Məhkəmə qərarları › İş №2(019)-256/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-256/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-256/2021 26.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra Balakən RİHB) yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx xxx 2009-cu il tarixdə 94 nömrəli akt qeydi əsasında Neftçala rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması; həmin nikahdan xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 170 manat alimentin tutularaq, İddiaçı qızma ödənilməsi; məhkəməyə müraciət olunması üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxx 2009-cu il tarixdə rəsmi nikah bağlanmış, Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən bu barədə 94 nömrəli akt qeydi tərtib olunaraq, nikahdan sonra ona “Fərzəliyeva” soyadı verilmişdir. Həmin nikahdan xx xxxxxxxx 2012-ci il tarixdə onların Şahanə adlı qız övladı dünyaya gəlmişdir. Uşağa xx xxxxxxx 2012-ci il tarixdə Neftçala rayonu Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Təxminən 1 ilə yaxın müddətdir ki, cavabdehlə aralarında olan nikah münasibətləri pozulmuş, həmin müddətdə o, öz ata evinə, yəni Balakən rayonu Poştbinə yaşayış məntəqəsində yerləşən evə qayıtmış, qızı Şahanəni təkbaşına himayə etmiş, cavabdeh uşağın saxlanılması ilə heç maraqlanmamış, maddi və mənəvi dəstək göstərməmişdir. Cavabdehlə aralarında olan ailədaxili münasibətlərin korlanması hazırda onların bir yerdə yaşamasını imkansız edir. Onun cavabdehlə barışması qeyri-mümkündür. O, cavabdehlə bağlanmış nikahın pozulmasında israrlıdır. Cavabdeh uşaqları Şahanənin normal saxlanılması üçün qanunauyğun şəkildə aliment ödəməlidir. Cavabdeh uzun müddətdir ki, öz uşağı ilə maraqlanmır, ona maddi və ya mənəvi dəstək göstərmir. Onun himayəsində yetkinlik yaşına çatmayan qızı olduğundan və maddi imkanı olmadığından, habelə pandemiya şəraitində Neftçala rayonuna gedib-gəlmək qeyri-mümkün olduğundan hazırki iddia onun yaşadığı yerin məhkəməsinə verilmişdir. Cavabdehin rəsmi iş yeri yoxdur. Lakin onun maddi imkanı yetərlidir ki, öz uşağı üçün aliment ödəsin. Uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yaşayış minimumu həddində cavabdeh uşağın saxlanılması üçün aliment ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaq olduğundan hazırki iddia üzrə işə Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. İddiaçı İddiaçı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, Cavabdeh ilə arasında bağlanmış nikahın pozulması və alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, 8 yaşında övladını təkbaşına tərbiyə etdiyini, uşağını evdə tək qoyub məhkəmə iclasına gəlməsinin mümkün olmadığını, onunla cavabdeh arasında olan ailədaxili münasibətlərin korlanmasının hazırda onların bir yerdə yaşamalarını imkansız etdiyini, cavabdehlə barışmasının qeyri-mümkün olduğunu və aralarında olan nikahın pozulmasında israrlı olduğunu bildirərək, Cavabdeh qarşı iddia tələbi üzrə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında Balakən RİHB yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, təmsil etdiyi komissiya tərəflərin fikrini, X2 gələcək mənafeyini nəzərə alaraq, onun anası İddiaçı yanında qalmasını məqsədəuyğun hesab edir və müvafiq qərarın verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırki iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən qanuni nümayəndəsi olan anası və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı ilə dinlənilən tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında və himayəsində yaşadığını, anasına daha çox bağlı olduğunu bildirərək, atası ilə anası arasında nikah pozulduğu təqdirdə anası İddiaçı yanında qalmaq istədiyini, bu qərarı müstəqil şəkildə qəbul etdiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxx 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 494291 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 qızı arasında nikah Neftçala rayon Qeydiyyat Şöbəsində xx xxx 2009-cu il tarixdə 94 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon Aşağı Qaramanlı kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx xxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 948135 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X4 doğulmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 06-294 nömrəli rəyindən görünür ki, komissiya tərəflərin fikrini, X2 gələcək mənafeyini nəzərə alaraq onun anası İddiaçı yanında qalmasını məqsədəuyğun hesab edir və müvafiq qərarın verilməsini məhşkəmədən xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli rəyindən və xx xxxxxx 2021-ci il tarixli müayinə aktından görünür ki, komissiya tərəfindən cavabdehin həyat şəraiti, o cümlədən mənzil-məişət şəraiti müayinə edilmiş və İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anasının himayəsində yaşamasını qanuna və məqsədəmüvafiq hesab etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsini və tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın fikrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxx 2009-cu il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində 94 nömrə ilə rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X4 adında uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılıq və xasiyyətlərinin uyğun gəlməməsi ilə bağlı ayrılmışlar və bir-birindən ayrı yaşayırlar. Ərarvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında ailə münasibətlərinin əsasını təşkil edən maddi və mənəvi bağlılıq artıq mövcud deyildir. Onlar arasında bağlanmış nikah formal xarakter daşıyır. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X4 iddiaçının yanında və himayəsində yaşayır. İddiaçı məhkəmədən iddiasının təmin olunmasını; nikahın pozulmasını və himayəsində olan uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-cü maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyünun məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq, uşağın mənafeyini və fikrini, həmçinin qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, məhkəmə həmçinin hesab edir ki, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın anası İddiaçı yanında saxlanılması, uşağın mənafeyi, onun ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Belə ki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativhüquqi aktlarda öz əksini tapmışdır. X9 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X10 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 41 və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddələri hər kəsin, o cümlədən uşaqların sağlamlığının qorunmasını dövlətin prioritet vəzifələrindən biri kimi qeyd etmişdir. Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Heç şübhəsiz ki, ailə uşağın tərbiyə edildiyi başlıca yerdir. Uşağın tərbiyəsi ilə bağlı valideynlər bərabər hüquqlara və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Yuxarıda göstərilən qanun normaları konteksində məhkəmə nəzərə çatdırır ki, uşaqların əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Məşhur alman psixoloqu Piliqrim «Ana uşaqları» adlı əsərində azyaşlı uşağın anaya psixoloji cəhətdən daha çox bağlılığını qeyd edir. Uşağın hətta müəyyən zaman kəsiyində ana qayğısı və nəvazişindən, ana ilə daimi ünsiyyətdən məhrum edilməsi onun psixikasına ziyan vurmuqla, əqli və fiziki inkişafına, tərbiyəsinə olduqca mənfi təsir göstərir. Lakin məhkəmə onu da vurğulayır ki, nikah pozularkən yetkinlik yaşına çatmayan uşağın iddiaçının yanında saxlanması, heç də cavabdehi onunla ünsiyyətdə olmaq, uşağın tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X6» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X6» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, həmçinin bu zaman cavabdehin ağır maddi məhrumiyyətlər yükünə məruz qoyulmaması və uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipinin təmin edilməsi zərurəti nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 manat alimentin alınaraq, İddiaçı verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, aylıq 170 manat aliment tələbi hissəsində iddia qismən- 130 manat hissədə təmin edilməli, alimentin 130 manatdan artıq tutulması tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxx 2009-cu il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində 94 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanmalı, ərizənin verildiyi xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı və 10 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin; İddiaçı ilə Cavabdeh arasında xx xxx 2009-cu il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində 94 nömrə ilə qeydə alınmış nikah pozulsun; nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanılsın; ərizənin verildiyi xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunsun; Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı və 10 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar