Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-108/2022 26.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızından və Cavabdeh6 10100 (on min bir yüz) manat pulun, 4400 (dörd min dörd yüz) ABŞ dollarının, 3 ton sementin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 143 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək göstərdi ki, Balakən rayonu, Qazma kəndində yaşayır, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2014-cü ilin yay aylarında Balakən rayon Qazma kənd sakini Cavabdeh1 ona telefonla zəng edərək pula ehtiyacı olduğunu və ailə üzvlərinə məxsus torpaq sahəsini almağını xahiş etmişdir. Daha sonra Cavabdeh1 ilə torpaq sahəsinin qiyməti barədə danışıqlar aparan zaman sonuncu torpaq sahəsini 20000 manata satacağını bildirmişdir. O, satılacaq torpaq sahəsi üçün 20000 manat məbləğin çox olduğunu bildirərək ilkin olaraq 10000 manat pul verəcəyini, sonra 4400 ABŞ dolları və 3 ton sement verəcəyini bildirmişdir. Təklifinə razılaşdıqdan sonra 10000 manat pulu və 3 ton sementi şahidlərin iştirakı ilə Cavabdeh1 vermişdir. Cavabdeh ona Notariat Kontorunda alqı-satqı əməliyyatı aparmağı üçün dövlət aktının əslini təqdim etmişdir. Notariat Kontoruna getdikdə torpaq sahəsinin mülkiyyətçilərindən yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirak etdiyi, digər mülkiyyətçilər olmadıqları üçün alqı-satqı əməliyyatını həyata keçirə bilməmişlər. Bunun üçün cavabdehlər adından torpaq sahəsini öz adına sənədləşdirməyi üçün notariat kontorunda iştirak edən 3 nəfər şəxsin adından qardaşı Şahid3 etibarnamə verilmişdir.Lakin həmin vaxtı Notariat kontorunda 4400 ABŞ dolları pul məbləğini cavabdehlərə ödəmişdir.Cavabdeh1 4400 ABŞ dolları pulu alan zaman sözügedən 4400 ABŞ dollarını 1 gün gecikdirdiyi üçün 100 manat ondan əlavə pul tələb etmişdir. Həmin 100 manat pul məbləğini də cavabdehin evinə gedərək vermişdir. Cavabdehlər torpaq sahəsinin digər mülkiyyətçilərinin də torpaq sahəsini alqı-satqı etməyi üçün eyni məzmunda etibarnamə verəcəklərini vəd etsələrdə bugünki tarixə qədər verdikləri öhdəliklərə əməl etməmişlər. Bunun üçün torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. Qeyd etdiyi ifadələri təsdiq edəcək şahidləri vardır. Qeyd edir ki, Cavabdeh1 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət edərək özlərinə məxsus Balakən rayon Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, onun Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsindən çıxarılması, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarıldığı təqdirdə torpaq sahəsinə dair ödəmiş olduğu 10100 manat, 4400 ABŞ dolları və 3 ton sement ona geri qaytarılmalıdır. Bunun üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı ona və ailə üzvülərinə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İlk əvvəl qeyd etmək istəyir ki, o, ömrü boyu halal zəhmətlə, əlinin qabarı ilə çörək qazanıb ailəsini dolandıran, zəhmətkeş, həmçinin düzgünlüyü sevən, yalana nifrət edən, ədalətli, düzgün insandır. Həyatı boyu dövlətin qayda qanunlarına əməl edən, qanunsuz heç bir iş görməyən nümunəvi ölkə vətəndaşıdır.Lakin çox təəssüf ki,İddiaçı qanunsuz əməlləri nəticəsində o, illərdi məhkəmə yollarında qalmışdır. Belə ki, iddaçı İddiaçı onunla özünün və ailə üzvülərinin mülkiyyətində olan 2,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2015-ci ilin əvvəlində söhbət etmiş, torpaq sahəsini 5500 manata razılaşmışlar. Azər sənədləşmə aparılması üçün ona 100 manat vermiş, torpaq sahəsinə görə 5500 manatı isə sənədləşmədən sonra verəcəyini bildirmişdir. O, Cavabdeh2 və Cavabdeh4 zəruri sənədləri hazırlayaraq notariat kontoruna gedərək özlərinə məxsus 2,06 hektar torpaq sahəsindən onlara çatası sənədlərin alınması, torpaq sahəsinə sərəncam verilməsi, satılması pulun alınması və digər hüquqların etibar edilməsi ilə bağlı İddiaçı qardaşı Şahid3 etibarnamə vermişlər. Bu etibarnaməni aldıqdan sonra Azər ona pulu verməmişdir. O,dəfələrlə Azərin yanına gedib pulunu tələb etmiş, lakin Azər hər dəfə pulu verməmiş,əksinə onu söyüb qovmuşdur. Ona görə də o, İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, onun və ailə üzvülərinin mülkiyyətində olan 1,75 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Lakin qətnamə bu günədək icra edilməmişdir. Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən 2019,2020 və 2021-ci il tarixlərdə həmin qətnamənin icrası ilə bağlı 3 dəfə akt tərtib olunmuş, lakin İddiaçı hal-hazıradək onun və ailə üzvülərinin həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. İddiaçının iddia tələbi əsassızdır. İddiaçı ona 10100 manat,4400 ABŞ dolları və 3 ton sement verməmişdir. İddia ərizəsində göstərilənlər şər böhtandır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından da görünür ki, Azərin iddiasını təsdiq edəcək heç bir sübutu yoxdur Onun şahid qismində məhkəməyə dəvət etdiyi şəxslərin heç birinin ifadəsi düzgün deyildir. Belə ki, şahidlərdən Orxan onun qardaşı, digər şahidlər isə onun təsərrüfatında işləyən, ondan asılı olan şəxslərdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 Mollateyub oğlu ilə eyni məzmunlu ifadələr verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızı və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Balakən rayonunun Qazma kəndində yaşayır,İddiaçı məxsus traktoru idarə edir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tarixi yadında deyil, təxminən 5 il əvvəl mart - aprel aylarında İddiaçı ona idarə etdiyi avtomaşınla onu Zaqatala rayonuna aparmasını xahiş etmişdir. O, İddiaçıla birlikdə Zaqatala rayonu Notariat Kontoruna getmişdir. Həmin vaxt orada Cavabdeh1 və gəlini Reyhan olmuşlar. Azər Ərəbiddindən torpaq aldığını bildirmiş və onun yanında Ərəbiddinə 4400 dollar pul vermişdir. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonunun Qazma kəndində yaşayır. İddiaçı tanıyır. Azər sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Qazma kəndinin çöl ərazisində yerləşən bir neçə şəxslərə, eyni zamanda İddiaçı məxsus olan pay torpaqlarına gözətçilik edir.Gözətçi olduğu sahədə həmkəndlisi Cavabdeh1 məxsus torpaq sahəsi vardır. Əkin-biçin zamanı Ərəbiddinin torpaq sahəsi boş qaldığından onunla əlaqə saxlamış, həmin vaxt Cavabdeh1 torpaq sahəsini İddiaçı satdığını bildirmişdir. O,torpaq sahəsinin neçəyə satıldığını bilməmiş,alqı-satqı zamanı iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonunun Qazma kəndində yaşayır. İddiaçı tanıyır, Cavabdeh1 isə indi görübdür. Azər sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Qazma kəndinin çöl ərazisində yerləşən bir neçə şəxslərə, eyni zamanda İddiaçı məxsus olan pay torpaqlarına gözətçilik edir. Bir neçə il əvvəl yay vaxtı İddiaçı həyətində traktoru təmir etdikləri vaxt Cavabdeh1 ora gəlmiş, Azərin anbarından 3 ton sement aparmışdır. Lakin sementin torbalarda olub olmamasını, Ərəbiddinin sementi hansı maşınla , kimlərlə apardığını xatırlamır. Həmin vaxt Azər həyətdə 10000 manatı da sayıb Ərəbiddinə vermişdir. Məhkəmə iclasında İddiaçı İslam oğlunun vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İddiaçı qardaşı, cavabdehlər isə həmkəndliləridir. Təxminən 2014-cü ildə Cavabdeh1 qardaşı Azərə zəng edərək ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin satmaq istədiyini bildirmişdir.Qardaşı Azər də həmin torpaq sahəsini Ərəbiddindən 10000 manat, 4400 ABŞ dolları və 3 ton sement verib almışdır. 2015-ci ilin yanvar ayında cavabdehlərdən Ərəbiddin,Sənəm və Reyhan ona torpaq sahəsinə görə etibarnamə vermişlər. Lakin sonradan Ərəbiddin torpaq sahəsini geri tələb etməyə başlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-134, KOD-40103018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1 Mollateyyub oğluna, Cavabdeh2, X1, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 Balakən rayonu Qazma kəndi ərazisindən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, iddiaçı Cavabdeh1 həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 8(019)-35/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərardadından görünür ki, borclu Rəsulov X6 Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(019)-35/2021 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(019)-35/2021 nömrəli qərardadını əsassız hesab edir. Aşağıda qeyd etdiklərinə əsasən ləğv olunmalıdır.Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli icra sənədi tam icra edilmişdir. O, tələbkarın torpaq sahəsindən istifadə etmir. İstifadə etdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsidir. Torpaq sahəsinin yerində koordinatları tələbkara göstərilmişdir. Tələbkara mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsinin koordinatları qonşu torpaq sahəsinin üzərinə düşür. Tələbkar da Aqrar İslahat vaxtı özünə və ailə üzvlərinə göstərilmiş torpaq sahəsini tələb edir. Yerində tələbkara məxsus torpaq sahəsinin ölçmə işləri aparılarkən tələbkarın tələb etdiyi torpaq sahəsindən onun istifadə etmədiyi öz təsdiqini tapmışdır. Tələb etdiyi torpaq sahəsi faktiki olaraq qonşu torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən istifadə edilir. İcra sənədi tam icra olunmuşdur. Bunun üçün Balakən Rayon Məhkəməsinin 8(019)-35/2021 saylı 03.06.2021 tarixli qərardadının ləğv olunmasını xahiş edir. Borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-35/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmış, borclu İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 8(107)-56/2021 nömrəli 26 iyul 2021-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-35/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İşdə olan, Balakən Rayon Notariat Kontoru tərəfindən verilmiş 24 yanvar 2015-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Şahid3 Balakən rayonu Qazma kəndində yerləşən JN-134 kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən onlara verilmiş 2,06 hektar torpaq sahəsinin onlara çatası zəruri sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən 1 nömrəli arayışı almağı, aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından imza etməyi, ərizə verməyi, və digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 10 il müddətə verilmişdir. Etibarnamə reyestrdə 7E-382 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iddiaçının,məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1 Mollateyub oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 Balakən rayonu Qazma kəndi ərazisindən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə görə onlara JN- 134, KOD-40103018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. 2015-ci ilin yanvar ayında iddaçı İddiaçı ilə cavabdehlər arasında sonuncuların mülkiyyətində olan həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədlərin hazırlanması və qeydiyyatı üçün İddiaçı Cavabdeh1 100 manat pul vermiş, torpaq sahəsinə görə razılaşdıqları pulu alqı-satqı ilə bağlı sənədləşmə aparıldıqdan sonra verəcəyini bildirmişdir. 24 yanvar 2015-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Balakən Rayon Notariat Kontoruna gedərək Balakən rayonu Qazma kəndində yerləşən JN-134 kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən onlara verilmiş 2,06 hektar torpaq sahəsinin onlara çatası zəruri sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən 1 nömrəli arayışı almağı, aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından imza etməyi, ərizə verməyi, və digər hərəkətləri etməyi etibar etmələrinə dair İddiaçı qardaşı Şahid3 10 il müddətinə etibarnamə vermişlər. Lakin İddiaçı torpaq sahəsinə görə verməli olduğu pulu cavabdehlərə verməmişdir.Bu səbəbdən Cavabdeh1 İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)- 205/2019 nömrəli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, onun və ailə üzvülərinin mülkiyyətində olan 1,75 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. 2019-cu ilin mart ayının 28-dən icra sənədi verilməsinə baxmayaraq İddiaçı müxtəlif üsullarla icra sənədinin icrasına imkan verməmişdir. 27 oktyabr 2021-ci ildə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ilə Cavabdeh1 arasında torpaq alqı-satqısı ilə bağlı heç bir müqavilə olmamışdır. İddiaçı Cavabdeh1 10100 manat pul, 4400 ABŞ dolları və 3 ton sement verdiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 iddiaçının qardaşı, digər şahidlər Şahid2,Şahid1 və Şahid4 isə İddiaçı işçiləri olmaqla ondan asılı vəziyyətdə olan şəxslər olduğundan məhkəmə onların ifadələrinə tənqidi yanaşmış və onların ifadəsi işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Belə ki, Şahid1 bir neçə şəxsin ,o cümlədən İddiaçı torpaq sahələrinə gözətçilik etdiyini bildirmişdir. O, eyni zamanda bir neçə il əvvəl yay vaxtı İddiaçı həyətində traktoru təmir etdikləri vaxt Cavabdeh1 ora gəlməsini , İddiaçı həyətindəki anbardan ona 3 ton sement verməsini, həmçinin həyətdə 10000 manatı sayıb Ərəbiddinə verdiyini göstərmişdir. Lakin sual cavab zamanı sementin hansı qaydada verilməsini, Ərəbiddinin sementi hansı maşınla , kimlərlə apardığını xatırlamadığını, hətta Cavabdeh1 ilk dəfə məhkəmə iclaısnda gördüyünü bildirmişdir. Eyni zamanda tərəflər arasında torpaq sahəsi ilə bağlı razılaşma 2015-ci ilin yanvar ayında olduğu halda o, pulun və sementin yay vaxtı verildiyini göstərmişdir. Həmçinin Şahid2 torpaq sahəsinin satılmasını ona Cavabdeh1 dediyini bildirmiş,Cavabdeh1 isə bunun yalan olduğunu göstərmişdir.Şahid4 da pulun və sementin mart-aprel aylarında verildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin qeyd edilən hallarını, habelə Cavabdeh1 ona qarşı torpaq sahəsindən çıxarılmaq haqqında iddia qaldırarkən İddiaçı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini, qətnamədən apellyasiya şikayəti verməməsini, 2 il yeddi aydan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, heç bir mötəbər sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsasızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən 143 manat dövlət rüsumu xərcinə dair tələb də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-108/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-108/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver