Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-135/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı Kamil qızının və Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş oğlu -X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək 15.09.2015-ci ildə doğulmuş oğlu- X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh Mahama oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2012-ci ilin noyabr ayının 30-da qeyri rəsmi nikahla evlənmiş, nikahlarını 27 mart 2013cü il tarixdə Balakən rayon Meşəşambul kənd inzibati ərazi Dairəsi üzrə icra nümayəndəliyində 05 nömrə ilə rəsmiləşdirmişlər.Cavabdehlə birgə nikahlarından 15 sentyabr 2015-ci il tarixdə X4 doğulmuşdur. Evləndiyi ilk vaxtlarda Cavabdeh ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Cavabdeh mütəmadi olaraq spirtli içki qəbul edərək onu döymüş, birgə nikahlarından olan uşağa qarşı fiziki xəsarətlər yetirmişdir. Eyni zamanda cavabdeh başqa qadınlarla qeyri rəsmi münasibətlərdə olmuş, ona xəyanət etmişdir. O, ailənin baxılmasında iştirak etməmiş, qazancını başqa qadınlara və spirtli içkilərə xərcləmişdir. Onunla birlikdə yaşamaq dözülməz hala gəlmişdir. 2021-ci ilin may ayında birgə nikahlarından olan uşağı da götürərək atasının evinə qayıtmışdır. Cavabdehlə hal-hazırda ailə münasibətləri formal xarakter daşıyır. Eyni zamanda uzun müddətdir ki, ayrı yaşamalarına baxmayaraq cavabdeh uşağın dolanışığı ilə maraqlanmamışdır.Uşağın gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Onun hər hansı rəsmi iş yeri və gəliri yoxdur. Uşağın baxılmasında valideynləri köməklik edir. Aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmiş, mediasiya prosesinə Cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Cavabdeh gündəlik olaraq tikintidə usta işləməklə kifayət qədər pul qazanır. Uşağın baxılması üçün 200 manat aliment ödəmək iqtidarındadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh Mahama oğlu iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 30 iyun 2012-ci ilin rəsmi nikahla iddiaçı İddiaçı qızı ilə evlənmişdir. Birgə nikahlarından 15.09.2015-ci ildə X6 oğlu adında bir uşaqları olmuşdur. Bir müddətdir ki, iddiaçı onunla ayrılmış və valideynlərinin yanında yaşayır. İddiaçı ilə birgə nikahlarından olan uşaq hazırda iddiaçının himayəsində yaşayır. Onun daimi işi yoxdur, fəhləliklə məşğul olur. Onun ayda 100 manat aliment ödəmək imkanı vardır. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 mart 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 833338 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Banqıyev Teymur Mahama oğlu ilə X5 arasında 27 mart 2013-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Banqiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 630811 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 oğlu 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh oğlu, anası isə Banqiyeva Mədinə Kamil qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18.11.2021-ci il tarixli MŞİH-07356 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı Kamil qızı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı qızı ilə Cavabdeh oğlu 30 iyun 2012-ci ildə rəsmi nikah bağlamadan evlənmişlər, nikahlarını 27 mart 2013-cü ildə Balakən rayon Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 15.09.2015-ci ildə Banqıyev Zumrat Teymur oğlu adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün İddiaçı qızına maddi köməklik göstərmir. Ona görə də İddiaçı qızı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 29 noyabr 2021-ci il tarixdən başlayaraq 15.09.2015-ci il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 40,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda 50 manat mediasiya xərcini İddiaçı ödədiyindən Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb X3 ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 29 noyabr 2021-ci il tarixdən başlayaraq 15.09.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı Kamil qızına və 40,40 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-135/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-135/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver