Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-243/2021 10.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsinə əsasən xx xxx 2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə xx xxxx 2014- cü il tarixdə anadan olmuş X5 və xx xxxxxxxx 2017-ci ildə tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə xx xxxx 2014-cü il tarixdə anadan olmuş X5 və xx xxxxxxxx 2017-ci ildə tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 80( səksən) manat, hər ay cəmi iki uşaq üçün 160 (yüz altmış) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsinə əsasən xx xxx 2020-ci il tarixdən başlayaraq ondan Cavabdeh xeyrinə xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxxxx 2017-ci ildə tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ həddindən artıq çoxdur, onun maddi vəziyyəti alimentin ödənilməsi iqtidarında deyildir. Belə ki, özü heç bir yerdə işləmir, rəsmi iş yeri yoxdur. Aylıq qazancı yoxdur. Ara-sıra qəssabliq edir. Lakin ondan da hər gün pul qazanmaq mümkün deyildir. Anası da hal-hazırda onun himayəsindədir və xəstədir. Cavabdeh onu alçaldaraq onun anasının adına olan torpaq sahəsini satdırdı. Torpaq sahəsini 2000 ( iki min) manat pula satdıqdan sonra, Rəfsanə anasının adına olan torpaq sahəsində ona ev tikdirtdi. Həmin evin tikilməsinə 5500 manat pul xərcləmişdir. Ondan sonra Rəfsanə anası Gülarə ilə birləşərək onu evdən qovmağa başladılar. O, evsiz və torpaqsız qalmışdır. Hal-hazırda o, Balakən rayonu Tülü kəndində babası X2 evində yaşayır. Ondan başqa həmin evdə 5 nəfər yaşayır. O, yeni ailə həyatı qurmuşdur. Onun maddi vəziyyəti ağırdır. Ona görə təzə ailəsini necə saxlamağı, necə aliment ödəyəcəyini bilmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsi ilə onunla cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Tülü kənd X8 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan uşaqlarının onun yanında saxlanılmaları, xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X5 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Uşaqların saxlanılması üçün təyin olunmuş alimentin miqdarı azdır. Uşaqlara ödənilən alimentin miqdarının bundan da aşağı salınması tam qanunsuzluqdur. Buna görə də iddiaçının alimentin miqdarının azaldılması iddiasını əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş A-İ 846283 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Göylərova Rəfsanə Elman qızı arasında nikah Balakən rayon İcra Hakimiyyəti Tülü kənd X8 xx xxxx 2013-cü il tarixdə 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 364284 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 2014-cü ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 381 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X7 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1529 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə X6 ilə qeyrirəsmi evlənmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Tülü kənd X8 14 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh yanında saxlanılmaları; ərizənin verildiyi xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxx 2013-cü ildə rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə X5 və xx xxxxxxxx 2017-ci ildə isə X7 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Tülü kənd X8 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh yanında saxlanılmaları, ərizənin verildiyi xx xxx 2020ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxxxx 2017ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən edilmiş alimentin miqdarının azaldılmasını, hər uşaq üçün alimentin miqdarının 80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X9” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Republikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, uşaqlar üçün yaşayış minimumunun 2021-ci il üçün 175 manat müəyyən edilməsini, iddiaçının isə hər ay hər uşaq üçün 135 manat aliment ödəməsini, alimentin miqdarının azaldılmasının uşaqların mənafeyinə zidd olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-243/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-243/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver