Məhkəmə qərarları › İş №2(019)-2/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-2/2025

30.04.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-2/2025 30.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, 13 sentyabr 2013-cü il tarixli KABal 106766/13 saylı Kredit müqaviləsinə əsasən 1825.64 (bir min səkkiz yüz iyirmi beş dollar altmış dörd qəpik) ABŞ dolları əsas kredit borcu, 329.70 (üç yüz iyirmi doqquz dollar yetmiş sent) ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 2078.93 (iki min yetmiş səkkiz dollar doxsan üç sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4234.27 (dörd min iki yüz otuz dörd dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli, 2(019)-1735/2015 nömrəli məhkəmə əmrinə əsasən 13 sentyabr 2013-cü il tarixli KABal 106766/13 saylı Kredit müqaviləsinə əsasən 1825.64 (bir min səkkiz yüz iyirmi beş dollar altmış dörd qəpik) ABŞ dolları əsas kredit borcu, 329.70 (üç yüz iyirmi doqquz dollar yetmiş sent) ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 2078.93 (iki min yetmiş səkkiz dollar doxsan üç sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4234.27 (dörd min iki yüz otuz dörd dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın Cavabdeh1 və Cavabdeh2 Soltanməcıd oğlundan alınıb İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(019)-1735/2015 saylı qərardadına əsasən borclu Cavabdeh2 həmin əmrə etirazı qəbul edilərək, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli, 2(019)-1735/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2013-cü il tarixli KABal 106766/13 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 33 faiz olmaqla 24 ay müddətinə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan və tərəflər arasında imzalanmış kreditin ödəniş qrafikinə əsasən borclu əsas kredit məbləğindən və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli idi. Lakin borclu müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, 1825.64 (bir min səkkiz yüz iyirmi beş dollar altmış dörd qəpik) ABŞ dolları əsas kredit borcu, 329.70 (üç yüz iyirmi doqquz dollar yetmiş sent) ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 2078.93 (iki min yetmiş səkkiz dollar doxsan üç sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4234.27 (dörd min iki yüz otuz dörd dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində borcu ödəməmişdir.Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh2 Soltanməcıd oğlu arasında 13 sentyabr 2013-cü il tarixli KABal 106766/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla əlaqədar zaminə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən dəfələrlə şifahi və yazılı xəbərdar olunmuşdur. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 sentyabr 2013-cü il tarixli KABAL 106766/13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 13 sentyabr 2013-cü il tarixli KABAL 106766/13 saylı Kredit müqaviləsinə əsasən,İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətindən illik faiz dərəcəsi 33 faiz olmaqla 24 ay müddətinə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 sentyabr 2013-cü il tarixli KABAL 106766/13 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş arayışda göstərilmişdir ki, Cavabdeh1 13 sentyabr 2013-cü il tarixli KaBAL106766/13 saylı kredit müqaviləsi üzrə 1.825.64 ABŞ dolları;faiz borcu 329,70 ABŞ dolları,cərimə borcu 2078.93 ABŞ dolları olmaqla-cəmi 4234,27 ABŞ dolları təşkil edir. İşdə olan və məhkəmə iclasında tədlqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 454 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 mirasına Balakən regional Asan xidmət mərkəzində notariat ofisində hər hansı vərəsəlik işinin açılıb-açılmaması və ya vərəsəlik hüququ haqqında şəhadətnamənin olub-olmaması barədə elektron notariat informasiya sistemində araşdırma aparılmış, lakin Cavabdeh1 mirasına açılmış və ya mirasına verilmiş hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon icra Hakimiyyəti başçısının Gərəkli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 noyabr 2024-cü il tarixdi verilmiş 239 nömrəli arayışında göstərilmişdir ki,Gərəkli kənd İƏD üzrə nümayəndəliyi Sizin 28 oktyabr 2024-cü il tarixli 2(019)-3/2024, 2(019)-275/2023 nömrəli məktubunuza cavab olaraq mərhum Cavabdeh1 vərəsələri barədə məlumatı Sizə göndərir:-yoldaşı X5-1967-işsiz; qızı X3-1992-Sumqayıt; -qızı X4-1995-Sumqayıt; -qızı X2- 2002-Balakən şəhəri-ərdə. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin araşdırılan faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında 13 sentyabr 2013-cü il tarixdə, KaBal 106766/13 №-li kredit müqaviləsi bağlanmış ,Cavabdeh1 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində pul vəsaiti kreditə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə 13 sentyabr 2013-cü il tarixdə KaBal 106766/2013 saylı zaminlik müqaviləsi bağlanmış, zamin müqaviləyə əsasən bank qarşısında öz üzərinə kreditin ödənməsi ilə bağlı məsuliyyət götürmüşdür. Lakin cavabdehlər kredit üzrə öhdəliyi yerinə yetirməmişlər və müqavilə üzrə borc öhdəlikləri yaranmışdır. Cavabdeh1 13 sentyabr 2013-cü il tarixli KaBAL106766/13 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.825.64 ABŞ dolları; faiz borcu 329.7 ABŞ dolları təşkil edir, ona 2078.93 ABŞ dolları cərimə hesablanmışdır. Cavabdehlər borcu ödəmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1825.64 ABŞ dolları əsas borca görə və 329.70 ABŞ dolları faiz borcuna görə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 105 ABŞ dolları həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vərəsələri- X5, X3, X4, X1(mirasdan aldıqları pay həddində) və Cavabdeh2 1825.64 ABŞ dolları əsas borc, 329.70 ABŞ dolları faiz borcu və 105 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2260.34 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə,həmçinin iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 10,60 manatı tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vərəsələri-X5,X3,X4,X1 (mirasdan aldıqları pay həddində) və Cavabdeh2 1825.64 ABŞ dolları əsas borc,329.70 ABŞ dolları faiz borcu və 105 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2260.34 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə və iş üzrə ödənilmiş dövlət rüsumunun 10,60 manatı tutulub iddiaçı "xxxx"BOKT MMC-nin xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar