Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-197/2022 02.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlin gələrkən gətirdiyi cehiz əmlakların-dolab (paltar dolabı) - 1 ədəd, servant - 1 ədəd, termo- 1 ədəd, 1 ədəd kürsü (oturacaq) - 1 ədəd, taxt (üzərində pasdeli), kamod- 1 ədəd, tunbuçka- 2 ədəd, 1 ədəd- stol, 8 ədəd stul, xalça- 2 ədəd, qutu (sandıq)-1 ədəd, ütü stolu – 1ədəd, güldan -2 ədəd, saat-1 ədəd, naçnik - 1 ədəd, güzgü- 1 ədəd, çıraq- 1 ədəd çilçıraq- 1 ədəd, uşaq çarpayısı ( üzərində pastel) - 1 ədəd, Pərdə- 1 ədəd, qab-qacaq servisi -2 ədəd, fincan dəsti- 1 ədəd, qədəh-12 ədəd, sok qabı- 1 ədəd, meyvə qabı- 1 ədəd, konfet qabı- 7 ədəd, kül qabı- 1 ədəd, padnos- 2 ədəd, tefal çaydan- 1 ədəd, çaydan- 1 ədəd, qazan- 1 ədəd, yemək boşqabları - 1 ədəd, suvenirlər, kukla - 1 ədəd mülkiyyət hüququ üzrə ona məxsus olan Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun evindən əşyalarını götürdüyünü göstərərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçı İddiaçı ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-197/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-197/2022
02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver