Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-277/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2507 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2537 (iki min beş yüz otuz yeddi) manat pulun tutularaq, iddiaçı "İddiaçı" İstehsalat Birliyinin xeyrinə ödənilməsi (bank hesabı: ABB, Kod 805153, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT İBÄZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ501BAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi iddiasını onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 29.04.2020-ci il tarixində, 14/1681 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03572 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı,qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, 29.03.2019-cu iİ tarixli ******* saylı akt əsasında 685,80 manat; 28.06.2019-cu iİ tarixli ******* saylı akt əsasında 165,60 manat; 31.07.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci.il tarixli ******* saylı akt əsasında 295,20 manat;30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli 0285383 saylı akt əsasında 194,40 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 2507 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2507 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş üzrə cavabdeh işin mahiyyəti üzrə baxılmasını və mahiyyəti üzrə qərar verilməsini tələb etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinə baxmayaraq, işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını tələb edir. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar saxtadır və həmin aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Əgər belə deyildirsə nə üçün birinci akt ******* saylı aktın tərtib olunduğu vaxtdan uzun müddət keçmiş, lakin iddiaçı qeyd etdiyi pozuntuların aradan qaldırılması məqsədi ilə tədbir görülməmişdir. Bundan sonra yenidən vaxtaşırı aktlar tərtib olunmuş və onun yenə də həmin aktlardan xəbəri olmamışdır. Həmin aktlar qanunuz olaraq tərtib edilmiş, aktların tərtibi zamanı iştirakı təmin edilməmiş və tərəfindən imzalanmamışdır. Həmin ərazidə yaşayan şəxslərin hər 5 nəfərindən birinə belə aktlar tərtib edilib. “İddiaçı” İstehsalat Birliyinə iddia ilə bağlı müraciət etdikdə onlar bildirmişlər ki, bu aktlar boş şeydir heç bir iddiaları məhkəmə tərəfindən təmin olunmayıb. O, təbii qazdan qanunsuz olaraq istifadə etməmişdir. O, həmin evdə yaşamamışdır. 29.04.2020-ci il tarixində 14/1681 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilədən sonra qazdan fərdi yaşayış evində istifadə etməyə başlamışdır. Buna qədər təbii qazdan istifadə etməmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinə baxmayaraq, işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını tələb etdiyini bildirərək, təmsil etdiyi Cavabdeh izahatına uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 29.04.2020-ci il tarixli, 14/1681 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilə “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanmış, verilən hər bir kub metr qazın qiyməti 0.10 manat, 2019-cu ilin 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 29.03.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 29.03.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 29.03.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 6858 m3 (685.80 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 28.06.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 28.06.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 28.06.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 1656 m3 (156.60 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.08.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.08.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.08.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 324 m3 (32.40 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 31.07.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 31.07.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 31.07.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 324 m3 (32.40 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.09.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.09.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.09.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 324 m3 (32.40 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.10.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.10.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 324 m3 (32.40 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 29.11.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 29.11.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 29.11.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 1332 m3 (133.20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.12.2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.12.2019-cu il tarixli, ******* №-li akt üzrə Cavabdeh 2952 m3 (295.20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.01.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.01.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.01.2020-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 2952 m3 (295.20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 28.02.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 28.02.2020-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 2952 m3 (295.20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.03.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.03.2020-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 2952 m3 (295.20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “Təbii X3nın pozulması haqqında 30.04.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, vətəndaşın təbbi qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 30.04.2020-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 1944 m3 (194.40 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan 12.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «İddiaçı» İB tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə, cavabdehin və onun nümayəndəsinin-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia əsassız oladuğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı, cavabdehin 29.04.2020-ci il tarixli, 14/1681 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”sinin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozmasını; istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamasını; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsini; cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 29.03.2019-cu iİ tarixli ******* saylı akt əsasında 685,80 manat; 28.06.2019-cu iİ tarixli ******* saylı akt əsasında 165,60 manat; 31.07.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat;30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğunu iddia etsə də, həmin halları müəyyən edə biləcək mümkün və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübut etmək yükü qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərində düşür. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 29.03.2019-cu iİ tarixdən 30.04.2020-ci il tarixinədək müddət ərzində “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Cavabdeh məxsus olduğu iddia olunan fərdi yaşayış evində 12 dəfə “Təbii X3nın pozulması haqqında” akt tərtib edilməsinə baxmayaraq, bu aktların heç biri Cavabdeh tərəfindən imzalanmamışdır. Bu fakt özlüyündə Cavabdeh məhkəməyə verdiyi izahatında qeyd etdiyi kimi, iddiaçı “İddiaçı” İB-nin məxsus olduğu iddia olunan fərdi yaşayış evinə baxış keçirilərək, “Təbii X3nın pozulması haqqında” akt tərtib edən zaman həmin ünvanda yaşamaması yönümlü dəlilini möhkəmləndirir. Həmçinin iş materialarında olan “Təbii X3nın pozulması haqqında” aktlarda da “İddiaçı” İB-nin əməkdaşlarının Cavabdeh ünvanı olaraq Abşeron rayonu, Hökməli qəsəbəsini göstərmələri bu halı bir daha təsdiq edir ki, sonuncu akt tərtib edilən vaxtlarda həmin ünvanda yaşamamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iş materialarında olan “Təbii X3nın pozulması haqqında” aktların heç birində aktın harada (hansı ünvanda) tərtib edilməsi qeyd edilməmiş və aktlarda qeyd olunan pozuntunu müəyyən edə biləcək işdə marağı olmayan şəxlərin hal şahidi qismində iştirakı təmin olunmamışdır. Yəni, həmin aktlara əsasən, pozuntunun Cavabdeh məxsus evdə baş verib verməməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1, 598.2 və 598.3-cü maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "X3»nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-karf tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini təiəb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz payiayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yenə də həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı üə təsdiq edilən “X3na 2 saylı əlavə olan "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaiarı"nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Payiayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X3»nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi istehlakçının (cavabdehin) müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X3»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X5 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 29.04.2020-ci il tarixli, 14/1681 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqavilə”nin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozması; istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi; cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, 29.03.2019-cu iİ tarixli ******* saylı akt əsasında 685,80 manat; 28.06.2019-cu iİ tarixli ******* saylı akt əsasında 165,60 manat; 31.07.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu iİ tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat;30.03.2020ci il tarixli 0274982 saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olması sübut olunmadığından, iddia əssasız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” X1 Mübariz Cəlil oğluna qarşı 2507 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2537 (iki min beş yüz otuz yeddi) manat pulun tutulması tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” X1 Mübariz Cəlil oğluna qarşı 2507 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2537 (iki min beş yüz otuz yeddi) manat pulun tutulması tələbinə dair iddiası təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-277/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-277/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver