Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-161/2021 08.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş 0,69 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinə dair Balakən rayon Qullar kənd İcra nümayəndəliyində bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə 0.69 ha kənd təsəsrrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş, bunun əsasında cavabdehlərə JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.xx.xx.2005-ci il tarixdə cavabdehlər ilə aralarında olan razılığa əsasən torpaq sahəsini almaq qərarına gəlmişdir. Bunun üçün cavabdehlər tərəfindən razılıq ərizəsi tərtib olunmuş, ailə üzvlərinə məxsus pay torpaq sahəsinin ona satılmasını razılıq ərizəsində imzaları ilə təsdiq etmişlər. Eyni zamanda Cavabdeh1 tərəfindən torpaq sahəsinin nəğd pula satılmasına dair iltizam verilmiş, həmin iltizam və razılıq ərizələri Balakən rayon Qullar kənd İcra nümayəndəliyində təsdiq olunmuşdur.Torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmişdir. Hal-hazıra kimi torpaq sahəsindən özü istifadə edir. 2020-ci ilə kimi aralarında heç bir mübahisə olmamış, bu səbəbdən torpaq sahəsinin alqı-satqısını notariat qaydasında təsdiq etdirməmişlər. 2020-ci ildə o torpaq sahəsinin alqı-satqısının notariat qaydasında təsdiq edilməsi üçün cavabdehlərə müraciət etmişdir. Lakin cavabdehlər torpaq sahəsinin notariat qaydasında alqı-satqısından imtina etmişlər.Buna görə də o, alqı-satqı müqaviləsinin etibarlı hesab olunmasına dair məhkəməyə müraciət etmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə onun və ailə üzvüləri -Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.69 ha kənd təsəsrrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. O, tez-tez Rusiya Federasiyasına gedib gəldiyi üçün 2005-ci ildə mülkiyyətlərində olan həmin torpaq sahəsini 10 il müddətinə istifadə etməsi üçün İddiaçı atası Abbas Rüstəmovun istifadəsinə vermişdir. Həmin vaxt o və ailə üzvüləri heç bir sənədə imza etməmişlər. İddiaçının məhkəməyə təqdim etdiyi, Balakən rayon Qullar kənd icra nümayəndəliyində təsdiq olunmuş iltizam və ərizədəki imzalar o və ailə üzvüləri tərəfindən icra olunmamışdır.O,həmin torpaq sahəsinə yenə də öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır. Onlar torpaq sahəsini satmamışlar, ona görə də iddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1153 seriyalı KOD 40107018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0.69 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2005-ci il tarixdə Cavabdeh1 tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, ”Mən Qullar kənd sakini Cavabdeh1 verirəm həmin iltizamı ondan ötrü ki, mənim ailəmə düşən 0.69 hektar pay torpaq sahəsini Qullar kənd sakini İddiaçı ailəmizin razılığı ilə satmışıq. Texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın haqqı olaraq qabaqcadan 700 000 (yeddi yüz) manat pulu nəğd olaraq İddiaçı aldım. İltizamı imzamla təsdiq edirəm. İmza Akkubayev V “ İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd bələdiyyəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 116 nömrəli arayışdan görünür ki, Cavabdeh1 məxsus JN-1153 saylı Dövlət aktına əsasən Qullar kəndi ərazisində 0.569 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən İddiaçı istifadə edir və torpaq vergilərini ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2021-ci il tarixdə verilmiş 4/147 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(019)-161/2021 nömrəli mülki işin 10-cu vərəqində olan 19 aprel 2005-ci il tarixli iltizamda «imza» sözünün qarşısındakı imza, 11-ci vərəqində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə ünvanlanmış ərizədə «Cavabdeh1 Həybulla) yazısının qarşısındakı və «İmza» sözünün qarşısındakı imzalar –Cavabdeh1 HƏYBULLA oğlu tərəfindən icra olunmuşdur . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qımrıyeva (Akkubayeva ) Gülər Vüqar qızı xx xxxxxx 1994-cü ildə, Cavabdeh4 xx xxxxx 1996-cı ildə anadan olmuşlar. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1 , Cavabdeh2 , Cavabdeh3 , Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda da cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. Həmin torpaq sahəsi 2005-ci ildən İddiaçı istifadəsindədir. İddiaçı sözügedən torpaq sahəsini cavabdehlərdən aldığını iddia edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh3 xx xxxxxx 1994-cü ildə, Cavabdeh4 isə xx xxxxx 1996-cı ildə anadan olmuşlar. 2005-ci ildə sözügedən torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçının istifadəsinə verilərkən Cavabdeh3 və Cavabdeh4 azyaşlı olmuşlar. Torpaq sahəsi iddiaçının istifadəsinə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmadan verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1və 2-ci hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 222.1-222.2-ci maddələrinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-55.5-ci maddələrinə görə uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan torpaq sahəsinin hal-hazıra kimi kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətində olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 10 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməli, 127 mаnаt ekspertiza xərci iddiаçı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddiası təmin edilməsin. 10 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 127 mаnаt ekspertiza xərci iddiаçı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-161/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-161/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver