Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-185/2022 16.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Rauf oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Hüseyinova Firavan Əmirxan qızına qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Soltanhəmid oğlu cavabdeh X4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 birgə nikahlarından 31.05.2006-cı ildə doğulmuş oğlu-X9 baxılıb saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseyinov Amil Soltanhəmid oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 31.05.2006-cı ildə X14 və 27 dekabr 2010-cu ildə X16 adında iki uşaqları doğulmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hal-hazırda uşaqlardan 31.05.2006-cı ildə doğulmuş oğlu-X14 özünün yanında, 27 dekabr 2010-cu ildə doğulmuş X16 isə anasının yanında yaşayır. Özü epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir. Heç yerdə işləmir, 110 manat sosial müavinət alır. Uşağına atasının köməkliyi ilə baxır. Cavabdeh X6 isə tam əmək qabiliyyətli olduğuna görə uşağa baxmaq üçün hər cür imkanı vardır. Cavabdeh X2 31.05.2006-cı ildə doğulmuş oğlu X9 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etsə də, o mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh X3 aliment ödəmək üçün hər cür imkanı vardır. O birgə nikahlarından olan uşağın baxılıb saxlanmasına borcludur, bu onun bir ana kimi uşaqlar üzərində vəzifəsidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı X1 cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X9 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X10 isə anası X5 yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X18 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19.11.2021-ci il tarixli 2021-007284 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2021 il tarixdə verilmiş AZ-İİİ seriyalı 165295 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hüseyinov Amir Amil oğlu 27.12.2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası isə X6 göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Hüseyinov Amil Soltanhəmid oğlu ilə cavabdeh Hüseyinova Firavan Əmirxan qızı 23 avqust 2005-ci ildə rəsmi nikah bağlamadan evlənmişlər, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsində 12 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 31.05.2006-cı ildə X14 və 27 dekabr 2010-cu ildə isə X16 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı oğlu arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş Hüseyinov Elnur Amil oğlunun atası İddiaçı oğlunun yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X18 oğlunun isə anası X5 yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X18 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. X8 xəstə olduğunu, uşağı saxlaya bilmədiyini, uşağın saxlanması üçün X3 ona maddi köməklik göstərməməsini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, soisal hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcələrindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək valideynlərin hüququ olmaqla yanaşı həm də vəzifəsidir. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (ğəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının həmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayıq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Sadalanan maddi hüquq onların biri-birindən aliment almalarını deyil, daha az təminatlı valideynin xeyrinə aliment tutulmasını müəyyən etmişdir. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki,X6 aztəminatlıdır, ona görə də onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş Hüseyinov Elnur Amil oğlu atası İddiaçı oğlunun yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X18 oğlu isə anası X5 yanında saxlansa da , 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X18 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Belə olan halda isə İddiaçı X2 aliment tələb etməsi əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Hüseyinova Firavan Əmirxan qızına qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-185/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-185/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver