Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1070/2020 03.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra «xxxx» MMC) cavabdeh Borclu qarşı ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyən etdim : «xxxx» MMC Borclu qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Borclu 174 manat borc məbləği, 50 manat cərimə, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 244 (iki yüz qırx dörd) manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri əqbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, Borclu 174 manat borc məbləği, 50 manat cərimə, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 244 manat borc tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlər əsasında Borclu «xxxx» MMCyə эюстярилян мябляьдя borcu olması barədə dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, «xxxx» MMC-nin Borclu qarşı məhkəmə əmri haqqında ərizəsinin qəbul olunmasından imtina edilməli və «xxxx» MMC-yə ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 284-1, 284-2, 284-3 və 284-4-cü maddələrini rəhbər tutub, qərara aldım: «xxxx» MMC-nin Borclu qarşı məhkəmə əmri haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin; iddiaçı «xxxx» MMC-yə ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1070/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1070/2020
03.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver