Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-26/2021 02.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Həbib qızı cavabdeh Xankişiyev Mikayıl Qəhrəman oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Əmrahov Əliağa Mikayıl oğlunun yetkinlik yaşına çatana kimi 170 manat aliment, himayəsində azyaşlı övladının olması və onun ikinci qrup əlil olduğuna görə işləyə bilmədiyi üçün 100 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2009-cu ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə ailəli olduqları müddətdə xx xxxxxx 2010-cu ildə X16 anadan olmuşdur. Əvvəllər mehriban olsalar da, sonralar aralarında olan münasibətlər korlanmışdr. Hazırda o və övladı Əliağa kirayədə yaşayrlar. Himayəsində azyaşlı övladı var, özü işləyə bilmir. O, ikinci qrup əlildir, ayda 100 manat sosial müavinət alır. Maddi dolanışığı çox çətindir. Cavabdeh indiyədək ona və övladına heç bir köməklik etməmişdir. Övladı iki yaşında olanda aliment tələbi olmuşdur. Onu aliment tələbini geri götürmək üçün Neftçala Rayon Məhkəməsinə apararaq, barışıq olduğunu deyərək, oyun oynamışlar. Doqquz ildir ki, övladna heç bir köməklik göstərmir. Ona görə də cavabdehin ona və azyaşlı uşağına maddi köməklik etməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı və onun nümayəndəsi hazırki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə, saat 15.45-də keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, İddiaçı və onun sonrakı məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirərək, sonrakı məhkəmə iclaslarının iddiaçının və onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, xx xxxxxx 2020-ci il tarixdə, saat 15.45-də keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin iddianı müdafiə edərək, iş üzrə sonrakı məhkəmə iclaslarının iddiaçının və onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə xahişini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsasən iş üzrə sonrakı məhkəmə iclaslarının iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılaraq, müvafiq qərarın verilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Ona görə də qanunun tələbinə görə hazırki işə baxılmalıdır və iş üzrə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram və ərizələr göndərərək, məhkəmə iclaslarında iştirak etməməsinin üzrlü hesab edilməsini, İddiaçı ona qarşı olan aliment iddiası ilə qismən razı olduğunu, faktiki nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 100 manat aliment ödəməyə imkanı çatdığını, ikinci dəfə auilə qurduğunu, ikinci həyat yoldaşından iki uşağı olduğunu, özünün heç bir yerdə işləmədiyini, muzdlu əməklə məşğul olduğunu, iddiaçı ilə aralarında nikahın dövlət qeydiyyatından keçmədiyini, ona görə də iddiaçının ondan əlavə xərc tələb etməyə hüquqi əsasının olmadığını göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş verilmiş AZ-İ 348886 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2010-ci il tarixdə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabnda 2018-ci il 18 oktyabr tarixində 40 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV 202343 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xankişiyev Əliağa Mikayıl oğlu xx.xx.2010-ci il tarixdə anadan olmuş, atası Xankişiyev Mikayıl Qəhrəman oğlu, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 8 (53)-20/2012 nömrəli qərardadından görünür ki, Neftçala rayon icra qrupunun təqdimatı təmin edilmiş, tələbkar İddiaçı aliment tələbindən imtinası əsası ilə Cavabdeh xx xxxxxx 2010-cu ildə doğulmuş Əliağa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə verilməsinə dair Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2 (53)-527/2011 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Neftçala rayon Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxxxx 2014-ci il tarixli, AZ-İ 988350 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Neftçala rayon Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxx 2014-ci il tarixdə 21 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Xankişiyeva soyadı verilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Neftçala rayon Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, AZ-İİİ 573109 №-li və xx xxx 2017-ci il tarixli, AZ-İİİ 915992 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə, X4 isə xx.xx.2017-ci il tarixdə anadan olmuş, həmin şəhadətnamələrin «atası» qrafasında Cavabdeh, «anası» qrafasında X3 yazılmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Neftçala rayon Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 583 №-li arayışdan görünür ki, Cavabdeh Neftçala rayon Yuxarı Qaramanlı kəndində yaşayır. Heç bir yerdə işləmir. Aşağıdakı tərkibdə ailə üzvləri ilə birlikdə yaşayır: arvadı: X5-xx.xx.1994, işləmir, qızı: X10, xx.xx.2015, azyaşlı, oğlu: X4, xx.xx.2017, azyaşlı. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 2009-cı il tarixdə nikahları rəsmi dövlət qeydiyyatına alınmadan evlənmişlər. Tərəflərin bu münasibətlərdən xx.xx.2010-cu il tarixdə X8 adında bir uşağı doğulmuşdur. Həmin uşaq anası İddiaçı yanında və himayəsindədir. Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2 (53)-527/2011 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2010-cu ildə doğulmuş Əliağa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb, İddiaçı xeyrinə verilməsi qət edilmiş, həmin qətnamə əsasında xx xxxxxx 2011-ci il tarixli icra sənədi verilmiş və həmin icra sənədi icraya yönəldilmişdir. Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 8(53)-20/2012 nömrəli qərardadı ilə Neftçala rayon icra qrupunun təqdimatı təmin edilmiş, tələbkar İddiaçı aliment tələbindən imtinası qəbul edilməklə, Cavabdeh xx xxxxxx 2010-cu ildə doğulmuş Əliağa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə verilməsinə dair Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2 (53)-527/2011 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh oğlu uşağı X1 üçün idiaçı İddiaçı maddi kömək göstərmir. Ona görə də iddiaçı 170 manat sabit pul məbləğində aliment və ikinci qrup əlil olduğuna görə işləyə bilmədiyi üçün 100 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə X3 adlı qadınla nikaha girmişdir və bu nikahdan onun xx.xx.2015-ci il tarixdə doğulmuş X19 qızı və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 adında iki uşağı vardır. Cavabdehin bildirdiyinə görə o, heç yerdə işləmir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X17» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X17» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, həmçinin cavabdehin başqa nikaha girməsi və bu nikahdan doğulmuş iki azyaşlı uşağının onun himayəsində olması halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin ər-arvad münasibətlərindən xx xxxxxx 2010-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat alimentin alınaraq, İddiaçı verilməsi həmin uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə iddiaçının mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, aylıq 170 manat aliment tələbi hissəsində iddia qismən-130 manat hissədə təmin edilməli, alimentin aylıq 130 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən-130 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. Məhkəmə, işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia iddiaçının himayəsində azyaşlı övladının olması və onun ikinci qrup əlil olduğuna görə işləyə bilmədiyi üçün cavabdehdən hər ay 100 manat pulun alınaraq, ona verilməsi tələbi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublkası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidlirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2, 84.2.1 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanun normalarının tələbindən görünür ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidir. Həmçinin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad və hamiləliyi dövründə və ümumi uşağın doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfdən (ərdən) aliment ödəməsini tələb edə bilər. Qanunvericilyin tələbindən həmçinin görünür ki, ər-arvadın hüquq və vəzifələri, o cümlədən bir-birinə maddi cəhətdən kömək etmək vəzifələri nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Başqa sözlə Azərbaycan Respublikasının qanunvericiliyi rəsmi dövlət qeydiyyatına alınmış nikahı tanyır və birmənalı şəkildə ər və arvadın bir-biri qarşısında hüquq və vəzifələrinin yaranmasını nikahın dövlət qeydiyyatının həyata keçirilməsindən asılı edir. Lakin iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh nikahı dövlət qeydiyyatına alınmamışdır və onlar hüquqi cəhətdən ər və arvad statusu əldə etməmişlər. Ona görə də onların ər və arvad kimi bir-birinə maddi cəhətdən kömək etmək, o cümlədən qanunda yuxarıda göstərilən hallarda bir-birinə aliment ödəmək öhdəliyi yaranmamışdır. İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan arvad və ümumi uşaqlarının doğulduğu üç il ərzində arvad kimi hüquqi cəhətdən ona münasibətdə ər statusunda olmayan Cavabdeh aliment ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı Cavabdeh ilə nikahının müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınması, Cavabdeh bir ər kimi ona maddi cəhətdən kömək etmək, o cümlədən İİ qrup əlil olması, əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması, həmçinin ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ona aliment ödəmək vəzifəsi daşıması və buna zəruri vəsaitin olmasını təsdiq tedən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə belə nticəyə gəlir ki, İddiaçı iddiası himayəsində azyaşlı övladının olması və onun ikinci qrup əlil olduğuna görə işləyə bilmədiyi üçün cavabdehdən hər ay 100 manat pulun alınaraq, ona verilməsi tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 14,44 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda altimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 14,44 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-26/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-26/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver