Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-125/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Balakən rayonunun Qazma kənd sakini Cavabdeh oğulları xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx xxxxx 2018-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmişlər. Onunla birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il tarixdə X5 adında bir uşaqları olmuşdur. xx xxx 2019-cu il tarixdən Dilqəmdən ayrı yaşayır. Oğlu Əmrah da onun himayəsində yaşayır. Ağır ailə şəraitində yaşayır, heç yerdə işləmir. Dilqəm uşağın baxılmasında ona heç bir köməklik göstərmir. Uşağı təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də Dilqəmdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Dilqəm fərdi əməklə məşğul olur. Onun müəyyən qazancı vardır. Dilqəmin oğlu Əmrahın baxılıb saxlanılması üçün qanunauyğun miqdarda aliment ödəmək imkanı vardır. Dilqəmin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Məhkəmə-genetik ekspertizasının rəyinə əsasən Cavabdeh oğlu X4 bioloji atası olması təsdiq olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, Əmrah Bağırovun atası olmadığını, buna görə ona aliment verməyə borclu olmadığını, Əmrah Bağırovun atası olmamasının məhkəmə-genetik ekspertizası ilə asan müəyyən olunacağını və məhkəməgenetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, Cavabdeh saxlanması üçün aliment tələb edilən Əmrah Bağırovun atası olmadığını, buna görə ona aliment verməyə borclu olmadığını, bu işlə bağlı müvafiq ekspertizanın təyin olunmalı olmasını və Cavabdeh məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə xx xxxxxxxx 2020-ci il tarixə, saat 11.15-ə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 369227 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin sentyabr ayının 25 günündə 164 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 347142 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxxxx 2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 76/2020-MTBŞ nömrəli rəyindən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası X2 olan Bağırov (Abdullayev) Əmrah Dilqəm oğlu barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. İş materiallarına əlavə edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli, 477/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq Cavabdeh ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması təsdiq olundu. Məhkəmə iddiaçının izahatını və xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən Cavabdeh və xx xxxxxx 2019-cu il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxx 2018-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmişlər. Onunla birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il tarixdə X5 adında bir uşaqları olmuş, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X1 atası olması qeydə alınmışdır. xx xxx 2019-cu il tarixdən Cavabdeh ayrı yaşayır. Məhkəmə-genetik ekspertizasının rəyinə əsasən Cavabdeh X4 bioloji atası olması təsdiq olunmuşdur. Uşaq anasının yanında və himayəsindədir. Cavabdeh uşağın saxlanmasına görə iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı cavabdehdən onun xeyrinə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin və onun nümayəndəsi-vəkilinin Cavabdeh X4 bioloji atası olmaması və bununla da cavabdehin həmin uşağın saxlanmasına görə aliment ödəməli olmaması barədə iddia tələbinə etirazla bağlı gətirdikləri hal işdəki mötəbər sübutlarla, o cümlədən məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 76/2020-MTBŞ nömrəli rəyi və məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli, 477/2020-MTBŞ nömrəli rəyi ilə tam təkzib olunmuşdur. Belə ki, müasir tədqiqat metodlarına əsaslanan və əsaslılığına görə heç bir şübə doğurmayan həmin ekspertiza rəyləri ilə Cavabdeh X4 bioloji atası olması təsdiq olunmuşdur. Cavabdeh və onun nümayəndəsi-vəkili tərəfindən iddia tələbinə etirazın əsaslandırıldığı halla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış və Cavabdeh X4 bioloji atası olmaması barədə iddiaya etirazın əsaslandırıldığ hal sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X7» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X7» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edildiyini və «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyini əsas tutaraq vəuşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, hazırki iş üzrə təyin olunan alimentin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin ər-arvad münasibətlərindən xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməlidir. Məhkəmə bu məbləğdə aliment təyinatında o faktı da nəzərə alır ki, məhkəmə iclasında Cavabdeh məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu bildirmiş və heç də az olmayan həmin ekspertiza xərcini ödəmişdir. Bu da Cavabdeh hər ay göstərilən məbləğdə alimenti ödəmək üçün maddi imkana malik olduğunu və bu aliment ödənişinin onun üçün ağır maddi məhrumiyyətlər yaratmayacağını sübut edir. İddiaçı cavabdehdən hər ay 180 manat aliment tələb etsə də, cavabdehdən uşağa görə ayda məhz 180 manat aliment tutulmasının əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da aylıq 180 manat aliment tələbinin faktoloji və hüquqi əsaslarını sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-nin 77.1-ci maddəsi). Yuxarıda göstərildiyi kimi, məhkəmə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, qanuna görə uşaqlar üçün 2020-ci ildə yaşayış minimumunun 170 manat olmasını və uşağa qulluq və onu saxlamaq üçün iddiaçıya daha çox ağırlığın düşməsini nəzərə alaraq, iddianın qismən, yəni cavabdehdən hər ay 170 manat alimentin tutulması, iddianın bu tələb hissəsindən artıq aliment tələbi hissəsində isə təmin olunmaması nəticəsinə gəlir. O da qeyd edilməlidlir ki, aliment uşağın mənafeyi naminə, onun saxlanması, ona ləyaqətli həyat şəraitinin yaradılması, əqli və fiziki inkişafının təmin edilməsi məqsədilə tutulur. Uşağı saxlamaq isə birinci növbədə onun valideynlərinin vəzifəsidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərindən xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 28,33 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh ərarvad münasibətlərindən xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 28,33 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-125/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-125/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver