Məhkəmə qərarları › İş №2(019)-142/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-142/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-142/2022 10.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən 496.01 manat əsassız yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Uzun müddətdir ki, yaşadığı ev elektrik enerjisi ilə təmin olunmuşdur. Elektrik enerjisinə görə evinə qurlaşdırılmış sayğac köhnə olduğundan yeni sayğacla əvəz edilmişdir. Lakin yeni sayğac evinə gələn elektirik enerjisinə qoşulmamışdır, köhnə sayğacla hesablanma aparılmışdır. Bir müddət köhnə sayğacla hesablama aparılmışdır. Həmin sayğac küçədə yerləşdirilmişdir, onun həmin sayğacı elektrik şəbəkəsinə qoşmaq bacarığı yoxdur. Tək yaşayan dul və yaşlı qadındır. «Azərişıq" ASC-nin əməkdaşları tərəfindən 29.06.2018-ci il tarixdə onun iştirakı olmadan elektrik sayğacında sayğacın giriş və çıxış xətlərinin açıq olması, həyətdən keçən 0.4 kvhq, hava xəttindən sayğacdan kənar xətt aşkar edilməsi göstərilən akt tərtib edilmişdir. Həmin akta o, imza etməmiş, heç bir hal şahidinin iştirakı təmin edilməmişdir. O, buna baxmayaraq sayğac göstəricisinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəmişdir. Heç bir gecikməsi və borcu olmamışdır. Bundan başqa onun ailəsi ilə yaşadığı ünvan həmin obyektdən 1 km aralıda yaşayır, onu gecə-gündüz qorumaq gücündə deyildir. Heç vaxt nəzarətçi ona bu barədə xəbərdarlıq etməmişdir. Ona görə də heç bir elektrik enerjisi oğurluğundan söhbət gedə bilməz. Buna görə də "xxxx" ASC-nin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. "xxxx" ASC tərəfindən ona ünvanlanmış 17 iyun 2021-ci il tarixli, 01-01/Q-016/011 nömrəli bildirişi aldıqdan sonra ona 29 iyun 2018-ci il tarixdə akt tərtib olunmasını və 487.85 manat məbləğində əsassız elektrik enerjisi borcunun hesablanmasını bilmişdir. O, arada Bakı şəhərində yaşayır və vaxtaşırı Balakən rayonu Qullar kəndində yerləşən evinə gəlib-gedir. O, evə heç bir əlavə elektrik xətti qoşmamış, buna ehtiyac da olmamışdır. Belə ki, evinə normal olaraq elnektrik enerjisi gəlmişdir. O, hər hansı parnik işlətmir, əkin-biçinlə və digər təsərrüfat işləri ilə məşğul olmur. Hər hansı istehsal obyekti və ya sexi də yoxdur. Ona artıq elektrik enerjisi lazım deyildir. İşlətdiyi elektrik enerjisinin pulunu da həmişə vaxtlı-vaxtında ödəmişdir. Yeni sayğacın evinə qoşulmamasına görə köhnə sayğacla hesablanma aparılmış, nəticədə onun guya əlavə xətt qoşması qeyd edilmişdir. Bu tamamilə əsassız və yalandır. O, evinə heç vaxt əlavə xətt qoşmamışdır. Hazırki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və müvafiq qətnamə çıxarılmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı etiraz göndərərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 hazırki iddiaya yazılı etirazında göstərilir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında qanunsuz yazılmış borcun silinməsi” nə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Balakən rayonu Qullar kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01288 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 29.06.2018-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Balakən rayonu Qullar kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X4 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının giriş və çıxış sip xətlərinin açıq olduğu və abonentin həyətindən keçən 0,4 kv-lıq hava xəttindən sayğacdan kənar xətt götürdüyü və işlədicilərin sayğacdan kənar qoşularaq birbaşa X4 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X4 Qaydaları” nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 29.06.2018-ci il tarixli NDM013430 saylı akt tərtib olunmuşdur. 29.06.2018-ci il tarixli NDM013430 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 02.07.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 220 gün üçün 0.11 manatla 4435 kvts, dəyəri 487.85 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32-ci bəndinin tələbinə görə “məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 etdiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda iddiaçının kənar xətdən istifadə etdiyi açıq-aydın görsənir. Belə ki, 26.07.2017-ci il tarixdən 07.08.2018-ci il tarixə qədər 377 gün üçün sərfiyyatın toplamda 1 kvts olduğu, lakin qüsur aradan qaldırıldıqdan sonrakı dövr üzrə, yəni 08.09.2018-ci il tarixdən 15.08.2019-cu il tarixə qədər 373 gün üçün artaraq 1383 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq- aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1382 kvt/s) olduqca böyükdür. İddiaçı tərtib olunmuş 29.06.2018-cı il tarixli, NDM013430 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 487.85 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonar-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H. Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R. Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına əsasən, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göstərilənlərə əsasən İddiaçı tələb etmə üzrə iddia müddətini ötürməklə hazırkı tələblə çıxış etdiyindən iddia müddəti tətbiq edilməklə ərizə təmin edilməməlidir. İddiaçı iddia tələbində silinəcək məbləği 496.01 manat göstərmişdir. Bildirilir ki, iddiaçıya akt əsasında 487.85 manat hesabat aparılmış, yerdə qalan 8.16 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsusı fərdi yaşayış evinə tərtib edilmiş 29.06.2018-ci il tarixli NDM013430 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı "xxxx" ASC-yə qarşı “akt əsasında qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair iddiasının əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı onun anasıdır. İddiaçı Balakən rayonu Qullar kəndində yaşayır. Elektrik enerjisinə görə İddiaçı evinə qurlaşdırılmış sayğac köhnə olduğundan yeni sayğacla əvəz edilmişdir. Lakin yeni sayğac anasının evinə gələn elektirik enerjisinə qoşulmamış, köhnə sayğacla hesablanma aparılmışdır. Həmin sayğac küçədə yerləşdirilmişdir. Yaşlı və savadsız olduğundan İddiaçı həmin sayğacı elektrik şəbəkəsinə qoşmaq bacarığı yoxdur. Atası rəhmətə getmişdir. «Azərişıq" ASC-nin əməkdaşları tərəfindən 29.06.2018-ci il tarixdə İddiaçı iştirakı olmadan elektrik sayğacında sayğacın giriş və çıxış sip xətlərinin açıq olması, həyətdən keçən 0.4 kv-hq hava xəttindən sayğacdan kənar xətt aşkar edilməsi göstərilən akt tərtib edilmişdir. Həmin akta İddiaçı imza etməmiş, heç bir hal şahidinin iştirakı təmin edilməmişdir. İddiaçı sayğac göstəricisinə uyğun olaraq istifadə etdiyi enerjinin pulunu vaxtlı-vaxtında ödəmişdir. Heç bir gecikməsi və borcu olmamışdır. "xxxx" ASC tərəfindən İddiaçı Abbbas qızına ünvanlanmış 17 iyun 2021-ci il tarixli, 01-01/Q- 016/011 nömrəli bildirişi aldıqdan sonra anası Rəfiqəyə 29 iyun 2018-ci i tarixdə akt tərtib olunması və 487.85 manat məbləğində əsassız elektrik enerjisi borcunun hesablanması məlum olmuşdur. İddiaçı evə heç bir əlavə xətt çəkməmişdir. İddiaçı 487.85 manat cərimə borcu əsassız hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mahama Ramazan oğlunun ifadəsinə uyğun izahat vermiş və onun ifadəsində qeyd etdiyi halları təsdiq etmiş, həmçinin onun həmin evdə yaşadığını, evə heç bir əlavə xəttin çəkilmədiyini, İddiaçı 487.85 manat məbləğində əsassız elektrik enerjisi borcunun hesablandığını bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus evin elektrik sayğacına baxış zamanı tərtib edilmiş 29 iyun 2018-ci il tarixli 013430 nömrəli aktda göstərilir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş və çıxış xəttləri açılmışdır. Həyətdən keçən 0,4 kv-luq hava xəttindən sayğacdan kənar xətt götürməklə elektrik işlədiciləri birbaşa qoşulmuşdur. Həmin akta əsasən sayğaca baxış zamanı İddiaçı və hal şahidlərinin iştirakı təmin edilməmiş, akt İddiaçı və hal şahidləri tərəfindən imzalanmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC-nin İddiaçı ünvanladığı 17 iyun 2021-ci il tarixli, 01-01/Q-016/011 nömrəli bildirişdə göstərilir ki, X10 16.06.2021-ci il tarixdə ünvanladığı G-016 sayı müraciəti araşdırıldı və aşağıdakılar məlum oldu: İddiaçı mənsub olan Qullar kəndində yerləşən fərdi yaşayış evi Balakən EŞ-də **********01288 kodu altında qeydiyyatdadır. Fərdi yaşayış evinə 29 iyun 2018-ci il tarixində "xxxx" ASCnin əməkdaşları tərəfindən şəbəkəyə sayğacdan kənar qoşulduğu üçün 013430 saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq fərdi yaşayış evinə 487.85 manat məbləğində hesabat aparılmışdır. İddiaçı hal-hazırda 496.01 manat məbləğində borcu var. Həmin borcun ödənilməsi təmin edilsin. Əks halda fərdi yaşayış evinə elektrik enerjisi verilişi əlavə xəbərdarlıq edilmədən EElQ-na uyğun olaraq dayandırılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı **********01288 nömrəli abonent hesabından görünür ki, 487.85 manat borc kimi həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC-nin Akt Komissiyasının 02.07.2018-ci il tarixli «Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə Tələblər»indən görünür ki, 29.06.2018-ci il tarixli NDM 013430 nömrəli akt əsasında İddiaçı 4435 kv/saat elektrik enerjisi sərfi və ziyan hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növ və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində isə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləmsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları» nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri -cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.1 və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır; elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir; elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Yenə də həmin Qaydaların 8.4 və 8.5-ci bəndlərinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. «X4 Qaydaları» nın 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. «X4 Qaydaları» nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a)məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b)məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır. «X4 Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bu Qaydaların 10.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır: 10.2.1. fors-major hadisə ilə əlaqədar; 10.2.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 10.2.3. bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar; 10.2.4. bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar. Bu Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İş üzrə sübutların qiymətləndirilməsini həyata keçirən məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanun normalarının tələbinə görə mülki prosesdə sübut etmə yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia tələbinin əsaslandırıldığı halları, cavabdeh isə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etməli, iş üzrə güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalı, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı, bu sübutlar birlikdə dəyərləndirilməli, ən əsası sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməlidir. Şəxsin mülki öhdəliklərlə bağlı ziyan vurmasının müəyyən olunması üçün aşağıdakı şərtlərin olması mütləqdir:1) Şəxsin qanunazidd əməli nəticəsində tələb olunan məbləğdə ziyan vurulmalıdır; 2) Həmin ziyan məhz şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmalıdır; 3) Vurulan ziyanla şəxsin qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Yəni bu ziyanla əməl arasında elə obyektiv əlaqə olmalıdır ki, həmin əməl zaman üzrə nəticədən əvvəll olmaqla həmin nəticəni-ziyan vurulmasını hazırlayır, onun baş verməsinin real imkanı kimi çıxış edir və məhz bu nəticənin yaranmasının əsas və bilavasitə səbəbi olur; 4) Həmin ziyanın vurulmasında şəxsin təqsiri olmalıdır. Şəxsin təqsiri qanunda nəzərdə tutulan hallarda cinayət qanunvericiliyi ilə (Cinayət Məcəllənin 3 və 7.1-ci maddələri) və inzibati xətalar qanunvericiliyi ilə (İnzibati Xətalar Məcəlləsinin 3-və 12.1-ci maddələri) müəyyən olunur. İş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində 29 iyun 2018-ci il tarixli akt tərtib edilərək həmin aktda İddiaçı evinə quraşdırılmış elektrik enerjisi sayğacının giriş və çıxış sip xətlərinin açıq olduğu və abonentin həyətindən keçən 0,4 kv-luq hava xəttindən sayğacdan kənar xətt götürdüyü və işlədicilərin sayğacdan kənar qoşularaq birbaşa elektrik energisindən istifadə etdiyi göstərilmiş, nəticədə İddiaçı sayğacdan kənar X4 etdiyi qənaətinə gəlinərək, "xxxx" ASCnin Akt komissiyasının qərarı ilə iddiaçıya 487.85 manat cərimə borcu hesablanmış və həmin 487.85 manat borc məişət abonenti İddiaçı abonent hesabına daxil edilmişdir və ondan tələb edilir. Lakin "xxxx" ASC tərəfindən İddiaçı elektrik sayğacınını giriş və çıxış sip xəttlərini açması, öz yaşayış evinə sayğacdan kənar xətt çəkməsi və elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi, yəni elektrik enerjisini talaması, nəticədə "xxxx" ASC-yə 487.85 manat ziyan vurması, bu ziyanla İddiaçı hansısa qanunazidd əməli (hərəkəti) arasında səbəbli əlaqənin olması və bu 487.85 manat məbləğində ziyanın vurulmasında İddiaçı təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, 487.85 manat tələb hissəsində iddiaya etirazın əsaslandırıldığı halların mövcudluğu sübut olunmamışdır. Qeyd edildiyi kimi, o cümlədən elektrik enerjisinin talanması nəticəsində az miqdarda (beş min manatdan aşağı miqdarda) ziyan vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində, o cümlədən X4 qaydalarının pozulmasına görə həmin Məcəllənin 282.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, İddiaçı elektrik enerjisinin talanması nəticəsində az miqdarda-487.85 manat miqdarında ziyan vurmaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 281.1-ci maddəsi ilə və X4 qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 281.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmiş, barəsində həmin maddələr üzrə inzibati icraat başlanmamış və inzibati tənbeh vermə haqqında qərar çıxarılmamış, bununla da İddiaçı elektrik enerjisinin talanması nəticəsində "xxxx" ASC-yə az miqdarda-487.85 manat miqdarında ziyanın vurulmasında və X4 qaydalarının pozulmasında təqsiri müəyyən olunmamışdır. Belə ki, yuxarıda istinad olunduğu kimi şəxsin inzibati xətanın törədilməsində təqsiri inzibati tənbeh vermə haqqında qərar ilə müəyyən olunur. İddiaçı elektrik enerjisini talaması və X4 qaydalarını pozmasında təqsirli olmasını təsdiq edən belə bir inzibati tənbeh vermə haqqında qərar isə mövcud deyildir və cavabdeh "xxxx" ASC tərəfindən də İddiaçı elektrik enerjsini talaması nəticəsində az miqdarda (487.85 manat) ziyan vurması və X4 qaydalarını pozmasında təqsirli olmasını təsdiq edən inzibati tənbeh vermə haqqında qərar məhkəməyə təqdim olunmamışdır. Qeyd edildiyi kimi, «X4 Qaydaları»na görə (həmin Qaydaların 7.11-ci bəndi) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı evinə gedən elektrik enerjisini hesablayan sayğac evin içərisində deyil, küçə tərəfdə quraşdırılmışdır. Qanun normasının tələbinə görə belə olan halda həmin elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehliyi məişət abonenti İddiaçı deyil, enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC daşıyır. İddiaçı məhkəmədə verdiyi izahatında elektrik sayğacına heç bir müdaxilə etmədiyini, sayğacın giriş və çıxış sip xətlərini açmadığını və əlavə elektrik enerjisi xəttini çəkmədiyini, elektrik enerjisindən sayğacdan kənar istifadə etmədiyini, elektrki enerjisinin bir müddət köhnə sayğacla hesablama aparıldığını, sayğacın küçədə yerləşdirldiyini, yeni sayğacın şəbəkəyə qoşulmadığını, onu elektrik şəbəkəsinə qoşmaq bacarığının olmadığını bildirmişdir. Bu halları iş üzrə dindirilmiş şahidlər X7 və X8 da ifadələrində təsdiq etmişlər. Həmçinin işdəki sübutlardan və 29 iyun 2018-ci il tarixli aktdan görünür ki, elektrik sayğacına baxış keçirilərkən ehtimal edilən pozuntunun müəyyənləşdirilməsi və akt tərtib edilməsi zamanı məişət abonenti İddiaçı və iki hal şahidinin iştirakı təmin edilməmiş, həmin akt məişət abonenti və iki hal şahidi tərəfindən imzalanmamış, aktın bir nüsxəsi məişət abonenti İddiaçı verilməmiş, nəticədə məişət abonenti İddiaçı izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, həmin aktdan şikayət etmək və sair hüquqları pozulmuş, bununla da «X4 Qaydaları» nın 8.33-cü bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı tərəfindən əlavə elektrik xəttinin çəkilməsini və hansı işlədicilərin birbaşa elnektrik enerjisinə qoşulmasını fiksasiya edən heç bir tədbir görülməmiş; bunun videoçəkilişi aparılmamış, fotoşəkilləri çəkilməmiş, digər sübutlar əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı yaşayış evinə elektrik sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-yolda quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Sayğaca müdaxilə ilə bağlı 29 iyun 2018-ci il tarixli NDM013430 nömrəli akt tərtib olunarkən sayğaca müdaxilənin və əlavə xəttin çəkilməsinin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına və əlavə xətt çəkilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən sayğaca müdaxilə olunması, əlavə elektrik xətti çəkməsi və ondan istifadə etməsi, həmçinin 29.06.2018-ci il tarixli NDM013430 nömrəli aktın həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə olan halda kobud qanun pozuntuları ilə tərtib edilən 29 iyun 2018-ci il tarixli NDM013430 nömrəli aktın həqiqəti əks etdirməsi böyük şübhə doğurur. Həmçinin həmin 29 iyun 2018-ci il tarixli NDM013430 nömrəli akt qanunsuz tərtib olunmaqla və işdəki digər sübutlarla təsdiq olunmadan məhz İddiaçı tərəfindən elektrik sayğacının giriş və çıxış sip xətlərinin açılması, sayğacdan kənar xətt çəkilməsi və işlədiciləri elektrik enerjisinə birbaşa qoşulması, nəticədə "xxxx" ASC-yə 487.85 manat ziyan vurmasını müəyyən etmir. Qeyd olunanlara əsasən məhkəmə 29 iyun 2018-ci il tarixli NDM013430 nömrəli aktı mötəbər sübut kimi qəbul etmir və 487.85 manat hissədə iddia tələbinə etirazının əsası hesab etmir. Eyni zamanda məhkəmə hesab edir ki, 487.85 manat ziyanın hesablanması ilə "xxxx" ASC-nin Akt komissiyasının «Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə Tələblər» i mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunduğu kimi, «X4 qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Lakin cavabdeh tərəfindən həmin Tələblərdə göstərilən 4435 kv/saat elektrik enerjisi talamasının və 487.85 manat ziyanın hansı qanuni şərtlərə əsasən hesablanması qeyd olunmamışdır. Bu xüsusda qeyd olunan «Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə Tələblər» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır və göstərişləri ümumi məcburi xarakter daşımır. Belə olan halda bu hesablama əsaslı sayıla və qəbul edilə bilməz. Məhkəmə cavabdehin iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə yazılı müraciətinə hüquqi qiyməti verərək hesab edir ki, bu ərizə əsassızdır və qəbul olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin öz presedentlərində müəyyən etdiyi hüquqi mövqeyə görə qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə qərarı, Avropa Məhkəməsinin Böyük Palatasının Baranovski və Broniovski Polşaya qarşı iş üzrə qərarları). İş materiallarından görünür ki, 496.01 manat borcun silinməsi barədə iddianın 487.85 manat hissəsi müqavilə öhdəlyindən yaranan tələblə bağlı deyil, iddiaçıya istinad olunan əlavə xətt çəkməklə elektrik enerjisindən qanunsuz istifadə nəticəsində yaranmış zərər üzrə hesablanmış cərimə borcu ilə bağlıdır. Ona görə də həmin 487.85 manat borcun silinməsi barədə iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş iddia müddəti keçməmişdir. Digər tərəfdən, hətta 487.85 manat borcun silinməsi ilə bağlı tələb müqavilə tələbinə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbə aid olsaydı belə, həmin tələb üzrə 3 illik iddia müddəti də keçməmişdir. Belə ki, qanuna görə (Mülki Məcəllənin 377.1-ci maddəsi) iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşdəki sübutlardan görünür ki, İddiaçı ona 487.85 manat cərimə borcunun hesablanması ilə bağlı öz hüquqlarının pozulduğunu "xxxx" ASC-nin X12 Təchizatı və Satış İdarəsi X2 ünvanladığı 17 iyun 2021-ci il tarixli, 01-01/Q-016/011 nömrəli məktubunu aldığı vaxtdan, yəni 17 oktyabr 2021-ci il tarixdən sonra bilmişdir. Belə ki, Azərişıq» ASCnin X12 Təchizatı və Sağış İdarəsi Balakən Elektrik Şəbəkəsi İddiaçı ünvanladığı 17 iyun 2021-ci il tarixli, 01-01/Q-016/011 nömrəli məktubunda 29 iyun 2018-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən evində şəbəkəyə sayğacdan kənar qoşulduğu üçün 013430 saylı aktın tərtib edildiyi, akta uyğun olaraq fərdi yaşayış evinə 487.85 manat məbləğində hesabatın aparıldığı onun nəzərinə çatdırılmışdır. İddiaçı həmin 487.85 manat borcunun necə yaranması ilə bağlı "xxxx" ASC-nin müvafiq təşkilatlarına müraciət etmiş və həmin müraciətin nəticəsi onu qane etmədiyindən o, 02 dekabr 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı hazırki iddia ilə, o cümlədən 487.85 manat tələb hissəsi ilə bağlı iddia müddətini ötürməmişdir. İddiaçı 487.85 manat əsassız borc-ziyan hesablanmışdır və ona görə də iddia 487.85 manat əsassız hesablanmış borcun silinməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia 496.01 manat borcun 8.16 manatının silinməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, silinməsi tələb edilən 496.01 manat borcun 487.85 manat hissəsi vurulmuş ziyanla, 8.16 manat hissəsi isə İddiaçı cari elektrik enerjisi borcu ilə bağlıdır. Bunu İddiaçı məhkəmədə verdliyi izahatında və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi yazılı etirazında təsdiq etmişlər. İş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər də bu faktı qeyd etmişlər. Beləliklə işin mübahisəsiz halı kimi, silinməsi tələb edilən 8.16 manat borc İddiaçı X4yə görə yaranmış cari borcudur. Ona görə də həmin 8.16 manat borcun silinməsi üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 496.01 manat əsassız yazılmış borcun silinməsi tələbi 487.85 manat hissədə əsaslıdır və təmin olunmalıdır, iddia 487.85 manat əsassız yazılmış borcun silinməsi tələbindən artıq tələb hissəsində isə təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı əsassız yazılmış 487.85 manat borc onun abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia qismən təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, cavabdeh "xxxx" ASC-dən 29.51 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı əsassız yazılmış 487.85 manat borc onun abonent hesabından silinsin; iddia qalan hissədə təmin olunmasın; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdeh "xxxx" ASC-dən 29.51 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar