Məhkəmə qərarları › İş №2(019)-223/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-223/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-223/2021 09.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsinin X7 ilə iddiaçı arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X7 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. Hazırki ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, həmçinin Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi qoyulduğundan, iddiaçı tərəfin (iddiaçının nümayəndəsinin) razılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsini həmin tələb üzrə başqa cavabdeh qismində işə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddiaçı iddiasını onunla əsaslandırmdır ki, Balakən rayonunun Hənifə kəndində yaşayır. Cavabdeh həmkəndlisidir. X7 cavabdehin anasıdır. X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 14.07.2001-ci il tarixli, 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.35 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1381 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X21 verilmişdir. X7 ona verilmiş 0.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 07 dekabr 2001-ci ildə X3 və onun oğlu iş üzrə Cavabdeh1 iştirakları ilə ünvan 1 İnzibati Ərazi Dairəsində akt tərtib edərək, X4 məxsus olan 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə 900000 (doqquz yüz min) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 1381 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X21m ona təhvil vermişlər. Onlar bildirdilər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Bundan sonra o da həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X7 ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, o, notariat kontoruna gəlməmişdir. 2020ci ildə Cavabdeh1 ona müraciət edərək, özünə və anasına məxsus olan torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Bundan sonra cavabdehlə aralarında mübahisə olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinin cavabdeh qismində işə cəlb edilməsinə razı olduğunu bildirmiş, iddianın təmin olunmasını, X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X7 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, göstərdi ki, anası X2 olmuş və imza çəkə bilməmişdir. 07 dekabr 2001-ci il tarixli aktda H. Ceerçiyevanın adının qarşısında olan imza X4 məxsus olmamış və başqa şəxs tərəfindən icra edilmişdir. Ümumiyyətlə anası Həvva və o, iddiaçıya torpaq sahəsi satmamışdır. İddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN:1381 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə ünvan 1ində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş reyestr nömrəsi **********69 olan 17.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 07.12.2001-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 07 dekabr 2001-ci il tarixdə ünvan 1 icra nümayəndəliyində X11, X8, X7, Cavabdeh1 və İddiaçı həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən də onların iştirakı ilə Hənifə kənd sakini X7 özünə kəndin Roçəhməd adlanan hissəsindən verilmiş 0,35 hektar boş torpaq sahəsini və 0,10 hektar fındıq bağını öz aralarında razılaşmaya əsasən İddiaçı doqquz yüz min manata satdı. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Torpağın mülkiyyət hüququna dair JN-138, KOD 40102018 nömrəli Dövlət aktında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1ində 0,35 ha kənd təsərrüfartı təyinatlı torpağın koordinatları göstərilməklə plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamədə məhkəmə tərəfindən işdəki sübutların bilavasitə tədqiqi əsasında X5 mülkiyyətində Balakən rayonu Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, həmçinin X10, X6 və X9 ilə ümumi birgə mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, uzun müddətdir ki, onun mülkiyyətində olan 0.35 ha torpaq sahəsi və X10, X6 və X9 ilə ümumi birgə mülkiyyətində olan, JN 511 F KOD 40102018 olan Dövlət Aktında 511 F cizgidə göstərilən payına düşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı heç bir hüququ olmadan istifadə etməsi və iddiaçının ondan istifadə etməsinə imkan verməməsi, nəticədə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,45 ha torpaq sahəsindən istifadə edə bilməməsi, onun mülkiyyət hüqunun pozulması, ona görə də iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilib, onlara hüquqi qiymət verilməklə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş və iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı Möhöbddin oğlunun çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2021-ci il tarixli, 2 (107)-451/2021 saylı qətnaməsindən görünür ki, cavabhdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2 (019)-798/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 08 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlki hüququ haqqında şəhadətnamədən görünür ki, 02.04.2009 tarixdə ölmüş X3 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 05/11/2019-cu il tarixdə X4 verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan 18.05.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi JN-1381 seriyalı KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X21 ilə X3 mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən 0.35 ha torpaq sahəsinin 7 dekabr 2001-ci il tarixli aktla X7 və Cavabdeh1 tərəfindən İddiaçı satılması, bu zaman Əli X1 və Cavabdeh1 manatın köhnə məzənnəsi ilə 900 min manat verməsi və bununla da 0.35 ha torpaq sahəsinin onlardan yekun olaraq alqı-satqı qaydasında alındığını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı iddia ərizəlsində 0.35 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 07 dekabr 2001-ci ildə X3 və onun oğlu iş üzrə Cavabdeh1 iştirakları ilə ünvan 1 İnzibati Ərazi Dairəsində akt tərtib edərək, X4 məxsus olan 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair Akt tərtib edildiyini və orada iştirak edənlərin həmin sənədə imza etdiklərini, torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə 900000 (doqquz yüz min) manat verməklə həmin torpağı onlardan aldığını, bundan sonra onların torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 1381 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X21 ona təhvil verdiklərini göstərir. Lakin iddiaçı 07 dekabr 2001-ci il tarixdə 0.35 ha torpaq sahəsinə dair X7 və onun oğlu iş üzrə Cavabdeh1 ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilədə torpaq sahəsinin alqı-satqısı predmetinə aid müqavilə şərtlərinin və tərəflərin öhdəliklərinin göstərildiyini, müqavilə öhdəliklərinə əsasən iddiaçı tərəfindən torpağın satış pulu kimi müvafiq olaraq X4 və Cavabdeh1 manatın köhnə məzənnəsi ilə 900 min manatın verildiyini, məhz Cavabdeh1 və onun mərhum anasının bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və bu əqdin qanunun tələblərinə yğun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. Qanunun tələbinə əsasən də həmin sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsində torpağın kim tərəfindən, harada və hansı qiymətə satılması, satıcının torpaq sahəsini alıcıya verməsi, alıcının isə müəyyənləşdirilmiş pul məbləğini satıcya ödəməsi şərtləri göstərilməlidir. Əks hal tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin (əqdinin) ümumiyyətlə bağlanmadığını göstərir ki, hazırki işdə də bu, baş vermişdir. Yəni tərəflər arasında 0.35 ha torpaq sahəsinin sadə yazılı formalı alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materialları ilə İddiaçı ilə Cavabdeh1 arasında 0.35 ha torpaq sahəsinin alqı-satqısı barədə hər hansı müqavilənin bağlanması müəyyən olunmur. Heç 07 dekabr 2001-ci il tarixdə Cavabdeh1 həmin 0,35 ha torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Belə olan halda Cavabdeh1 07 dekabr 2001-ci il tarixdə onun mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya sata bilməzdi. Digər tərəfdən, həmin aktda 07 dekabr 2001-ci il tarixdə manatın köhnə məzənnəsi ilə 900 min manat müqabilində Havva Ceerçiyevanın 0,35 ha torpaq sahəsini və 0,10 ha fındıq bağını İddiaçı satması göstərilir. Yəni ehtimal olunan əqdin predmetini təkcə sözügedən 0,35 ha torpaq sahəsi deyil, həm də 0,10 ha fındıq bağı təşkil edir. İddiaçı isə yalnız 0,35 ha torpaq sahəsi ilə bağlı bağlanması ehtimal olunan alqı-satqı müqaviləsinin etibarlı olması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X7 ilə yalnız 0,35 ha torpaq sahəsinin alqı-satqısı barədə razılaşma olmamışdır. Belə bir müqavilənin 07 dekabr 2001-ci il tarixdə tərtib edilmiş aktla bağlanması ehtimal edilsə belə, belə bir əqd qanunun tələblərinə ziddir. Belə ki, burada torpaq sahəsinin alqı-satqısı ilə bağlı bütün mühüm şərtlər; 0,35 ha boş torpaq sahəsinin və 0,10 ha fındıq bağının ümumilikdə 900 min manat satılmasının göstərildiyi təqdirdə 0,35 ha boş torpaq sahəsinin satış qiymətinin neçə manat və 0,10 fındıq bağının satış qiymətinin neçə manat təşkil etməsi, həmin torpaq sahəsinin alıcıya nə vaxt təhvil veriləcəyi və sair şərtlər göstərilməmiş, Havva Ceerçiyevanın ehtimal olunan bu əqdin notarial qaydada təsdiqlənməsindən yayınması və əqdin notariatda təsdiq edilməməsinin məhz onun və cavabdehin təqsirindən yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda ümumiyyətlə iddiaçının Cavabdeh1 tərəf olmadığı 07 dekabr 2001-ci il tarixdə bağlanması ehtimal olunan 0,35 ha torpaq sahəsinin alqı-satqısı əqdinin etibarlı hesab edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd edildiyi kimi, İddiaçılə Cavabdeh1 arasında 0,35 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir yazılı formada müqavilə bağlanmamış, Cavabdeh1 həmin vaxt torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Digər tərəfdən 07 dekabr 2001-ci il tarixli akt qanunun tələblərinə uyğun yazılı formada bağlanmadığından və qanunun tələblərinə cavab verən əqd olmadığından, X3 miras passivinə daxil olmamış, yəni onun mirasını təşkil etməmişdir (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Ona görə də Haava Ceerçiyevanın vərəsəsi kimi Cavabdeh1 həmin aktda ehtimal olunan nəticələrə görə cavabdehlik daşıya bilməz. Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından həmçinin görünür ki, X7 02 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhum X3 vərəsələrinin 0.35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. Havva Ceerçiyevanın vərəsələrinin həmin 0.35 ha torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işdəki sübutlara hüquqi qiymət verilməklə X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X7 ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbinin təmin olunmaması nəticəsinə gəlinmiş, bu zaman belə bir tələbin heç bir faktoloji və hüquqi əsasa malik olmadığı müəyyən edilmişdir. Bununla da iddiaçının Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin əsaslandırıldığı hal da aradan qalxmışdır. Belə ki, iddiaçı cavabdehin adına verilmiş həmin çıxarışın ləğvini məhz 0,35 ha torpaq sahəsi ilə bağlı X7 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi ilə əlaqələndirilmiş və əsaslandırmışdır. Bundan başqa, işdə olan reyestr nömrəsi **********69 olan 17.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən sözügedən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ona görə də Cavabdeh1 həmin 0,35 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Ona görə də qeydə alınmış sözügedən 0,35 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları həqiqi hesab edilir. Cavabdeh1 həmin 0,35 ha torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə olunması və onun adına verilmiş reyestr nömrəsi **********69 olan 17.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də Cavabdeh1 həmin 0,35 ha torpaq sahəsinə mülkiyyət hüquqları müdafiə olunmalıdır. İş üzrə iddiaçı tərəfindən 0,35 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********69 olan 17.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə əsas verən faktoloji hallar və hüquqi əsasların olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamış, iddia tələbinin əsaslandırıldığı hallar sübut edilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli qətnaməsi ilə eyni tərəflərə aid olan məhkəmənin hüquqi qiymətləndirilməsi əsasında müəyyən olunmuş o cümlədən X5 mülkiyyətində Balakən rayonu Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, uzun müddətdir ki, o cümlədən onun mülkiyyətində olan 0.35 ha torpaq sahəsindən İddiaçı heç bir hüququ olmadan istifadə etməsi və iddiaçının ondan istifadə etməsinə imkan verməməsi, nəticədə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan o cümlədən 0.35 ha torpaq sahəsindən istifadə edə bilməməsi, onun mülkiyyət hüqunun pozulması barədə olan iddia tələbinin predmetinə dair faktlar hazırki iş üçün preyudisal əhəmiyyət daşıyır və bu səbəbdən hazırki iddia tələbinin hüquqi qiymətləndirilməsi və işin mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas kimi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinə qarşı X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X7 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, həmçinin iddia təmin edilmədiyi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatal Ərazi İdarəsinə qarşı X3 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X7 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar