Məhkəmə qərarları › İş №2(019)-159/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-159/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-159/2022 21.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsinin sədri Nümayəndə1, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən rayonu Qullar Bələdiyyəsinə, Cavabdeh3, X4 Xidmət Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İbadova X3 rayonu Qullar Bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh4, Cavabdeh3 qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə verərək iddiaya cavab verməli olmayan şəxsə verildiyinə görə Cavabdeh4 cavabdeh X4 xidmət” mərkəzində Notariat Ofisi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iddiaya cavab verməli olmayan şəxsə verildiyinə görə Cavabdeh4 cavabdeh X4 xidmət” mərkəzində Notariat Ofisi ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin predmetinin dəyişdirilməsi barədə barədə ərizə verərək Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatlarında göstərdilər ki, ünvan 1 sakini İddiaçı1 10 yanvar 2015-ci il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsi 27 sentyabr 2016-cı il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin 27 sentyabr 2016-cı il tarixli protokolu və həmin tarixli 09 nömrəli sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsi hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Eyni zamanda ünvan 1 sakini İddiaçı2 2014-cü il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Bələdiyyə tərəfindən hər iki vətəndaşa torpaq sahəsi satılarkən sənədləşmə işlərində qüsurlar olmuşdur. Belə ki, vətəndaşların faktiki istifadə etdiyi yerlər sənəd üzrə torpaq sahələrindən fərqli ərazidədir. Sənəd üzrə torpaq sahələrindən başqa şəxslər istifadə edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi məlumata əsasən İddiaçı2 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********03 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə, İddiaçı1 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********48 olan torpaq sahəsinin planı və ölçüsü sənədi Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi isə İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi həmin şəxslərlə torpaq sahəsinin alqı-satqı müqavilələrini bağlayarkən həmin nöqsanlara yol vermişdir, hazırda həmin şəxslər öz istifadələrində olan torpaq sahələrinə çıxarış ala bilmirlər. Buna görə də Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bununla bağlı Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət etmişlər. Balakən rayonu Qullar Bələdiyyəsi arayış verərək göstərmişdir ki, Balakən rayonu Qullar Bələdiyyəsi bu cür qüsurların aradan qaldırılması üçün-yəni vətəndaşlara ayrılmış torpaq sahələrinin alqı-satqı müqavilələrinin ləğv edilərək yenidən alqı-satqı üçün müraciət etsə də, bu mümkün olmamışdır. Buna görə də İddiaçı1 və İddiaçı2 onlara satılmış torpaq sahələrinin alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də qeyd edilən tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlər nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsinin sədri Nümayəndə1 iddianı qəbul və etiraf edərək, izahatında göstərdi ki, ünvan 1 sakini İddiaçı1 10 yanvar 2015-ci il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsi 27 sentyabr 2016-cı il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin 27 sentyabr 2016-cı il tarixli protokolu və həmin tarixli 09 nömrəli sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Eyni zamanda ünvan 1 sakini İddiaçı2 2014-cü il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi Balakən rayon Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qullar Bələdiyyəsinin sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Qeyd edilməlidir ki, Qullar Bələdiyyəsinin əvvəlki üzvləri və sədri tərəfindən vətəndaşlara torpaq sahəsi satılarkən sənədləşmə işlərində qüsurlar olmuşdur.Vətəndaşların faktiki istifadə etdiyi yerlər sənəd üzrə torpaq sahələrindən fərqli ərazidədir. Sənəd üzrə torpaq sahələrindən başqa şəxslər istifadə edir. Həmin mübahisələrin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı Qullar Bələdiyyəsi ilə vətəndaşlar arasında müzakirə aparılmış, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, ünvan 1 sakini İddiaçı2 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********03 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə, İddiaçı1 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********48 olan torpaq sahəsinin planı və ölçüsü sənədi Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi həmin şəxslərlə torpaq sahəsinin alqı-satqı müqavilələrini bağlayarkən həmin nöqsanlara yol vermişdir, hazırda həmin şəxslər öz istifadələrində olan torpaq sahələrinə çıxarış ala bilmirlər. Buna görə də Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən bu cür qüsurların aradan qaldırılması üçün, yəni Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün vətəndaşlara Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən torpaq sahələrinin alqı-satqısı zamanı nöqsanlara yol verildiyinə, gələcəkdə Bələdiyyə ilə vətəndaşlar arasında haqlı narazılıqlara son qoyulması üçün iddianı əsaslı hesab edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddianı qəbul və etiraf edərək izahatında göstərdi ki, ünvan 1 sakini Cavabdeh3 ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsini Balakən rayon Notariat Ofisində bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən Cavabdeh3 hər 0.01 hektarı 100 manat olmaqla cəmi 1000 manata satmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu X1 Sevda Polad qızı ilə torpaq sahəsinin alqı-satqı müqaviləsini bağlayarkən həmin nöqsanlara yol vermişdir, hazırda cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə çıxarış ala bilmir. Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət etsə də, məsələnin məhkəmədənkənar həlli mümkün olmamışdır. Cavabdeh3 başqa şəxsin istifadəsində olan torpaq sahəsinə çıxarış almaq istəmir. Hesab edir ki, iddia təmin edilərsə, Cavabdeh3 Balakən rayon Qullar Bələdiyyəsi tərəfindən ona satılması nəzərdə tutulan və faktiki istifadəsində olan torpaq sahəsinə çıxarış ala biləcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlər X4 xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar Bələdiyyəsinin 27 sentyabr 2016-cı il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, ünvan 1 sakini İddiaçı1 Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsi hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Ofisində bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli müqavilədən görünür ki, **********65 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən İddiaçı1 hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı1 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 06.10.2020-ci il tarixdə 53 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Ofisində bağlanmış 14 noyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən İddiaçı2 hər 0.01 hektarı 100 manat olmaqla cəmi 1000 manata satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 27.11.2014-cü il tarixdə 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli müqaviləsindən görünür ki, **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsini Balakən rayon Notariat Ofisində bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən Cavabdeh3 hər 0.01 hektarı 100 manat olmaqla cəmi 1000 manata satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar Bələdiyyəsi 10 fevral 2022-ci il tarixli 04 nömrəli arayışından görünür ki, ünvan 1 sakini İddiaçı1 10 yanvar 2015-ci il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsi 27 sentyabr 2016-cı il tarixdə Balakən rayon Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qullar Bələdiyyəsinin 27 sentyabr 2016-cı il tarixli protokolu və həmin tarixli 09 nömrəli sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsi hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Eyni zamanda ünvan 1 sakini İddiaçı2 2014-cü il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi Balakən rayon Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qullar Bələdiyyəsinin sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. Balakən rayonu Qullar Bələdiyyəsinin əvvəlki üzvləri və sədri tərəfindən vətəndaşlara torpaq sahəsi satılarkən sənədləşmə işlərində qüsurlar olmuşdur. Vətəndaşların faktiki istifadə etdiyi yerlər sənəd üzrə torpaq sahələrindən fərqli ərazidədir. Sənəd üzrə torpaq sahələrindən başqa şəxslər istifadə edir. Həmin mübahisələrin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı Balakən rayonu Qullar Bələdiyyəsi ilə vətəndaşlar arasında müzakirə aparılmış, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, ünvan 1 sakini İddiaçı2 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********03 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə, İddiaçı1 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********48 olan torpaq sahəsinin planı və ölçüsü sənədi Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi həmin şəxslərlə torpaq sahəsinin alqı-satqı müqavilələrini bağlayarkən həmin nöqsanlara yol vermişdir, hazırda həmin şəxslər öz istifadələrində olan torpaq sahələrinə çıxarış ala bilmirlər. Buna görə də Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən bu cür qüsurların aradan qaldırılması üçün, yəni Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün həmin şəxslərə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iddiaçıların, onların nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, ünvan 1 sakini İddiaçı1 10 yanvar 2015-ci il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsi 27 sentyabr 2016-cı il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin 27 sentyabr 2016-cı il tarixli protokolu və həmin tarixli 09 nömrəli sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. **********65 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən İddiaçı1 hər 0.01 hektarı 150 manat olmaqla cəmi 1500 manata satılmışdır. Həmin torpaq sahəsi ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı1 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 06.10.2020-ci il tarixdə 53 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda ünvan 1 sakini İddiaçı2 2014-cü il tarixdə ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi Balakən rayon Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qullar Bələdiyyəsinin sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin bilavasitə hərracdan kənar satılması qərara alınmışdır. **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən İddiaçı2 hər 0.01 hektarı 100 manat olmaqla cəmi 1000 manata satılmışdır. Həmin torpaq sahəsi ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 27.11.2014-cü il tarixdə 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. ünvan 1 sakini Cavabdeh3 ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayon Notariat Ofisində bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən Cavabdeh3 hər 0.01 hektarı 100 manat olmaqla cəmi 1000 manata satılmışdır. Balakən rayonu Qullar Bələdiyyəsinin əvvəlki üzvləri və sədri tərəfindən vətəndaşlara torpaq sahəsi satılarkən sənədləşmə işlərində qüsurlar baş vermişdir. Vətəndaşların faktiki istifadə etdiyi yerlər sənəd üzrə torpaq sahələrindən fərqli ərazidədir. Sənəd üzrə torpaq sahələrindən başqa şəxslər istifadə edir.Həmin mübahisələrin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı Qullar Bələdiyyəsi ilə həmin şəxslər arasında müzakirə aparılmış, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, ünvan 1 sakini İddiaçı2 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********03 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə, İddiaçı1 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********48 olan torpaq sahəsinin planı və ölçüsü sənədi Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi həmin şəxslərlə torpaq sahəsinin alqı-satqı müqavilələrini bağlayarkən qeyd olunan nöqsanlara yol vermişdir, hazırda həmin şəxslər öz istifadələrində olan torpaq sahələrinə çıxarış ala bilmirlər. Buna görə də Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən bu cür qüsurların aradan qaldırılması üçün, yəni Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün həmin şəxslərə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən torpaq sahələrinin alqı-satqısı zamanı nöqsanlara yol verildiyinə, gələcəkdə Bələdiyyə ilə vətəndaşlar arasında haqlı narazılıqlara son qoyulması üçün iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar qaydada satılması qanuncericiliyə ziddir. Belə ki, şərh olunduğu kimi, qanunvericiliyin tələbinə əsasən yalnız bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hallarında torpaq sahəsi açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən mülkiyyətə və icarəyə verilə bilər. Qanunun tələbinə əsasən digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməsinin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Yenə də həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmə onu da qeyd edir ki, qanunda əqdlərin etibarsızılığı üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1-341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1- 347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilməlidir ki, ünvan 1 sakini İddiaçı2 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********03 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə, İddiaçı1 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********48 olan torpaq sahəsinin planı və ölçüsü sənədi Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə, Cavabdeh3 satılması nəzərdə tutulmuş və hazırlanmış reyestr nömrəsi **********25 olan torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Balakən rayonu Qullar Bələdiyyəsi həmin şəxslərlə torpaq sahəsinin alqı-satqı müqavilələrini bağlayarkən həmin nöqsanlara yol vermişdir, hazırda həmin şəxslər öz istifadələrində olan torpaq sahələrinə çıxarış ala bilmirlər. Buna görə də Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən bu cür qüsurların aradan qaldırılması üçün, yəni Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün vətəndaşlara Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən rayonu Qullar Bələdiyyəsinə, Cavabdeh3, X4 Xidmət Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin77.1-ci maddəsinə görə hər bir tərəf öz və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 05 fevral 2016cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 06 oktyabr 2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı2 adına qeydə alınmış reyestr nömrəsi **********03 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və İddiaçı1 adına qeydə alınmış reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar