Məhkəmə qərarları › İş №2(019)-1209/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1209/2021

16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1209/2021 16.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonu Xalatala kəndində yaşayan Cavabdeh oğlu- 08.08.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin avqust ayında Balakən rayonu Xalatala kənd sakini Cavabdeh ilə evlənmişdir.Nikahları 14 sentyabr 2019-cu il tarixdə 167 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından-08.08.2020-ci il tarixdə X3 adlı uşağı doğulmuşdur.2021-ci ilin avqust ayının əvvəlindən Maqomeddən ayrılaraq atası evində yaşayır. Oğlu Ramazan onun himayəsində yaşayır. Maqomed uşağın baxılmasında ona heç bir maddi köməklik göstərmir. Uşağa təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də Maqomeddən oğlu Ramazanın baxılması üçün aliment tələb edir. Maqomed fərdi işlərlə məşğul olur. Ev ustasıdır. Onun müəyyən qazancı var. Uşağın baxılması üçün aiiment ödəyə bilər. Maqomedin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Ona görə də göstərilən tələblə məhkəməyə müracəit etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 avqust 2021-ci il tarixdə verilmiş 05/Q-72/69 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X4 arasında 14 sentyabr 2019-cu il tarixdə 167 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Qafarova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 avqust 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 174316 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 08.08.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh Ramazanoviç, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə 01.11.2011-ci il tarixli MŞİH 05451 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manatı İddiaçı ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehin vəkilinin çıxışını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdehlə 2019-cu ilin avqust ayında rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 14 sentyabr 2019-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 167 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 08.08.2020-ci ildə X3 adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan azyaşlı uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 02 noyabr 2021-ci il tarixdən başlayaraq 08 avqust 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı qızına və 41 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 02 noyabr 2021-ci il tarixdən başlayaraq 08 avqust 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı və 41 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar