məşğul olur. Qazancı himayəsində olan uşaqları baxmağa yetmir. Digər gəlir yeri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, hazırda təyin olunmuş 150 manat alimenti heç cür ödəməyə maddi imkanı yetmir. Alimentin miqdarı 80-90 manat olarsa Cavabdeh maddi yardım göstərə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən himayəsində olan qızı- X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı alınıb ona verilməsi qət edilmişdir. O, iddiaçının iddia tələbi ilə razı deyildir və alimentin azaldılmasına etiraz edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 602 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X4 xx xxxxxx 2015-ci ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 032785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxx 2007-ci ildə anadan olmuş, atası İddiaçı, anası X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 624197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23may 2009-cu ildə anadan olmuş, atası İddiaçı, anası X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329491 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2014-cü ildə anadan olmuş, atası İddiaçı, anası X15 qızı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-219/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-817/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxx 2015-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-219/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-817/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxx 2015-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı himayəsində üç nəfər az yaşlı uşaqlarının, İİ qrup əlil atasının, şəkərli diabet xəstəsi anasının olmasını və ailə vəziyyəti ilə əlaqədar 150 manat alimenti ödəyə bilmədiyini göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı tutulan alimentin miqdarının artılrılmasına dair 2(019)-219/2020 nömrəli mülki işə mahiyyəti üzrə baxılarkən İddiaçı məhkəmə iclasnda iddiaya öz etiraznı bildirmiş, digər uşaqlarının doğumu barədə sənədləri məhkəməyə təqdim etmiş, məhkəmə bütün bu halları nəzərə alaraq alimentin miqdarını hər ay 150 manat sabit pul məbləğində müəyyən etmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Həmin qətnamə qəbul edildikdən sonra İddiaçı ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X12” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, hazırda uşaqlar üçün yaşayış minimumunun 170 manat olmasını, iddiaçının hər uşaq üçün 150 manat aliment ödəməsini, ödənilən məbləğin uşaqlar üçün yaşayış minimumundan az olmasını, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-219/2020 nömrəli qətnaməsi qəbul edildikdən sonra İddiaçı ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. 30 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1005/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1005/2020
30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver