Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-25/2023 18.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər Cavabdeh2, X14, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı cavabdehlər Cavabdeh2, X14, Cavabdeh6 Asıman qızına, Cavabdeh1 Asıman qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehlərin adları (soyadı, adı və atasının adı) X7, X17, Cavabdeh6 Asiman qızı, Cavabdeh1 Asiman qızı, Cavabdeh4 Asiman oğlu və Cavabdeh3 Asiman qızı kimi göstərilmişdir. Lakin işdəki sənədlərə əsasən cavabdehlərin adlarının (soyad, ad və atasının adı) Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 olması müəyyən edilmişdir. Ona görə də məhkəmə iddia ərizəsində cavabdehlərin adları (adı və ata adı) ilə bağlı bu halı texniki səhv sayıb, hazırki iş üzrə cavabdehlərin adlarını (soyad, ad və atasının adı) Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kimi qəbul edir. Məhkəmə iclasında iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının nümayəndəsi-vəkili Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, iddiaçı Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. X15 iddiaçının atasıdır. Cavabdeh2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə X5, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1 və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X17 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X15 cavabdehlərə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. İddiaçının atası onlara inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X15 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdehlər notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər söz vermişlər ki, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklər. Cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozularaq, üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçı tərəfin aldıqları torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmənin müqaviləni etibarlı hesab etməyə qətnamə çıxarmaq hüququ vardır. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 16 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər X9, X17, cavabdehlər Cavabdeh6, X22 və Cavabdeh3 nümayəndəsi və Cavabdeh1 iddianı qəbul etməyərək, 08 aprel 2002-ci il tarixli aktida olan imzaların onlara aid olmadığını, iş üzrə məhkəmə-xətti ekspertizasının təyin ounmalı olduğunu bildirib iddianın rədd olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, X17, Cavabdeh6 Asıman qızı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 isə məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını 20-25 iyun 2023-cü il tarixlərə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Qazma kəndi 1.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X4, X13, Cavabdeh6 Asiman qızının, Cavabdeh1 Asiman qızının, Cavabdeh4 Asiman oğlunun və Cavabdeh3 Asiman qızının xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 08 aprel 2002-ci il tarixli aktda Cavabdeh2 və digər cavabdehlərin təhkim olunmuş Balakən rayonu Qazma kəndi Gülsan çöl sahəsindəki 1.35 hektar torpaq sahəsini ******* (bir milyon) manata X2 qeyd edilmişdir. Həmin aktı Cavabdeh2 və digər mülkiyyətçilər imzalamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qazma kənd soveti tərəfindən 10 yanvar 1963-cü ildə verilmiş AZ 379113 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxx 1962-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, atası X15, anası X3 yazılmışdır. İş materiallarından görünür ki, 08 aprel 2002-ci il tarixli aktda cavabdehlərə məxsusluğu göstərilən imzaların onlar tərəfindən icra edilib-edilməməsi ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizaları təyin olunmuş, lakin cavbadehlər lazımi imza nümunələri təqdim etmədikləri üçün həmin ekspentizaların keçirilməsindən imtina edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün həmin vaxt qanunda nəzərdə tutulmuş 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə iddiaçının atası X5, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1 Asiman qızının və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X17 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X15 cavabdeh tərəfə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X8 təhvil vermiş, həmçinin hazırda sənədlərin qaydasında olmadığını, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərini bildirmişlər. İddiaçının atası cavabdeh tərəfə inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Tərəflər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. İddiaçının atası X15 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra mərhum X5 vərəsəsi olan iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın-1.35 ha torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etmişlər. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklərinə söz vermişlər. Cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər payıl mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edit əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsində göstərilir: ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürürlər. Məhkəmə iclasında o da müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəkləri ilə bağlı razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə görə sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə ədə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Göründüyü kimi, cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçı tərəfə satılan 1.35 ha torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmənin müqaviləni etibarlı hesab etməyə qətnamə çıxarmaq hüququ vardır. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 08 aprel 2002-ci ildə yarandığından mübahisə həll edilərkən həmin vaxt qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Cavabdehlərin onların mülkiyyətində olmuş mübahisəli torpaq sahəsini iddiaçının atasına satması işdə olan yazılı sübutlarla tam təsdiq olunur. Bundan başqa, cavabdeh tərəf müqavilənin notarial qaydada təsdiq edilməsindən yayındığı üçün iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Əgər tərəflər arasında bağlanmış müqavilə notarial qaydada təsdiqlənmiş olsa idi, o zaman hazırki mübahisə yarana və yekun məhkəmə aktının qəbuledilməsi ilə nəticələnə bilməzdi. İş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış 08 aprel 2002-ci il tarixli 1.35 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmış və əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin, İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinin tələbləri şamil olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 noyabr 2005-ci il tarixədək qüvvədə olan və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiq edilməsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin mətnindən çıxarılmış 335.2. maddəsinin müddəalarına əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyi uyğun qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 fevral tarixli qərarında göstərilir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyənedilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə hazırki mübahisəsinin həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3 mart 2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə istinad etməklə həmin qərarda göstərilən tələbləri əsas tutur. Belə ki, həmin qərarda F.Nəcəfovanın şikayəti ilə əlaqədar həyata keçirilən hüquqi yanaşma və hüquqi nəticə hazırki işin faktoloji halları və hüquqi əsasları ilə eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3 mart 2023-cü il tarixli qərarında mülki iş üzrə məhkəmələrin Q.Nəcəfovun sağlığında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsini notariat qaydasında rəsmiləşdirmədiyi, müqavilənin predmeti olaraq istifadəsində olan torpaq sahəsinə dair çıxarış və ya hər hansı rəsmi sənəd əldə etməyərək zəruri prosessual hərəkətləri həyata keçirmədiyi səbəbindən, F.Nəcəfovanın həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququnun olmaması qənaətinə gəldiklərini, beləliklə məhkəmələrin bir tərəfdən iddiaçının atası Q.Nəcəfovun subyektiv hüququnun olduğu, digər tərəfdən isə bu hüquqdan atası tərəfindən istifadə edilməməsi səbəbindən F.Nəcəfovanın müvafiq subyektiv hüququnun olmaması nəticəsinə gəlmələri göstərilməklə nəzərə çatdırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X16rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, bu baxımdan, alqı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hazırkı mülki işlə əlaqədar müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirilməsini zəruri hesab etməklə Mülki Məcəllənin 329, 331 və 334-cü maddələrinə istinad edərək bildirmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 5.3, 560.1 və 560.3.4, həmçinin 351.2 və 351.3-cü maddələrinin mahiyyətini şərh edib həmin işə tətbiq edərək nəzərə çatdırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçının atası və cavabdehlər arasında 20 sentyabr 2004-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə X27nın əsli də iddiaçının atası Q.Nəcəfova təhvil verilmişdir. 2017ci ildə həmin torpaq sahəsinə X27nın itirilməsi barədə cavabdehlər tərəfindən qəzetdə elan verilməsinədək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Həmçinin, Quba rayonu İ Nügədi Bələdiyyəsinin 14 oktyabr 2019-cu il tarixli arayışına əsasən, mübahisəli torpaq sahəsi 2004-cü ildən etibarən Q.Nəcəfov, 2014-cü ildən isə oğlu F.Nəcəfov tərəfindən əkilib-becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. Mübahisəli torpağın alqı-satqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynovun müqaviləni imzalamaması, yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilməsi, bunun da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna etməsi barədə məhkəmə qərarlarına gəldikdə ilə həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə isə birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, P.Ağahüseynovun isə müqavilə bağlanarkən həqiqi hərbi xidmətdə olması əsas götürülərək onların torpağın alqı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Lakin işə baxan Quba Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, F.Nəcəfovanın iddiasını rədd edərkən alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir. Həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin müqavilədə olan imzalarının həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, lakin cavabdehlər imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etmişlər. Cavabdehlərin ekspertizada iştirak etməkdən boyun qaçırması faktına isə məhkəmələr tərəfindən qiymət verilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş olsun. Məhkəmə hazırki işlə bağlı yuxarıda istinad olunan qanun normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3 mart 2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə istinad edərək, qeyd edir ki, 1) hazırki iş üzrə 08 aprel 2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında X5 uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli 1.35 ha torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq X5 22 noyabr 2008-ci il tarixdə ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151ci maddəsi üzrə X5 miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında onun varisi Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına keçmişdir. Eyni zamanda 2) hazırkı iş üzrə Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilir. Belə ki, həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edildiyi kimi, hazırki işdə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün tələb olunan aşağıdakı hallar mövcuddur;- əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin (cavabdeh tərəfin) təqsiri ucbatından baş vermişdir; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır;- əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Həmçinin 3) mübahisəli torpaq sahəsi barəsində iddiaçının atası və cavabdehlər arasında 08 aprel 2002-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi 22 noyabr 2008-ci ilədək iddiaçının atasının və sonradan iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. 2021-ci il tarixdək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Həmçinin, işdəki sübutlara əsasən mübahisəli torpaq sahəsi əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən əkilib-becərilmişdir. Digər tərəfdən 4) məhkəmə tərəfindən cavabdeh tərəfin vəsatəti əsasında cavabdehlərin müqavilədə olan imzalarının həqiqiliyinin müəyyən edilməsi üçün ekspertizalar təyin edilmiş, lakin cavabdehlər lazımi imza nümunələrini məhkəməyə təqdim etməmişlər. Ona görə də cavabdehlərin təqsiri üzündən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi və müvafiq ekspertiza rəyinin verilməsi mümkün olmamışdır. Məhkəmə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün cavabdehlərin lazımi imza nümunələrini təqndim etməməsini onların ekspertizada iştirak etməkdən boyun qaçırması faktı kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən 08 aprel 2002-ci il tarixli sadə yazılı müqavilədə (aktda) cavabdehlərin imzasının olmasını və həqiqiliyini təsdiq olunmuş hesab edir. Qeyd olunanlara əsasən məhkəmə bü nəticəyə gəlir ki, iddianın təmin olunması üçün faktoloji hallar və hüquqi əsaslar mövcuddur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-25/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-25/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver