Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-28/2021 09.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun nümayəndəsi-vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh və onun vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil3 Həşim oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinə Cavabdeh İsə oğlunun Balakən rayonu Talalar kəndində yerləşən ailə üzvlərinə məxsus 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmədə məlumatları olmuşdur ki, cavabdeh Balakən rayon Aqraar İslahat Komissiyasının 1998-ci il 04 fevral tarixli 02 nömrəli qərarı ilə ailə üzvlərinə verilmiş 1.10 ha torpaq sahəsini özəlləşdirmişdir. Cavabdehin məhkəmə iclasına təqdim etdiyi sübutlar əldə olunmuşdur. Cavabdehə həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 15.03.20132-cü il tarixdə **********97 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənəd Balakən rayon Dövlət notariat Kontorunda bağlanmış ANİ№ ******* saylı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsidir. İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun nümayəndəsi-vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil1 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəməyə müraciət edən vaxt 1.0479 ha torpaq sahəsinin Cavabdeh satılması barədə 12 may 2012ci il tarixli Alqı-satqı müqaviləsinin bağlandığını və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının verildiyini bildiklərini, həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə İddiaçı1 19 yaşı olmaqla hərbi ximətdə olduğunu və bu alqı-satqıdan xəbərsiz olduğunu, İddiaçı3 isə 21 yaşının olduğunu və onun da bu alqı-satqıdan xəbərsiz olduğunu, 12 may 2012-ci il tarixdə X1 ümumiyyətlə Azərbaycan Respublikasında olmadığını və Rusiya Federasiyasında olduğunu, Ramazan Süleymanovun 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini və imza etməsinin mümkün olmamasını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, İddiaçı2 əlavə olaraq 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini, əri X1 həmin vaxt Rusiyada olduğunu və Ramazanın ona onun adından müqaviləni imzalamaq üçün etibarnamə və müvafiq səlahiyyət vermədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil3 Həşim oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi və Balakən rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə ərizə göndərərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 06 dekabr 2021-ci il tarixində saat 16:00-da baxılacaq 2(019)-28/2021 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 ümumi birgə mülkiyyət hüququ ilə özünə və yazılı razılıqlarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli 15.03.2013-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi 1.0479 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 20 №li reyestr kitabının 39 №li vərəqində 15.03.2013-cü il tarixdə Cavabdeh İsə oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə doğulmuşdur və onun 12 may 2012-ci il tarixdə müqavilə bağlanan vaxt 19 yaşı olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı il tarixdə doğulmuşdur və onun 12 may 2012-ci il tarixdə müqavilə bağlanan vaxt 21 yaşı olmuşdur. İşdə olan 27.05.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli №4/1531 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 12 noyabr 2021-ci il tarixli №4/1531 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 126,0 manat təşkil edir. Həmçinin işə əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladlığı ərizəsindən görünür ki, o, hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində X1 ümumi birgə mülkiyyət hüququ ilə özünə və İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satması göstərilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 4/1531 saylı rəyi ilə müəyyən olunur ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İşdəki sübutlar əsasında həmçinin müəyyən edildi ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini satıcı kimi qeyd olunmuş X1 əvəzinə onun arvadı və torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı2 imzalamış, bu zaman onun X2 tərəfindən onun əvəzinə əqdi imzalamağa səlahiyyət verilən etibarnaməsi olmamış, həmçinin həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatan şəxslər olmuş və onlardan həmin əqdin bağlanmasına dair müvafiq razılıq alınmamışdır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsineə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1-ci maddəsinə əsasən sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsi iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mylkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-215.6-cı maddələrinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək və Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payına tənasüb surətdə kompensasiya almaq hüququ və qaydaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4və 337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı qaydaları təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;347.2.2.şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldğı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir əl ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli-12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissənin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, faktiki olaraq İddiaçı2 ilə Cavabdeh arasında X2, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətinə verilmiş 1.10 ha torpaq sahəsinin 1.0479 ha hissəsinin alqı-satqısı ilə bağlı 12 may 2012-ci il tarixli alqısatqı müqaviləsi bağlandığı vaxt İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatmışlar. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı3 1.0479 ha torpaq sahəsinin alqısatqısına razılıq verməmiş, notariat qaydada bu müqavilə bağlanarkən onlar dəvət edilməmiş, onlardan yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti belə müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, sözügedən torpaq sahəsini almış Cavabdeh da iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddiaçıları tanıyır, həmçinin alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X9 isə alqı-satqının predmeti olan 1.0479 ha torpaq sahəsinin daxil olduğu 1.10 ha torpaq sahəsinin X2, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh həmin 1.10 ha torpaq sahəsinə daxil olan 1.0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin X1 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzandığını, bu zaman ümumi mülkiyyətin digər subyektlərinin-X1, İddiaçı1 və İddiaçı3 notariat orqanında iştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasına onların şifahi və ya yazılı qaydada razılığının olmadığını və İddiaçı2 onların adından və onların razılğı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilirdi və ya ən azından bilməli idi. Qeyd olunanlar İddiaçı1 və İddiaçı3 torpaq paylarına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz və əsassız bağlandığı göstərir. Ona görə də məhkəmə hesab edir ki, alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin və İddiaçı3 payına düşən 1/4 hissəsinin alqı-satqısı hissəsində 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin mübahisə predmetini təşkil edən çıxarış 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verildyindən və məhkəmə tərəfindən həmin müqavilənin qismən- İddiaçı1 və İddiaçı3 torpaq paylarının alqı-satqısı hissəsində etibarsız sayılması qənaətinə gəlindiyindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış da qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissədə və İddiaçı3 payına düşən ¼ hissədə Cavabdehn adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin müəyyən olunmuş hallarından görünür ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Talalar kəndi 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir və qanunvericliyin tələbinə əsasən onların payları bərabər sayılmaqla hər birinin həmin torpaq sahəsi üzərində 1/4 payı vardır. Həmçinin 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini torpaq sahəsinin digər ümumi mülkiyyətçisi İddiaçı2 imzalamışdır. X2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışı 1.0479 ha torpaq sahəsinin özünə çatan 1/4 hissəsi üzrə mübahisələndirməmiş, öz torpaq payına münasibətdə həmin müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürməmişdir. İş materiallarına əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 isə X1 adından 1.0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə sübyektiv hüquqları yoxdur. Belə ki, X2 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş qaydada onlara bu subyektiv hüququ verməmişdir. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçıların isə X1 alqı-satqı predmeti olmuş torpaq sahəsinin ona düşən torpaq payına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin işin faktoloji hallarından görünür ki, İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin imzalyıb, 1.0479 ha torpaq sahəsindən ona düşən payın (1/4 hissə) Cavabdeh satılması barədə öz iradə ifadəsini həyata keçirmiş, həmin pay üzərində sərəncam verməklə öz mülkiyyət hüquqlarını reallaşdırmış və alqı-satqı müqabilində Cavabdeh 1500 manat pul almışdır. İşdə İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamaması, 1.0479 ha torpaq sahəsindən ona düşən payını Cavabdeh satmaması, payını özgəninkiləşdirərkən öz iradə ifadəsini həyata keçirməməsi və ya qarşı tərəfin onu aldatması, onu hədələməsi, nis niyyətlə onunla razılığa gəlməsi, onun ağır vəziyyətindən istifadə etməsi, bunun vacib əhəmiyyətli yanılmanın təsiri altında və ya başqa əqdin etibarsızılığ üçün nəzərdə tutulmuş digər əsaslardan baş verməsini təsdiq edən heç bir sübut yoxdur və iddiaçı tərəf də belə sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia İddiaçı2 1.0470 ha torpaq sahəsinin öz payına düşən 1/4 hissəsinin alqı-satqısına dair 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi və X1 1.0470 ha torpaq sahəsindən 1/4 hissə payı ilə əlaqədar 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə Cavabdeh hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibinin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. İş materiallarından görünür ki, iddiaçılar, o cümlədən İddiaçı1 və İddiaçı3 mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olmuşlar və onların hazırki iddia tələbləri onların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə də belə tələblərə də iddia müddəti şamil edilmir. Digər tərəfdən, Mülki Məcəllənin 354.2-ci maddəsi maraqlı şəxsin əqdin etibarsızlığına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, cavabdehin tətbiq edilməsini xahiş etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrində göstərilən müddətlər və şərtlərlə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətləri və şərtləri fərqləndirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrində göstərilən müddətlər iddia müddətləri adlanır və həmin müddətlər yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir və həmin iddia müddətlərinin keçməsi iddiadan imtina barədə qərar çıxarılması üçuün əsasdır. Bu zaman tələb hüququ mövcud olur, lakin iddia müddəti keçdiyinə görə həmin tələb təmin olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətlər isə kəsici müddətlərdir. Kəsici müddətlər elə müddətlərə deyilir ki, şəxsin tələb hüququ yalnız həmin müddətdə mövcud olur. Həmin müddətlər keçirsə, tələb etmə hüququnun özü də aradan qalxır. Yəni müddət ötürsə, hüquq artıq mövcud olmur. Həmçinin kəsici müddətlərin tətibiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsinə ehtiyac yoxdur. Mübahisə tərəfinin ərizəsi olmadan da kəsici müddətlərin tətbiq olunması məhkəmənin səlahiyyətlərinə aiddir. Lakin hazırki işdən örünür ki, iddiaçıların tələbləri, o cümlədən iddia predmetini təşkil edən çıxarışın ləğvi tələbi mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələbdir ki, qanunvericliyə əsasən buna da iddia müddəti tətbiq olunmur. Digər tərəfdən, işdə iddiaçılaran iddia müddətinin ötürülməsi, o cümlədən kəsici müddətin ötürülməsi barədə heç bir sübut yoxdur və cavabdeh də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsindən və sözügedən çıxarışdan məhkəməyə müraciət edilən vaxt xəbər tutduqlarını bidirir və bu hal iş üzrə cavabdeh tərəfindən təkzib olunmamışdır, həmçinin işdə bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən-alqısatqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddianın qismən təmin olunması nəticəsinə gəlindiyi üçün iş üzrə ödənilmiş 5 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ödənilməli, iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatı Cavabdeh və 63 manatı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilsin; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilsin; iddia qalan hissədə təmin olunmasın; iş üzrə ödənilmiş 5 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılar X3, İddiaçı3 və İddiaçı2 ödənilsin; iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatı Cavabdeh və 63 manatı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-28/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-28/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver