Məhkəmə qərarları › İş №2(019)-1081/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1081/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1081/2021 10.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən ona hesablanmış 216 ( iki yüz on altı) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonunun Qaysa kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsi qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi təbii qaz onların da yaşadıqları evə qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yol tərəfdən yaşayış evinin hasarı üzərində yerləşdirilmişdir.26 noyabr 2020-ci il tarixdə “Azəriqaz” İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadələrində olmuş sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən o, evdə olmadığından sayğacın götürülməsi barədə tərtib olunmuş Aktı anası X1 imzalamışdır. Əvvəl istifadələrində olan sayğac çıxarılarkən sayğacda hər hansı xətanın olması barədə onlara bildirilməmişdir.30 aprel 2021-ci il tarixdə istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi vermişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamam aralanıb , qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə almır. Bu barədə 30 aprel 2021-ci tarixdə ******* saylı Akt tərtib edilmişdir.2021-ci ilin sentyabr ayının əvvəllərində onlara məlum olmuşdur ki, barələrində belə bir Akt var və o, 216 manat cərimə olunmuşdur. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq onlar qaz ödənişlərini etmişlər. Sayğac götürüldükdən yalnız 5 ay sonra, yəni 30 aprel 2021-ci il tarixdə sayğac laboratoriya yoxlamasından keçirilmişdir.Məhkəməyə bildirir ki, qaz sayğacı həyətyanı sahəsinin daş hasarının üzərində yol tərəfdən yerləşdirilmişdir. Onun mühafizəsinə o, və ailə üzvləri cavabdeh deyillər. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini “Azəriqaz” İB Balakən rayon şöbəsindən tələb etsə də bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26.11.2020-ci il tarixli 6 07262 nömrəli aktdan görünür ki, Balakən rayonu Qaysa kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 22 iyun 2016-cı il tarixli 9972 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı “Azəriqaz” İB X4 istismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2021-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamam aralanmış, qaz keçir,hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə alınmır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı * 216 manat qalıq qaz borcu hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Qaysa kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı “Azəriqaz” İB X4 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir.26 noyabr 2020-ci ildə “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamam aralanması, qaz keçirməsi,hesablama mexanizminin açıq vəziyyətdə olması,sərfiyyatı qeydə almaması qeyd edilmişdir. Sonradan iddiaçının evinə “Azəriqaz” İB-nin X4 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 216 manat qazdan istifadəyə görə borcunun yarandığı göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı Məhəmməd oğluna hesablanmış 216 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı oğluna hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar